Qəbələdə “Kitabsevərlər klubu” təsis edilib
Mədəniyyət
və Turizm Nazirliyinin
Qəbələ rayon üzrə pilot layihəsi çərçivəsində
Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz tərəfindən mədəniyyət
müəssisələrinin tanıdılması, maarifləndirilməsi
və kitab oxumaq ənənələrinin
bərpası məqsədilə Murad Əlibəyov adına
Xırxatala kənd tam orta
məktəbində “Kitabsevərlər klubu”nun yaradılması ilə bağlı tədbir
keçirilib.
Nazirlikdən AZƏRTAC-a verilən məlumata görə, Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin direktoru Asif Usubəliyev nazirliyin təşəbbüsü ilə icra olunan layihə haqqında, kitabxanaların fəaliyyəti, kitab oxuma mədəniyyətinin əhəmiyyəti haqqında çıxış edərək kitabın uğurlu gələcəyə aparan yol olduğunu söyləyib.
Tədbirdə klubun üzvləri çıxışlarında layihəni yüksək qiymətləndirərək bunun uşaqların tərbiyə, habelə biliyə qarşı marağının artırılmasına xidmət etdiyini qeyd ediblər.
Mərkəzin mütəxəssisləri Elnarə Hacıyevanın “Kitabxanalarda mədəni-kütləvi tədbirlərin təşkili, yeni metodlardan istifadə” və Ceyhun Əhmədovun “Mütaliənin vacibliyi və onun rituallaşdırılması yolları” mövzusunda məruzələri dinlənilib.
Sonra məktəbin şagirdləri məşhur yazıçı və şairlərin əsərlərini səsləndiriblər.
Həftə içi.- 2018.-
8-9 mart.- S.8.