Azərbaycan Abu-Dabidə
Beynəlxalq Mədəniyyət
Günündə təmsil
olunub
Abu-Dabidəki
ən çoxmillətli
məktəb olan “Gems American Academy”
təhsil kompleksində
keçirilmiş Beynəlxalq
Mədəniyyət Günü
tədbirində Azərbaycan
stendlə təmsil olunub.
Tədbir çərçivəsində ölkəmizin Birləşmiş
Ərəb Əmirliklərindəki səfirinin xanımı
Ülviyyə Şikarova və Azərbaycan icması tərəfindən
birgə təşkil edilmiş stenddə respublikamızın
mədəniyyət və turizm imkanlarına dair materiallar,
suvenirlər, xalçalar, şəkillər, milli geyimlər,
milli kulinariyamızın dolma, aş, qutab, şəkərbura,
paxlava, külçə, şəkərçörəyi
kimi nümunələri, həmçinin Azərbaycan kəlağayısı
nümayiş olunub və tədbir
iştirakçılarına paylanılıb. Həmçinin
“Azərsun” şirkətinin istehsalı olan təbii meyvə
şirələri də iştirakçılara təqdim
edilib.
Stenddə, eyni zamanda, Azərbaycan
torpaqlarının Ermənistan tərəfindən
işğal edilməsi, işğal nəticəsində
ölkəmizin zəngin təbiətinə və mədəniyyətinə
vurulan ciddi zərər, böyük humanitar və iqtisadi
ziyan, məscidlərin və tarixi abidələrin dağıdılması
barədə məlumatları əks etdirən lövhə də
quraşdırılıb. Azərbaycan stendi tədbir
iştirakçılarının böyük marağına
səbəb olub.
Həftə
içi.-2018.-6 mart.-S.8.