Azərbaycan Xalça Muzeyi ən yaxşı təcrübəyə layiq
görülüb
Bakı, 1 mart, SalamNews. Azərbaycan Xalça muzeyi Beynəlxalq Muzeylər Şurasının (ICOM) Beynəlxalq
Sənədləşmə Komitəsi (CIDOC) tərəfindən
qeyri-maddi mədəni
irs məlumat
bazası üzrə ən yaxşı təcrübəyə layiq
görülüb.
Muzeyin mətbuat
xidmətindən SalamNews-a
verilən məlumata görə, Xalça muzeyinin təcrübəsini
Beynəlxalq Sənədləşmə
Komitəsi (CIDOC) dünya
muzeylərinə bir nümunə kimi təqdim edir.
Beynəlxalq Sənədləşmə Komitəsi
muzeyin sənədləşmə
prosesində yaxşı
təcrübə və
bu sahədə inkişaf barədə
məsləhətlər verir.
Bu komitə 1950-ci ildə Beynəlxalq Muzeylər
Şurasının (ICOM) Beynəlxalq komitələrindən
biri kimi yaradılıb. Beynəlxalq Muzeylər
Şurası isə YUNESKO yanında qeyri-hökumət təşkilatı
statusunda yaradılan beynəlxalq qurumdur.
Həftə içi.-2018.-2 mart.-S.8.