Tələbələr
üçün yeni təhsil xərcləri müəyyənləşdirilib
Nazirlər
Kabineti “Ali təhsil müəssisələrində yeni maliyyələşmə
mexanizminin tətbiq edilməsi haqqında” qərarında dəyişiklik
edib
Azərbaycanın
ali məktəblərində tələbələrə
düşən təhsil xərcləri dəyişdirilib.
Qeyd edək ki, Nazirlər Kabineti bununla bağlı “Ali təhsil
müəssisələrində yeni maliyyələşmə
mexanizminin tətbiq edilməsi haqqında” 2010-cu il 25 iyun
tarixli 120 nömrəli qərarında dəyişiklik edib.
Qərara əsasən, “Ayrı-ayrı
ixtisaslar üzrə dövlət sifarişi ilə ali təhsil
müəssisələrinin bakalavriat və tibb təhsili
üzrə əsas təhsil səviyyələrində hər
bir təhsilalana düşən təhsil xərclərinin
miqdarı” yeni redaksiyada təsdiq edilib. Məsələn,
ali təhsil müəssisələrinin bakalavriat təhsili səviyyəsində
Azərbaycan dili və ədəbiyyatı müəllimliyi,
Dil və ədəbiyyat müəllimliyi (dillər üzrə),
Xarici dil müəllimliyi (dillər üzrə), Fizika müəllimliyi,
Riyaziyyat və informatika müəllimliyi, Riyaziyyat müəllimliyi,
Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi (qızlar
üçün fiziki tərbiyə), Texnologiya müəllimliyi,
Musiqi müəllimliyi, Biologiya müəllimliyi, Kimya müəllimliyi,
Kimya və biologiya müəllimliyi, Tarix müəllimliyi,
Tarix və coğrafiya müəllimliyi, Coğrafiya müəllimliyi,
İnformatika müəllimliyi, Təsviri incəsənət
müəllimliyi, İbtidai sinif müəllimliyi, Korreksiyaedici
təlim, Məktəbəqədər təlim
və tərbiyə və Təhsildə sosial-psixoloji xidmət
ixtisasları üzrə hər bir təhsilalana düşən
təhsil xərclərinin miqdarı 1320 manat, Filologiya (dil və
ədəbiyyat göstərilməklə), Fəlsəfə,
Tərcümə (dillər üzrə), Jurnalistika,
Kitabşünaslıq, Tarix, Antropologiya, Politologiya, Psixologiya,
Sosiologiya, Regionşünaslıq (regionlar
üzrə), Hüquqşünaslıq, Beynəlxalq
münasibətlər, Dinşünaslıq,
Kitabxanaçılıq və informasiya, ixtisasları üzrə
hər bir təhsilalana düşən təhsil xərclərinin
miqdarı 1620 manat, Muzeyşünaslıq, arxiv işi və
abidələrin qorunması ixtisası üzrə hər bir təhsilalana
düşən təhsil xərclərinin
miqdarı 1320 manat, İnstrumental ifaçılıq, Solo
oxuma, Dirijorluq, Bəstəkarlıq və
Musiqişünaslıq ixtisasları üzrə hər bir təhsilalana
düşən təhsil xərclərinin miqdarı 6820 manat,
Xalq çalğı alətləri
ifaçılığı, Aktyor sənəti, Rejissorluq və
Operator sənəti ixtisasları üzrə hər bir təhsilalana düşən təhsil xərclərinin
miqdarı 1800 manat, Xoreoqrafiya sənəti, Estrada sənəti,
Teatrşünaslıq, Bədii yaradıcılıq və
ekran dramaturgiyası və Kinoşünaslıq, Dünya
iqtisadiyyatı, Mühasibat uçotu və audit, Maliyyə,
İqtisadiyyat, Sənayenin təşkili və idarə
olunması, Statistika, Menecment, Marketinq, Biznesin
idarə edilməsi, Dövlət və bələdiyyə idarəetməsi
və Kommersiya və davamlı inkişafın təmin edilməsi
ixtisasları üzrə hər bir təhsilalana düşən
təhsil xərclərinin miqdarı 1320 manat, Riyaziyyat və
Mexanika ixtisasları üzrə hər bir təhsilalana
düşən təhsil xərclərinin miqdarı 1420
mana manat təsdiqlənib.
Tibb təhsili üzrə əsas təhsil
səviyyələrində hər bir təhsilalana düşən
təhsil xərclərinin miqdarı Müalicə işi
ixtisası üzrə 4500 manat, Hərbi həkim işi
ixtisası üzrə 4500 manat, Tibbi profilaktika ixtisası
üzrə 4000 manat, Əczaçılıq ixtisası
üzrə 4000 manat, Stomatologiya ixtisası üzrə 4000
manatdan manat təsdiqlənib.
Yəni, bu ixtisaslar üzrə hər
bir təhsilalana düşən təhsil xərclərinin
miqdarı dəyişməyib.
Bundan başqa, bədən tərbiyəsi
və idman ixtisası üzrə təhsil xərcləri
artırılıb, üç yeni ixtisas üzrə təhsil
xərcləri müəyyənləşib. Beləliklə,
magistratura təhsili səviyyəsində Azərbaycan dili və
ədəbiyyatı müəllimliyi, Dil və ədəbiyyat
müəllimliyi (dillər üzrə), Xarici dil müəllimliyi
(dillər üzrə), Fizika müəllimliyi, Riyaziyyat müəllimliyi,
Fiziki tərbiyə və çağırışaqədərki
hazırlıq müəllimliyi (qızlar üçün
fiziki tərbiyə), Texnologiya müəllimliyi, Musiqi müəllimliyi,
Biologiya müəllimliyi, Kimya müəllimliyi, Tarix müəllimliyi,
Coğrafiya müəllimliyi, İnformatika müəllimliyi, Təsviri
incəsənət müəllimliyi, İbtidai sinif müəllimliyi,
Korreksiyaedici təlim, Məktəbəqədər təlim və
tərbiyə Təhsildə sosial-psixoloji xidmət və
Pedaqogika ixtisasları üzrə hər bir təhsilalana
düşən təhsil xərclərinin miqdarı 1380 manat,
Filologiya və Fəlsəfə, Tərcümə, Jurnalistika,
Kitabşünaslıq, Tarix, Antropologiya, Politologiya, Psixologiya,
Sosiologiya, Regionşünaslıq, Hüquqşünaslıq,
Beynəlxalq münasibətlər, Dinşünaslıq,
Kitabxanaçılıq və informasiya,
Muzeyşünaslıq, arxiv və abidələrin qorunması
ixtisasları üzrə hər bir təhsilalana düşən
təhsil xərclərinin miqdarı 1380 manat, İnstrumental
ifaçılıq, Solo oxuma, Dirijorluq, Bəstəkarlıq və
Musiqişünaslıq ixtisasları üzrə hər bir təhsilalana
düşən təhsil xərclərinin miqdarı 3000 manat,
Xalq çalğı alətləri
ifaçılığı ixtisası üzrə hər bir
təhsilalana düşən təhsil xərclərinin
miqdarı 2650 manat, Xoreoqrafiya sənəti, Estrada sənəti,
Teatrşünaslıq, Bədii yaradıcılıq və
ekran dramaturgiyası, Kinoşünaslıq və Operator sənəti
ixtisasları üzrə hər bir təhsilalana düşən
təhsil xərclərinin miqdarı 1680 manat, Dünya
iqtisadiyyatı, Mühasibat uçotu və audit, Maliyyə,
İqtisadiyyat, Sənayenin təşkili və idarə edilməsi,
Statistika, Menecment, Marketinq, Biznesin idarə edilməsi, Dövlət
və bələdiyyə idarəetməsi və Kommersiya
ixtisasları üzrə hər bir təhsilalana düşən
təhsil xərclərinin miqdarı 1380 manat, Riyaziyyat,
Mexanika, Fizika, Kimya, Biologiya, Coğrafiya, Hidrometeorologiya,
Geologiya, Kompüter elmləri və Ekologiya ixtisasları
üzrə hər bir təhsilalana düşən təhsil xərclərinin
miqdarı 1480 manat, Materialşünaslıq mühəndisliyi,
Geologiya mühəndisliyi, Hidrogeologiya mühəndisliyi,
Geofizika mühəndisliyi, Dağ-mədən mühəndisliyi,
Neft-qaz mühəndisliyi, Neft-qaz qurğuları mühəndisliyi,
Elektroenergetika mühəndisliyi, İstilik energetikası
mühəndisliyi, Enerji maşınqayırması mühəndisliyi,
Metallurgiya mühəndisliyi, Maşın mühəndisliyi,
Avianəqliyyat istehsalatının təşkili mühəndisliyi
və Aviasiya texnikası avadanlıqlarının istismarı
mühəndisliyi ixtisasları üzrə hər bir təhsilalana
düşən təhsil xərclərinin miqdarı 1680 manat,
Turizm və otelçilik və Nəqliyyat servisi (nəqliyyat
növləri üzrə) ixtisasları üzrə hər bir
təhsilalana düşən təhsil xərclərinin
miqdarı 2470 manat təsdiqlənib.
Eyni zamanda, Sosial iş ixtisası üzrə
hər bir təhsilalana düşən təhsil xərclərinin
miqdarı 2170 manat, Sənətşünaslıq ixtisası
üzrə hər bir təhsilalana düşən təhsil xərclərinin
miqdarı 1700 manat, Aktyor sənəti ixtisası üzrə hər
bir təhsilalana düşən təhsil xərclərinin
miqdarı 2000 manat, Dekorativ sənət ixtisası üzrə
hər bir təhsilalana düşən təhsil xərclərinin
miqdarı 4000 manat, Rejissorluq ixtisası üzrə hər bir
təhsilalana düşən təhsil xərclərinin
miqdarı 2600 manat, Dizayn ixtisası üzrə hər bir təhsilalana
düşən təhsil xərclərinin miqdarı 1920 manat,
Rəngkarlıq, Qrafika və Heykəltəraşlıq
ixtisasları üzrə hər bir təhsilalana düşən
təhsil xərclərinin miqdarı 5000 manat, Memarlıq
ixtisası üzrə hər bir təhsilalana düşən
təhsil xərclərinin miqdarı 2000 manat müəyyənləşib.
Magistraturada və rezidenturada həkim-mütəxəssis
hazırlığı aparılan ixtisaslar üzrə hər
bir təhsilalana düşən təhsil xərclərinin
miqdarı 4000 manat olub. Beləliklə, bu ixtisaslar
üzrə hər bir təhsilalana düşən təhsil xərclərinin
miqdarı dəyişməyib. Nazirlər
Kabinetinin “Ali təhsil müəssisələrində yeni
maliyyələşmə mexanizminin tətbiq edilməsi
haqqında” 2010-cu il 25 iyun tarixli 120 nömrəli qərarında
da bu ixtisaslar üzrə hər bir təhsilalana düşən
təhsil xərclərinin miqdarı yeni redaksiyadakı kimi
olub.
Bədən tərbiyəsi və idman
ixtisası üzrə hər bir təhsilalana düşən
təhsil xərclərinin miqdarı 1670 manatdan manatdan 2000
manata qaldırılıb. Eyni zamanda
magistratura səviyyəsinə yeni 3 ixtisas əlavə edilib və
həmin ixtisaslar üzrə hər bir təhsilalana
düşən təhsil xərclərinin miqdarı təsdiqlənib.
Beləliklə, yeni əlavə edilən
Dövlət və ictimai münasibətlər ixtisası
üzrə hər bir təhsilalana düşən təhsil xərclərinin
miqdarı 1680 manat, Davamlı inkişafın idarə edilməsi
ixtisası üzrə hər bir təhsilalana düşən
təhsil xərclərinin miqdarı 1380 manat, Xüsusi təyinatlı
texnika və sistemlər və İnformasiya təhlil fəaliyyəti
ixtisası üzrə hər bir təhsilalana düşən
təhsil xərclərinin miqdarı 1680 manat təsdiqlənib.
Sevinc
Həftə
içi.-2018.-13 mart.-S.6.