Cümhuriyyət qurucularının məzarları ölkəmizə gətirilməlidir”

 

Nəsiman Yaqublu

 

Bu il yanvarın 10-da Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Azərbaycan Prezidenti İlham Əliyev 2018-ci ili ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İlielan etdi. Ölkəmizin başçısı həmin tədbirdə qeyd etdi ki, il ərzində bununla əlaqədar həm ölkəmizdə, həm də xaricdə bir çox tədbirlər keçiriləcək. Prezidentin sərəncamına əsasən cəmi 23 ay yaşamış cümhuriyyət dövrümüzlə bağlı tədbirlərin, kompleks işlərin görülməsi nəzərdə tutulur.

Dövlət müstəqilliyimizin ilk illərindən başlayaraq, bu istiqamətdə araşdırmalara başlanıldı. Müəyyən işlər görüldü. Ancaq bu sahədəki araşdırmalarla bağlı müəyyən axsamaların olması da müəyyən zamanlarda medianın gündəminə düşür. Cümhuriyyət dövrü fədailərinin nəşlərinin Azərbaycana gətirilməsi, paytaxtda və digər bölgələrdə cümhuriyyət abidəsinin qoyulması məsələsi də bu qəbildəndir.

Azərbaycan Cümhuriyyəti dövrünün araşdırmaçısı, tarix elmləri üzrə fəlsəfə doktoru Nəsiman Yabublu hafta.az-a müsahibəsində yüzillik ərəfəsində görülməsi vacib işlərə toxunub:

- Nəsiman bəy, ölkə başçısı İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin dövlət səviyyəsində qeyd olunması və 2018-ci ilin “Cümhuriyyət ilikimi qeyd olunması ilə bağlı sərəncamını necə qiymətləndirirsiniz?

- Prezident İlham Əliyevin 2018-ci ili “Azərbaycan Xalq Cümhuriyyəti İlikimi qeyd edilməsi ilə bağlı qərarını yüksək dəyərləndirirəm. Bu qərar yüz ilin önəmli hadisələrindəndir. Hesab edirəm ki, “Cümhuriyyət ili”ndə müsəlman və türk dünyasında ilk cümhuriyyətin Azərbaycanda qurulduğunu dünyaya göstərməliyik. Bütün dünya bilməlidir ki, Azərbaycan xalqı siyasi düşüncəsi, idrakı və qabiliyyəti ilə Şərqdə ilk cümhuriyyəti, parlamentli respublikanı qurub. Bunu həyata keçirən insanların fəaliyyətini təbliğ etməliyik.

- 1918-20-ci illər Azərbaycan Xalq Cümhuriyyəti dövrü ilə bağlı daha çox hansı istiqamətdə araşadırmalar az aparılıb? Hansı sahələrdə daha geniş araşdırmalara ehtiyac duyulur?

- Cümhuriyyət dövrü ilə bağlı müəyyən sahələr araşdırılmaqdadır. Amma geniş araşdırmalar az aparılır. Həmin dövrlə bağlı iqtisadiyyat, təhsil məsələləri ilə bağlı tədqiqat işləri genişləndirilməlidir. Azərbaycanın xarici siyasəti ilə bağlı müəyyən işlər görülüb. Amma yenə də işlər görülməlidir. Azərbaycanın xarici ölkələrdəki səfirlərinin fəaliyyəti yetərincə araşdırılmayıb. O vaxt onlara diplomatik nümayəndələr deyirdilər. Demək olar ki, həmin insanların fəaliyyətləri az öyrənilib. Bu məsələlər ciddi şəkildə öyrənilməlidir. Bundan başqa, mühacirət dövründə Azərbaycanın istiqlalının bərpası üçün çalışmaları, fəaliyyətləri az öyrənilib. Onların beynəlxalq konfranslarda iştirakı, xarici ölkələrin nümayəndələri, dövlət başçıları ilə görüşləri, yazışmaları, məktublaşmaları sahəsində tədqiqatların genişləndirilməsinə ehtiyac var. Mühacirlərarası yazışmaların tədqiqi ilə bağlı araşdırmalara demək olar ki, az-az rast gəlinir. Bu yazışmaların əsasını da cümhuriyyətin yenidən bərpa edilməsi məsələsi tuturdu. Bütün bu sadaladıqlarım mövzuların geniş şəkildə araşdırılmasına ehtiyac var.

- Cümhuriyyət fədailərinin videogörüntüləri, səs yazıları ilə bağlı araşdırmalar nə yerdədir? Bu barədə sizdə nə kimi məlumatlar var?

- Bu sahədə müəyyən işlər görülübdavam etdirilir. Onların videogörüntüləri azdır. Cümhuriyyət fədailəri ilə bağlı müəyyən səs yazıları var. Məsələn, Məmməd Əmin Rəsulzadənin səs yazısı var. Onunla bağlı səs yazısını biz araşdırıb tapdıq. İnternetdə də yaydıq. Həmin səs yazısı onun 1953-cü ildə Azərbaycan xalqına müraciətidir. Düşünürəm ki, yenə də bu istiqamətdə araşdırma aparmaq lazımdır. Bu da tam, geniş şəkildə öyrənilməyən bir sahədir.

- Son zamanlar ölkə mediasında cümhuriyyət dövrü ilə bağlı abidənin qoyulması məsələsi gündəmə gəlib. Necə düşünürsünüz, bu abidə Tiflisdə, Gəncədə yoxsa Bakıda qoyulmalıdır?

- Düşünürəm ki, hamısında bu cür abidələr olmalıdır. Bütün bölgələrdə cümhuriyyət dövrü fədailəri ilə bağlı abidələr qoyulmalıdır. Bu gün cümhuriyyəti quranların adı ilə bağlı İstiqlaliyyət küçəsində cəmi bir abidə var. Həmin abidə isə cümhuriyyət dövrü fədailərinin adına layiq deyil. Elə bir yerə qoyublar ki, gedib-gələnlər onu heç görmürlər. Geniş bir məkanda cümhuriyyət dövrümüzlə bağlı mavzoleyyaxud abidələr kompleksi yaradılmalıdır. Həmin yerə bütün insanların gediş-gəliş imkanları olmalıdır. Həm də şəhərin istənilən yerindən görünməlidir. Yəni bu dərəcədə böyük olmalıdır. Bu sahədə mövcud işlər o qədər də geniş şəkildə aparılmır. Qafqazda digər ölkələr – Gürcüstan və Ermənistan da yüzillik yubileyləri keçirəcəklər. Yəni bu, demokratiya yarışına çevriləcək. Biz bu yarışda qalib gəlməliyik. Mən bununla bağlı təkliflərimi dövlət rəhbərliyinə ünvanlamışam. Hesab edirəm ki, cümhuriyyətin qurucularının adları əbədiləşdirilməli, məzarları ölkəyə gətirilməlidir. Əgər gətirə bilmiriksə, o zaman, onların dəfn edildiyi ölkələrdə məzarları abadlaşdırılmalıdır. Bununla yanaşı, cümhuriyyətin qurucularının yaşadığı binalara xatirə lövhələri vurulmalı, ümumilikdə cümhuriyyətlə bağlı muzey kompleksi yaradılmalıdır. Dünyaya sübut etməliyik ki, 100 il öncə Azərbaycan Dağlıq Qarabağ və Zəngəzuru da daxil olmaqla müstəqil dövlət kimi tanınıb. Yəni bütün dünya 100 il öncə Dağlıq Qarabağı və Zəngəzuru Azərbaycan torpağı olaraq qəbul edib. Bu məsələ olduqca mühümdürbiz yaranmış şəraitdən maksimum istifadə etməliyik.

- Ölkə prezidentinin sərəncamında cümhuriyyətin 100 illiyi ilə əlaqədar kompleks işlərin görülməsi nəzərə alınıb. Sizcə hansı işlərin görülməsi bu dövrün araşdırılması və tədqiqi məsələsində daha çox əhəmiyyət kəsb edir?

- Onların irsinin araşdırılması, toplanılması, həmin insanlar haqqında sənədli filmlərin hazırlanması, adlarının əbədiləşdirilməsi, yaşadıqları binalara xatirə lövhələrinin vurulması mühüm əhəmiyyət kəsb edir. Bu istiqamətdə onların adı ilə bağlı işlər görülməlidir. Mənə elə gəlir ki, bu istiqamətdə az görülüb.

- Cümhuriyyət dövrü əskinlaslarının Türkiyədə yəhudi və ermənilər tərəfindən hazırlanması ilə bağlı iddialar ortaya atıldı. Buna münasibətinizi bilmək istərdik...

- Cümhuriyyətin 100 illiyi ərəfəsində bu cür məsələləri qabartmağa ehtiyac yoxdur. Birincisi, bu böyük bir tarixi hadisədir. İkincisi cümhuriyyət dövrümüzlə bağlı hər şeyi sevmək və tədqiq etmək lazımdır.

- Bir müddət öncə keçmişSoveskiadlanan ərazidə cümhuriyyət abidəsinin qoyulması, Sahil bağınnın isə Cümhuriyyət bağı adlandırılması məsələsi gündəmə gəlmişdi. Bu cür təklifləri necə qiymətləndirirsiniz?

-O təklifi “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid vermişdi. Mən də həmin təklifi dəstəkləmişdim. Bu gün də həmin təklifi dəstəkləyirəm və qeyd edirəm ki, Sahil bağının Cümhuriyyət bağı adlandırılması, orada cümhuriyyət qurucularının heykəlinin qoyulması çox uğurlu təklifdir. Çünki həmin yer Bakının ən gözəl nöqtələrindən biridir.

- Bəs yüzillik ərəfəsində mühacirət həyatı yaşamış və vətəndən uzaqlarda dəfn edilmiş cümhuriyyət qurucularının qəbirlərinin Azərbaycana gətirilməsi məsələsinə münasibətiniz necədir?

- O da lazımdır. Çünki artıq Azərbaycan müstəqil dövlətdir. Həmin adamların qəbirləri ölkəmizə gətirilməlidir. Onlar öz torpaqlarında dəfn edilməlidir. Bu da çox vacib məsələdir. Düşünürəm ki, cümhuriyyətimizin yüz illiyi ərəfəsində bunların hamısını yerinə yetirmək lazımdır. Əlimərdan bəy Topçubaşov Fransada, Məhəmməd Əmin Rəsulzadə Türkiyədə, Ceyhun Hacıbəyli Fransada, Fətəli bəy Xoylu Gürcüstanda digərləri başqa ölkələrdə dəfn olunub. Həm Azərbaycan daxilində, həm də xaricdə Azərbaycan Cümhuriyyətinin yüz illiyinin təkcə bayram edilməsi ilə kifayətlənməməliyik. Çox böyük təbliğat sistemi qurulmalıdır və aparılmalıdır. Gürcüstan və Ermənistan da yüz illiklərinə hazırlaşırlar. Polşa Respublikası bu il yüz illiyini keçirəcək. Demokratiya və təbliğat yarışında çalışaq ki, geri qalmayaq, qələbə çalaq. Bizim şanslarımız varuğurlu məqamlarımız da çoxdur. Bu işləri uğurla həyata keçirmək üçün işi yaxşı bilən adamlar cəlb edilməlidir.

 

Tural Turan

 

Həftə içi.- 2018.- 14 mart.- S.3.