Milli Kitabxanada
növbəti kitab sərgisi
Xalq
Yazıçısı Anara həsr edilib
Martın
14-də M.F.Axundzadə adına Azərbaycan Milli
Kitabxanasında Azərbaycan ədəbiyyatının görkəmli
nümayəndələrindən biri, ssenarist, tərcüməçi,
Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq
Yazıçısı Anarın anadan olmasının 80 illik
yubileyi münasibətilə “Xalq yazıçısı Anar”
adlı kitab sərgisi açılıb.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, sərgidə yazıçının Azərbaycan və xarici dillərdə müəllifi olduğu əsərləri, məsləhətçisi, tərtib və tərcümə etdiyi, redaktoru olduğu, “Ön söz” yazdığı kitablar, eləcə də ayrı-ayrı müəlliflər tərəfindən yazıçı haqqında yazılmış dəyərli kitablar və dövri mətbuat materialları sərgilənir.
Milli Kitabxana tərəfindən açılmış sərgi həftə ərzində davam edəcək.
Həftə içi.- 2018.-
15 mart.- S.8.