Anara Prezidentin fəxri
diplomu təqdim edilib
Martın 14-də Azərbaycan
Yazıçılar Birliyinin
sədri, Xalq Yazıçısı, görkəmli
ədib, ictimai xadim Anarın 80 yaşı tamam olub.
Prezident İlham Əliyev martın 13-də yazıçının
Azərbaycan mədəniyyətinin
inkişafı və təbliğində uzunmüddətli
səmərəli fəaliyyətinə
görə “Azərbaycan
Respublikası Prezidentinin
fəxri diplomu” ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb. Dövlət başçısı 80 illik
yubileyi münasibətilə
Anara təbrik məktubu da ünvanlayıb.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Yazıçılar
Birliyində “Azərbaycan
Respublikası Prezidentinin
fəxri diplomu”nu yubilyara təqdim edib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki,
mərasimdə nazirin
birinci müavini Vaqif Əliyev, Yazıçılar Birliyinin
katibləri iştirak
ediblər.
Anarın şəxsiyyəti və
yaradıcılığı haqqında söz açan Əbülfəs
Qarayev onu yubileyi münasibətilə
təbrik edib, cansağlığı, uzun
ömür və yeni yaradıcılıq uğurları arzu edib. Xalq Yazıçısının yaradıcılığından bəhs edən nazir onu həm
nasir və dramaturq, həm də ictimai xadim kimi fenomen
şəxsiyyət adlandırıb.
Qeyd edib ki, Anar
Azərbaycan ədəbiyyatının
canlı tarixidir.
Onun ədəbi və ictimai fəaliyyəti həmişə Azərbaycan
dövlətçiliyinin, milliliyinin
təbliğinə yönəlib.
Buna görə də Xalq Yazıçısının
yubileyi nəinki Azərbaycanda, həmçinin
ölkəmizin hüdudlarından
kənarda geniş şəkildə qeyd ediləcək.
Görüşdə bir sıra təkliflər
irəli sürülüb. Əbülfəs Qarayev yaxın zamanda Göyçayda ədəbiyyat günlərinin
keçirilməsini təklif
edib.
Xalq Yazıçısı
dövlət başçısının
onu təltif etməsinə və yubileyi münasibətilə
təbrik məktubu ünvanlanmasına görə
dərin minnətdarlığını
ifadə edib.
Həftə içi.- 2018.-
16 mart.- S.8.