Ayaq barmaqları ilə çəkilmiş
rəsmlər
Martın 16-da Azərbaycan
Fransız İnstitutunda azərbaycanlı rəssam-sənətkar
Samirə Salmanovanın şəxsi əsər
kolleksiyasından ibarət sərginin
açılışı olacaq. Fransanın ölkəmizdəki
səfirliyindən Hafta.az-a verilən məlumata görə,
1981-ci ildə anadan olmuş Samirə “uşaq-serebral iflic”
diaqnozu ilə anadangəlmə xəstə doğulub.
O,
yerimir, ayaq üstə dura bilmir, əlinə heç bir
şey götürə bilmir, eşitməsi yaxşı olsa
da danışa bilmir. Bütün bu
çatışmazlıqlara baxmayaraq Samirədə İlahi
tərəfindən verilmiş fitri istedad var. Belə ki, Samirə
yeganə ümidi olan ayaq barmaqları ilə olduqca gözəl
rəsm əsərləri yaradır. Samirənin heç bir dərs
almamasına baxmayaraq o, ayaq barmaqları ilə yazı
yazır, şəkil çəkir, kompüterlə sərbəst
işləyir, hətta diyircəkli kresloda oturduğu yerdə
ayaq barmaqları ilə xırda ev işlərini də yerinə
yetirir. 2002-ci ildə Moskvada keçirilən Beynəlxaq
“Filantrop fondu”nun sərgisində böyük nailiyyətə
imza atıb. Samirənin ayağı ilə çəkdiyi ən
qiymətli əsərləri Moskvanın Tretyakovski
Qalareyasında nümayiş etdirilərək oranın fonduna
qəbul edilib. Hazırda Samirə “Əlil qadınlar”,
“Əlillərin beynəlxalq əməkdaşlığı”
və digər bu kimi cəmiyyətlərin fəal üzvlərindəndir.
Vüsal
Həftə içi.- 2018.- 16
mart.- S.8.