BANM-da Azərbaycan Xalq
Cümhuriyyətinin
yaranmasının 100
illiyinə həsr
olunmuş sərgi keçirilib
Bakı Ali Neft Məktəbi (BANM) Tələbə
Həmkarlar İttifaqı Komitəsinin dəstəyi ilə
BANM-da Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının
100 illiyinə həsr olunmuş sərgi keçirilib. Sərgidə
2012-ci ildən Azərbaycan Xalq Cümhuriyyəti və
mühacirət tarixi ilə bağlı materiallar toplayan
kolleksiyaçı və jurnalist Dilqəm Əhməd
iştirak edib.
Milli.Az xəbər
verir ki, iştirakçıları ilk öncə, tədbirin həyata keçməsində
böyük əməyi olan BANM THİK-ın 1ci kurs Kimya
mühəndisliyi fakültəsinin sədri Rəşad
Əhmədov salamlayıb, tədbir haqqında məlumat
verib.
Cümhuriyyətimizin,
onun fədailərinin əşyalarını, məktubları,
bir sözlər tariximizi bir yerə yığaraq kolleksiya
formalaşdıran, həmçinin onları publisist yöndən
araşdıran, cəmiyyətə, gələcək nəsillərə
ötürməklə məşğul olan Dilqəm Əhməd
tədbirin başlanğıcında geniş prezentasiya ilə
BANM-ın tələbələri qarşısında
çıxış edib. O öz təqdimatında Azərbaycan
Xalq Cümhuriyyətinin yaradıcısı Məhəmməd
Əmin Rəsulzadə, Fətəli xan Xoyski, Nəsib bəy
Yusifbəyli, Əlimərdan bəy Topçubaşovun, Camo bəy
Hacınski, Səməd bəy Mehmandarovun, Abbasqulu ağa
Bakıxanov, Mirzə Fətəli Axundov, Həsən bəy Zərdabi,
Cəlil Məmmədquluzadə kimi görkəmli şəxsiyyətlər
barəsində məlumat verərək, onların şəkilləri,
məktubları, Azərbaycan tarixində rolu, baş vermiş
hadisələr və onların xatirəsi ilə bağlı
əhvalatlar haqqında tələbələrə geniş məlumat
verib. Azərbaycan Xalq Cümhuriyyəti tarixinin vurğunu olan
kolleksiyaçı, Cümhuriyyət
siyasilərinin ailə üzvləri ilə olan şəkilləri,
həmin dövrə aid, məhv olmaqdan qurtarılmış sənəd
və şəkillər haqqında öz bildiklərini tədbir
iştirakçıları ilə paylaşıb.
Daha sonra
BANM-ın tələbələri Azərbaycan Xalq Cümhuriyyəti
tarixi ilə bağlı onları maraqlandıran sualları
ünvanlayıblar.
Təqdimat
bitdikdən sonra BANM-ın tələbələri Dilqəm
Əhmədin alti ildən çoxdur ki topladığı, Azərbaycan
Xalq Cümhuriyyəti dövrünə səyahət etdirən
kolleksiyası, bu kolleksiyadan fotoşəkillər, məhv olma
riskilə üzləşmiş tarixi sənədlərlə
tanış olublar. Kolleksiyaçı sərgi boyu tələbələrə
hər bir şəkil və sənəd haqqında maraqlı
məlumatlar verib.
Qeyd edək
ki, Dilqəm Əhməd həmçinin Azərbaycan Xalq
Cümhuriyyəti dövrünə dair bilgiləri
özündə birləşdirən, böyük uğur
qazanmış "Fərqlilər" və "Mühacirlərin
dönüşü" kimi kitabların müəllifidir.
Həftə içi.- 2018.- 2 may.-
S.6.