Tarixi dəqiq məlum
olmayan
Ramana qalası uça
bilər
Bakı şəhərində bu
gün tariximizi əks etdirən və keçmişimizdən
bugünə boylanan möhtəşəm tarixi
qalalarımız əsrlərin sərt sınağından
çıxaraq məğrur dayanıb. O tarixi qalalar ki,
xalqımızın sığınacaq yeri, yağı
düşmən gülləsinə sipər olub. Top
dağıtmayan möhtəşəm qalalar olub. Onlardan biri də
Bakının Ramana kəndində XII- XIV əsrlərə aid
qaladır.
Qalanın
divarlarından gələn səslər bir anlıq bizi
keçmişimizə aparır. O keçmişə ki,orada
qeyrətli kişiləri, bütöv Azərbaycanı
görürük, onun böyük tarixi-milli mədəniyyətini
görürük. Təəssüflər olsun ki, Mədəniyyət
Nazirliyinin balasında olan qoruq kimi qorunan bu tarixi abidəmiz
baxımsız qalıb.
“Həftə
içi”nin əməkdaşı olaraq, bu dəfə yolumuzu
həmin ünvandan saldıq. Qalanın ətrafında alaq
otları təmizlənmək əvəzinə
yandırılırdı. Qalanın çöl divarları
aşağıdan-yuxarıya doğru əksər yerlərində
üfüqi və maili istiqamətdə dərin çatlar əmələ
gəlib. Qalanın həyətində Səxavət Kərimov
adlı bir sakinlə görüşdük. O, Ramana qəsrinə
nəzarət etdiyini dedi.
Səxavət
Rəhimov bizi qala ilə tanış edərək bildirdi ki,
sözügedən abidə Mədəniyyət və Turizm
Nazirliyinin balansındadır: «Tarixi abidə kimi qorunur. Həyətin
ortasında yerləşən dördbucaqlı, mərkəzi
qüllənin hündürlüyü 15 metrdir. Qüllə
dördmərtəbəlidir. 2- ci və 3-cü mərtəbələrin
döşəməsi taxtadan idi. Mərtəbələr
divariçi dolama pilləkən vasitəsilə birləşir.
Divarlarda mazqallar var. Qüllə və bayır divarları
maşikullarla tamamlanır. Ağ daşdan tikilən
qalanın dəqiq tikilmə vaxtı bəlli deyil.
İnşaat texnikasına və plan xüsusiyyətlərinə
görə, qalanın XIV əsrin ortalarında tikildiyi ehtimal
olunur. Güman ki, müdafiə məqsədi ilə tikilib və
Şirvanşahlar dövləti dövründə qəsr kimi
istifadə olunub”.
Səxavət
Rəhimov söyləyir ki, qaladan baxanda paytaxt tamamilə
görünür. Onun sözlərinə görə, o
dövrlərdə dənizdən düşmən gələndə
və Bakı şəhəri hücuma məruz qalanda bu
qaladan baxanda görünürmüş. Bu qala rabitə rolunu
oynayıb. Dərhal alov yandırarmışlar. Düşmənin
gəldiyini bu tonqalla bilərmişlər. Eləcə də
Mərdəkan qalası. Dədə Qorqudda olduğu kimi.
Qalanın başında tonqal yandırılması
düşmənin gəlişinə işarə imiş”.
Ramana qalasında filmlər çəkilib
Nəzarətçi
deyir ki, bir sıra filimlərimiz Ramana qalasında çəkilib:
«Àdıçəkilən
qaladan "Koroğlu", "Nəsimi" və "Babək"
filmlərinin çəkilişində istifadə olunub. Və
elə qala sonuncu dəfə bu filmlərdən birinin,
"Koroğlu"nun çəkilişi zamanı, 1950-ci ildə
bərpa olunub. O zaman qala dağınıq vəziyyətdə
olub. Tarixçilər Ramana qalasından Qız qalasına və
Bakıxanov qəsəbəsinə vaxtilə yeraltı yolun
olduğunu qeyd ediblər. Qala divarlarından bayırda, sağ
tərəfdə qayaya bənzər iri daş parçası
ilk baxışdan diqqət cəlb etməsə də, belə
demək mümkünsə, özü-özlüyündə
mahiyyət etibarilə xoş bir hadisəni yaşadır. Dahi
Bülbül Koroğlunun ariyasını məhz bu
daşın yanında ifa edib. Elə kənd sakinləri də
kəndi ziyarət edib, tarixi abidələrini seyr edən hər
kəsə bu iri daş parçasını məhz bu cür
təqdim edirlər”.
Nəzarətçi
qala divarlarına qalxmaq üçün divarın sol tərəfində
iki pilləkənin olduğunu söylədi: “Onlardan biri ilə,
burma daş pilləkən vasitəsilə divarın içərisindən
yuxarıya, təxminən, yarım metr çölə tərəf
tikilən dəhlizə qalxmaq mümkündür. Digər
daş oturacaq isə qalanın həyətindən yuxarıya
tərəf qalxır. Bu pilləkənlər vasitəsilə
qala divarlarına qalxıb, kəndi seyr etmək
mümkündür. Möhkəm qala divarları, sanki
qayalı yamacların təbii davamıdır. Yalnız nisbətən
asanlıqla yaxınlaşmaq mümkün olan şərq hissəsindəki
divar müstəvilərində oxvari aşırımla
çapılmış baştağ qabarıq şəkildə
görünür. Abşeronun digər qəsrlərindən fərqli
olaraq, bu qəsrdə divarlardakı dolama pilləkənərə
giriş hündürdə deyil, döşəmə səviyyəsində
yerləşdirilmişdir. Plan və memarlıq həlli
üsullarına görə Ramana qəsri digər Abşeron qəsrləri
ilə olduqca oxşardır. Lakin o, özünün
memarlıq kütləsinin daha mənzərəli
kompozisiyası ilə onlardan fərqlənir. Bu onun yerləşdiyi
relyefin xüsusiyyətlərindər irəli gəlir. Qəsr
dekorativ tərtibatdan məhrumdur və üslub əlamətlərinə
əsasən, X əsrin ortalarına aid edilir”.
“On beş il bundan öncə
türklər gəlib...”.
Bələdçi ürək
ağrısı ilə dedi ki, bu cür möhtəşəm
bir qala baxımsız qalıb.Qala ən hündür yerdə
olduğundan, qalanın üstünə çıxanda
bütov Bakı və onun ətrafı ovuc kimi
görünür. Təəssüflər olsun ki, qeyrət
qalamızın divarlarında dərin çatlar yaranıb.
Günbəgün bu çatlar dərinləşir. Əgər
qalada bərpa işləri aparılmasa, o uça bilər.
Yuxarıda qeyd etdiyim kimi, üçmərtəbəli
qaladır. Mərtəbələrə daş pilləkənlərlə
çıxılır. Artıq pilləkənləri
toz-torpaq tutduğundan, yuxarı mərtəbələrə
çıxmaq mümkün deyil. 15 il bundan öncə
türklər gəlib, bu qalanı təmir etmək istəyirdilər.
Qaş düzəltmək əvəzinə, vurub gözü
də çıxardılar. Həmin o illərin yadigarı
olan ikinci və üçüncü mərtəbənin
taxta döşəmələrini söküb, daha da bərbad
günə qoydular. İndi həmin mərtəbələrə
çıxmaq olmur. Qalanın xarici və daxili daş
divarlarının bünövrəsi bir neçə yerdən
uçub tökülüb. Divarların böyük hissəsində
üfüqi və maili istiqamətdə yaranmış
çatlar get-gedə dərinləşir. Əgər bərpa
işləri aparılmasa, qalanın uçmaq təhlükəsi
yarana bilər”.
Səxavət
Rəhimov dedi ki, XII əsrdə tikilmiş qalaya bitişik məscid
də var. Baxımsızlıqdan məscidin dam
örtüyü uçub-tökülürdü. Kənd
camaatı birləşib, adıçəkilən Allah evinin
dam örtüyünü təmir eləsə də, onun əsaslı
təmirə böyük ehtiyacı var.Məscidə qaz və
işıq xətti çəkilib. Amma içməli su
yoxdur. Əgər qalaya su xətti çəkilərsə,
biz qalanın ətrafında yaşıllıqlar sala bilərik.
Qalanın yolu çox pis vəziyyətdə idi. Bu səbəbdən
də qalaya maşınla gəlmək olmurdu. Sağ olsun
Ramana qəsəbə nümayəndəsi Şamil
Alıyevin köməkliyi nəticəsində, yola asfalt
töküldü. Vaxtilə qəsəbənin küçələrini
çirkab-kanalizasiya suları basırdı. Çökəkliklərdə
çirkab göllər əmələ gəlmişdi. Hər
tərəf zibillik idi, üfunətdən oturmaq olmurdu. Məhəllədaxili
yollar bərbad vəziyyətdə idi. Artıq qəsəbənin
daşlı yoları, eləcə də qəsəbəyə
gələn marşrut yolları əsaslı təmir edilib.
Abad qəsəbəyə çevrilib”.
“Turistlər qalanı görüb,
başlarını bulayıb gedirlər”
Nəzarətçi
deyir ki, son illər qalaya xarici ölkələrdən gələn
turist axını gücləíèá. Áir ay əvvəl bir avtobus Hindistandan turistlər gəlmişdilər.
Onlar qalanın tarixi və durumu ilə maraqlandılar.
2-3-cü mərtəbələrdə taxta döşəmələr
uçub-dağıldığından qalanın üstünə
çıxa bilmədilər. Elə həyətinə və
divarlarının çat və uçuq yerlərinə
baxıb, başlarını bulayıb getdilər. Əgər
bu qala memarlıq baxımından bərpa olunarsa və ətrafında
abadlıq işləri aparılarsa, yerli və xarici turistlərin
də axınına səbəb olar”.
Ramana qəsəbəsində
tarixi abidələrin mövcud durumu ilə bağlı ətraflı
bilgilər əldə etmək üçün əvvəlcə
Ramana Bələdiyyəsində olduq. Bələdiyyə sədri
İntizar Rzayeva bildirdi ki, vaxtı yoxdur. Òarixi abidələrə Mədəniyyət
və Turizm Nazirliyi nəzarət edir.
Sonra
Ramana qəsəbə nümayəndəsinə üz tutduq.
Qəsəbə nümayəndəsi Şamil Əliyevlə
görüşdük. Şamil Alıyev “Həftə
içi”nə bildirdi ki,rayon səviyyəsində bu il Novruz
Bayramı təntənəli şəkildə qalanın ətrafında
keçirildi. İzdihamlı bir tədbir idi. Qalaya gələn
yolu təmir etdirmişik. Ulu Öndərin 95 illik yubileyi ilə
əlaqədar Bakı Şəhər Baş Təhsil
İdarəsinin kollektivi ilə birgə 1000-ə yaxın
ağac əkmişik. Ağacların dibinə su xətti
çəkilib”.
Qələndər
Xaçınçaylı
Həftə içi.- 2018.- 18 may.-
S.7.