Şöhrətimizin ölçü
vahidi –
fəxri adlar və
ordenlər
Gündəmdə
fəxri adlardır - deputat Elmira Axundovaya “Xalq yazıçısı” fəxri
adının verilməsi və Xalq
yazıçısı Rüstəm İbrahimbəyovdan həmin
adın geri alınmasına
çağırışlar. Birincinin
yazdıqlarından çoxlarının xəbəri
olmadığı üçün, ikincinin ssenari müəllifi
olduğu filmin (“Qafqaz üçlüyü”)
dövlətçiliyə zərbə kimi
qiymətləndirildiyi üçün bu şəxslərin “Xalq
yazıçısı” adı daşıması birmənalı
qarşılanmır.
Ümumiyyətlə, şöhrətimizin ölçü vahidi sayılan mükafatlar, fəxri adlar, təltiflər son illərin ən çox müzakirə olunan mövzularından birinə çevrilib.
Yazar Aqşin Yenisey deyir ki, ad vermək, təqaüd ayırmaq, digər mükafat və fəxri adlar, bütün dövrlərdə və bütün dövlətlərdə hakimiyyətlərin qiymətləndirmə metodu sayılıb. Hətta hakimiyyəti tənqid etməsinə baxmayaraq, Volterə də gəncliyində təqaüd verilmişdi. Yaxud İngiltərə kraliçası "İslahatlar qanunu"nu parlamentdən keçirdiyinə görə, Bertan Rasselin nazir babasına ev bağışlamışdı: “Məni düşündürən bu deyil, cəmiyyətin bu qiymətləndirmə metoduna heyranlığıdır. Aşağı zümrələr canfəşanlıqla "Xalq yazıçısı", "Xalq Artisti" fəxri adlarının müdafiəçisi kimi çıxış edir, bu adın layiq olduğu adamlara verilməsini, layiq olmadığı adamlardan geri alınmasını istəyir. Əgər doğrudan da, yazıçını, şairi, müğənnini verilən ada, təqaüdə, evə görə qiymətləndirəcəkdiksə, onda sovet imperiyasını niyə dağıtdıq? Bu gün "Fəxri xiyaban"dan əli çıxdığı üçün bizi erməni bazarında aşağılayan həmin sovetdənqalma "Xalq yazıçı"ları deyilmi? Olmazdımı ki, Azərbaycan dövləti, müstəqilliyi rəmzləşdirən öz fəxri adlarını təsis etsin? Sovetizmin bu tör-töküntü dəyərlərini yaşatmaq kimin nəyinə lazımdır? Mən bu adların ləğv olunmasını, yaxud, heç olmasa, müstəqil Azərbaycanı rəmzləşdirən yeni titullarla əvəzlənməsini istərdim”.
Yeri gəlmişkən, Milli Məclisin son iclaslarında deputat Fazil Mustafa da Azərbaycanda orden və medalların kütləvi paylanmasına etirazını bildirib, təkliflər də vermişdi: “Ölkədə orden, medalların sayı həddən artıq çoxdur və bunu ləğv etmək lazımdır. Bir vaxtlar məsələ qaldırırdılar ki, Bakıya İkinci Dünya müharibəsi ilə bağlı qəhrəman şəhər adı verilsin. Niyə axı? Bakını Rusiyanın qəhrəman şəhəri etməliyik? O cümlədən sovet ənənəsi olan bu orden və medalları da yığışdırıb, bunun əvəzində insanlara stimul vermək üçün pul mükafatlarının ayrılmasını təşkil etməliyik”.
Qeyd edək ki, Azərbaycan Respublikası müstəqilliyini elan etdikdən (1991) sonra, Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında Azərbaycan Respublikasının 1992-ci il 10 noyabr tarixli Qanunu, həmin Qanuna dəyişikliklər və əlavələr edilməsi barədə 1993-ci il dekabr tarixli Qanunu, həmçinin 2003-cü il 7 noyabr tarixli və 2005-ci il 22 aprel tarixli qanunları ilə aşağıdakı ordenlər təsis edilmişdir: "Heydər Əliyev" ordeni; "İstiqlal" ordeni; "Şah İsmayıl" ordeni; "Azərbaycan bayrağı" ordeni; "Şöhrət" ordeni; "Vətənə xidmətə görə" ordeni. 12 mart 2007-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə "Şərəf" və "Dostluq" ordenləri təsis edilib.
Azərbaycan Respublikasının ən yüksək təltifi olan "Heydər Əliyev" ordeni Azərbaycan Respublikasının vətəndaşlarına Azərbaycanın tərəqqisinə,əzəmətinin və şöhrətinin artmasına müstəsna töhfə verən xidmətlərinə görə; Vətənin müdafiəsində, Azərbaycanın dövlət mənafelərinin qorunmasında göstərilmiş mərdlik vəşücaətə, həmçinin xarici vətəndaşlara Azərbaycan Respublikası qarşısında görkəmli xidmətlərinə görə verilir.
"İstiqlal" ordeni Azərbaycan Respublikasının vətəndaşlarına Azərbaycan Respublikasında milli azadlıq hərəkatında müstəsna xidmətlərinə, Azərbaycan Respublikasının dövləti və xalqı qarşısında xüsusilə görkəmli xidmətlərinə, Azərbaycan Respublikasının milli dövlət quruculuğu işlərində xüsusi xidmətlərinə görə verilir.
Azərbaycan Respublikasının ali hərbi ordeni olan "Şah İsmayıl" ordeni ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin (ARSQ) ali rütbəli zabitləri, hərbi hissələrin və birləşmələrin komandirləri ARSQ-nin təşkilində və möhkəmləndirilməsində, Azərbaycan Respublikasınınərazi bütövlüyünün və təhlükəsizliyinin təmin edilməsində, respublikada fövqəladə halların aradan qaldırılmasında xüsusi xidmətlərinə görə təltif edilirlər.
"Azərbaycan Bayrağı" ordeni Azərbaycan Respublikasının vətəndaşlarına,əcnəbi vətəndaşlara və vətəndaşlığı olmayanşəxslərə Azərbaycan Respublikasında milli azadlıq hərəkatında iştirakına və ictimai-siyasi fəaliyyətinə görə; hərb elminin və hərb texnikasının inkişafında, Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında, dövlət sərhədinin mühafizəsinin təmin edilməsində xüsusi xidmətlərinə görə verilir.
"Şöhrət" ordeni Azərbaycan Respublikasının vətəndaşlarına, əcnəbi vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə iqtisadi, elmi-texniki, sosial-mədəni inkişafda, sülhün və xalqlar arasında dostluğun möhkəmləndirilməsində və əməkdaşlığın inkişafında; sənaye, nəqliyyat, rabitə, tikinti sahələrində, xalq təsərrüfatının digər sahələrində görkəmliəmək nəticələrinə, elm, təhsil və səhiyyə sahəsində xüsusi xidmətlərinə görə verilir.
"Vətənə xidmətə görə" ordeni Azərbaycan Respublikasına sadiqliyə, vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirməyə görə; dövlət qulluğunda səmərəli fəaliyyətə, yüksək peşəkarlığa və xüsusi nailiyyətlərə, milli dövlət quruculuğu işlərində xüsusi xidmətlərə görə verilir.
"Şərəf" ordeni Azərbaycan Respublikasının dövləti və xalqı qarşısında böyük xidmətlərə, milli dövlət quruculuğu işlərində xüsusi xidmətlərə, iqtisadi, elmi-texniki, sosial-mədəni inkişafda müstəsna xidmətlərə, elm, mədəniyyət,ədəbiyyat, incəsənət, təhsil və səhiyyə sahələrində böyük xidmətlərə görə verilir.
"Dostluq" ordeni Azərbaycan Respublikası ilə xarici ölkələr arasında dostluq, iqtisadi və mədəni əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə, xalqlar arasında dostluğun möhkəmləndirilməsi işində görkəmli xidmətlərinə görə, dünyada, regionda və müxtəlif ölkələrdə sülhün vəəmin-amanlığın bərqərar olmasında, sivilizasiyalar arasında konstruktiv münasibətlərin yaradılmasında və mədəniyyətlərarası dialoqun qurulmasında görkəmli xidmətlərinə görə verilir.
Azərbaycan Respublikasının "Qızıl Ulduz", "Vətən uğrunda", "İgidliyə görə", "Tərəqqi", "Hərbi xidmətlərə görə", "Hərbi xidmətdə fərqlənməyə görə", "Sərhəddə fərqlənməyə görə", "Hərbiəməkdaşlıq sahəsində xidmətlərə görə", "Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı", "Qüsursuz xidmətə görə", "Dövlət qulluğunda fərqlənməyə görə", "Daxili işlər orqanlarında qüsursuz xidmətə görə" medalları ilə yanaşı, bir sıra yubiley medalları da təsis edilib.
Orden və medallardan başqa fəxri adlar da var ki, onlar da böyük nüfuz sayılır. Xüsusən də yazarlar arasında bu ada sahiblənməyin xüsusi çəkisi var.
Fəxri ad - mədəniyyət, ədəbiyyat, elm, təhsil, səhiyyə, memarlıq, jurnalistika, mühəndislik, bədən tərbiyəsi və idman, mülki aviasiya, habelə dövlət qulluğu və hüquq sahəsində xüsusi xidmətlərə, yüksək peşə ustalığına və ictimai həyatda fəal iştiraka görə həm dövlət, həm ictimai təşkilat tərəfindən verilən xüsusi addır.
Bəzi ölkələrdə tarixən gələn fəxri adlar sistemi də mövcuddur. Məsələn, lord, qraf, bəy, monarx nəsli və s. Maraqlıdır, hazırda Azərbaycanın dünyasını dəyişməyən neçə Xalq şairi və Xalq yazıçısı var?
Sualla Azərbaycan Yazıçılar Birliyinə müraciət etdik. Qurumun mətbuat xidmətindən bildirdilər ki, hazırda Xalq şairi adını daşıyan 3 nəfər var: Nəriman Həsənzadə, Fikrət Qoca, Sabir Rüstəmxanlı.
Həyatda olan Xalq yazıçıları isə bunlardır: Maqsud İbrahimbəyov, Anar Rzayev, Elçin Əfəndiyev, Rüstəm İbrahimbəyov, Mövlud Süleymanlı, Çingiz Abdullayev və adı siyahıya yenicə daxil olan Elmira Axundova.
Yeri gəlmişkən, sovetlər dönəmində şair Məmməd Araza dövlət mükafatı verilir. Jurnalistlərdən kimsə Xudu Məmmədovdan bu mükafatla bağlı mövqeyini öyrənir. Xudu müəllimin cavabı belə olur: “Dövlət mükafatı Məmməd Araza verilməklə hörmətə mindi”. Doğrudan da mükafat var, sahibini hörmətə mindirər, adam da var, mükafatı hörmətdən salar.
Naibə Qurbanova
Həftə içi.- 2018.- 30 may.-
S.5.