“Bir vətəndaş kimi
düşünməliyik
- bu gün vətənə
nə vermişik...”
Tanınmış
şair-pedaqoq Zaur Ustac çətin və şərəfli
bir yol keçib. Vətənin qeyrətli
oğullarından biri kimi Qarabağ hadisələri zamanı
Bakl Dövlət Universitetində təhsilini
yarımçıq qoyaraq, könüllü şəkildə
hərbi xidmətə gedib və bir əlində silah, bir əlində
qələm torpaqlarımızın müdafiəsinə
qoşulub. Zaur həm də istedadlı
şairdir. Onun özünəməxsus
yaradıcılığı, ədəbi mühitə
baxışı var. Onun bir sıra əsərləri
dünyanın bir çox ölkələrində çap
olunub. Mən deyərdim ki, bu gün çağdaş ədəbiyyatımızda
kifayət qədər tanınan və oxunan
yazarlarımızdan biri də Zaur Ustacdır. “Ədəbi
düşüncə” rubrikasının elə budəfəki
qonağı da “Qızıl qələm” mükafatı
laueratı, Qarabağ Müharibəsi Vereranı şair Zaur
Ustacdır.
Zaur ustac (Zaur Mustafayev) söhbətə keçdiyi həyat
yolundan başladı. Bildirdi ki, 1975-ci ildə Bakı şəhərində
doğulub. Uşaqlıq illərində ailəsi
doğma yurd-yerləri olan Ağdamın Yusifcanlı kəndinə
köçüb:
– 1991-ci
ildə Yusifcanlı kəndində orta məktəbi bitirib,
Bakı Dövlət Universitetinin Kitabxanaçılıq
fakültəsinə daxil oldum. 1993-cü ildə
təhsilimi yarımçıq qoyub könüllü şəkildə
leytenant rütbəsi ilə hərbi xidmətə getdim.
Uğurlu “Ağdərə əməliyyatı”nın
iştirakçılarından biri kimi, Hava Hücumlarından
Müdafiəsi Qüvvələrində komandan heyəti
olmuşam. 2002-ci ildə zabit kimi ehtiyata
buraxıldım. Sonra Bakı Ali Ümumqoşun
Komandanlıq məktəbini bitirib, 3 il
Naxçıvanda “N” saylı hərbi hissədə xidmət
etdim. Bir zabit kimi ehtiyata buraxıldıqdan sonra,
Şamaxı Humanitar Kollecinidə pedaqoji təhsil aldım.
Hazırda pedaqoji fəaliyyətlə məşğul
oluram. Eyni zamanda
yaradıcılığımı da davam etdirirəm.
Zaur
pedaqoji fəaliyyətindən söz açaraq deyir ki, 10 il apardığı araşdırmalar öz bəhrəsini
verib:
– Bu
müddət ərzində apardığım
araşdırmalar nəticəsində 3-cü sinif şagirdləri
üçün yazdığım “39 həftəlik
“İngilis dili” proqramı” “Brittişi konsuıu”ndan müsbət
rəy alıb. Həmin proqramla məktəblərdə
oxiyan 3-cü sinif şagirdlərinə adıçəkilən
dili öyrədirəm.
Müsahibim deyir ki, “Ustac” ləqəbi nadir təxəllüsdür. “Ustac”
sözünün lüğəti mənasını bilmədən
bu təxəllüsü özümə götürdüm.
Sonradan öyrəndim ki, “ustac”
sözünün əsl mənası başın
ağıldan olan tacı deməkdir. Uşaqlıq
illərindən şeir yazıram, hətta orta məktəbdə
oxuyanda Ağdamın “Lenin yolu” qəzetində maraqlı məqalə
və şeirlərimlə çıxış edərdim.
Açığını deyim ki, 5-ci sinifdə oxuyarkən
ilk dəfə əlimə qələm alıb “Sülh
göyərçini” şeirini yazdım və bu şeirlə
də ədəbiyyata gəldim. Elə həmin illərdən
də “Azərbaycan pioneri”, “Odlar yurdu” qəzetində, “Pioner”
jurnalında çap olunmağa başladım. 2010-cu ildə “Günaydın” (“Ağ çiçəyim”)
şeirlər kitabım işıq üzü gördü.
15-dən çox kitabın müəllifiyəm.
Milli Qəhrəman Mübariz İbrahimov haqqında
yazdığım “Oriyentir ulduzu” adlı 4 hissədən ibarət
povestim 3 500 tirajla 5 dəfə kitab şəklində nəşr
olunaraq hərbi hissələrə, respublikanın
bütün bölgələrində fəaliyyət göstərən
kitabxanalara və eləcə də ümumtəhsil məktəblərinin
kitabxanalarına paylanılıb. Bu kitab mənə
uğur gətirdi. Bu günə kimi onun 10
mindən çox oxucusu var. Eyni zamanda, adıçəkilən
kitabın elektron variantı kitabxanalarda saxlanılır.
Bədii əsərlərlə yanaşı, təhsil
sahəsində bir sıra kitablarım işıq üzü
görüb. Belə ki, 1-ci sinif şagirdləri
üçün “Əlifba”mızdakı bütün rəqəmlərə
aid şeir və tapmacalardan ibarət “Gülünün
şeirləri” kitabının müəllifiyəm. Sözügedən kitab 3 dəfə nəşr
olunub və bütün məktəblərdə sinifdənxaric
oxu kimi istifadə edilir. Statistik məlumata
görə, gündə, ən azı, 500-600 nəfər bu
kitabdan istifadə edir. Son iki tədris ilində “İlin ən
çox oxunan kitabı” adına layiq
görülüb.
Zaur Ustac
Rusiyanın paytaxtı Moskva şəhərində Kremlin
tikilməsində memar olmuş həmyerlimiz
şamaxılı Əliş bəy Kərimlinin anadan
olmasının 700 illiyinə həsr etdiyi “Əliş və
Anna” poemasının əski və latın qrafikası ilə
nəşrə hazırlandığını söylədi:
–
Kitabın rəssamı və redaktoru məşhur təbrizli
musiqiçi-rəssam və pedaqoq Şehin Senayi Fərd
xanımdır. Eləcə də “Bayatılar”
kitabım iki qrafika ilə – Təbrizdə və Azərbaycanda
çap olunaraq yayımlanıb.
Tanınmış şair deyir ki, çağdaş ədəbiyyatımızı
bir qrup gənc yersiz yerə tənqid edərək dünya
arenasında gözdən salmağa çalışır. Mən onlarla
razılaşmıram; onlardan heç biri SSRİ
dövründə Xalq yazıçısı Anarın real həyatdan
yazdığı “Təhminə və Zaur” əsərindəki
hadisələri nümunə çəkib, bu gün baş
verən reallıqları o səviyyədə
işıqlandıra bilmir. Özlərini eqoist və
müştəbeh göstərən “yazar”lara
məsləhətin odur ki, heç olmasa, gedib
yazıçı Təranə Məmmədin “Tor”
kitabındakı eyniadlı povest və hekayələri
oxusunlar. Yazıçı bu əsərdə
müasir dövrümüzün problemlərini və hadisələrini
sadə dillə qələmə alıb və dünya səviyyəsinə
çıxacaq bir əsərdir.
Mən ilk öncə özümü peşəkar hərbçi
hesab edirəm.
Bu gün torpaqıarımız düşmən
tapdağı altındadır. Əsas
aktual məsələ torpaqlarımızın yağıdan
azad edilməsidir. İkinci sənətim
müəllim-pedaqoqdur. Sabahımız və
gələcəyə açılan yol uşaqlardan, ibtidai
sinifdən başlayır. Unutmayaq ki, indi
klassik adlandırdığımız bəstəkar, şair
və yazıçılar vaxtilə ucqar kəndlərdə
müəllim işləyiblər. Hətta
dahi yazıçı Lev Tolstoy ömrünün son günlərində
Rusiyanın ucqar kəndlərinə – kasıb uşaqlara dərs
demək üçün yola çıxıbmış.
O, yazdıqlarını cəfəngiyat adlandıraraq,
uşaqlara təhsil, savad verməyi daha üstün
tutmuşdur. Bax, budur böyüklük. Bu cür insanlar “mənəm” kəlməsini bir dəfə
də olsóí dillərinə
gətirməyiblər.
Gələcəyimiz təhsildən keçir. Bu gün
yaxşı olardı ki, fərd şəkildə
özümüzü yox, “mənəm-mənəmlik” xəstəliyindən
uzaqlaşıb, dövlətimizin daha da güclü
olmasını, Vətənimizin bütövlüyünü
düşünək və bu amalla éàøàéàã. Bir vətəndaş kimi
düşünməliyik: “Biz bu gün Vətənə nə
vermişik və sabah nə verəcəyik?”.
Qələndər
Xaçınçaylı
Həftə içi.-
2018.-17-19 noyabr.- S.8.