Rasim Ocaqovun xatirəsi anılıb

 

Noyabrın 22-də Azərbaycan kino sənətinin görkəmli nümayəndəsi, rejissor, operator, SSRİ respublika dövlət mükafatları laureatı, Xalq artisti Rasim Ocaqovun anadan olmasının 85 illiyi tamam olur.

Trend-in məlumatına görə, bu münasibətlə tanınmış incəsənət mədəniyyət xadimləri, ictimaiyyət nümayəndələri ikinci Fəxri xiyabana gələrək sənətkarın məzarını ziyarət edib, önünə əklil tər çiçəklər düzüblər.

Anım mərasimində çıxış edən Xalq artisti Eldar Quliyev R.Ocaqovun mənalı ömür yolu zəngin yaradıcılığına toxunub: "Məşhur kinorejissor ekran əsərləri ilə milli kino sənətimizə dəyərli töhfələr verib, onun filmləri həmişə yaşayacaq. İllər ötür, yeni-yeni ekran əsərləri yaradılır, ancaq onun çəkdiyi filmlərinə hər zaman sevilə-sevilə baxılır".

R.Ocaqovla uzun müddət birgə çalışmış kinooperator Rafiq Qəmbərov isə görkəmli sənətkarla bağlı xatirələrini bölüşüb: "Rasim Ocaqov həmişə Azərbaycan mədəniyyətinin, kinosunun tarixində yaşayacaq. Çünki onun yaradıcılığı bənzərsiz, çəkdiyi filmlər böyük rejissor istedadının, qəlbinin məhsuludur. O, milli olduğu qədər bəşəridir. Onun adı dünya kino nəhəngləri ilə bir sırada çəkilməyə layiqdir".

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Şəfiqə Məmmədova vurğulayıb ki, kino R.Ocaqovun həyatı, varlığı idi. O, özünü kinodan ayrı hiss edə bilmirdi: “Rasim Ocaqov kino sənətimizdə bir ocaq yandırdı bu ocaq heç zaman sönməyəcək. qədər o ocaq yanacaqsa, o qədər Rasim Ocaqov yaşayacaq. O, kinonun nəbzi idi”.

Tanınmış rejissor Şeyx Əbdül Mahmudbəyov isə R.Ocaqovu Azərbaycan xalqına başucalığı gətirən şəxsiyyət adlandırıb: “ yaxşı ki, Azərbaycan kino mədəniyyətində, kino tarixində, kino salnaməsində Rasim Ocaqov faktoru var çox xoşbəxtəm ki, bu faktor mənim kinoda olan dövrümə düşüb".

Digər çıxış edənlər R.Ocaqovun Azərbaycan kinosunun inkişafı naminə gördüyü işlərdən söhbət açıblar.

Azərbaycan kino məktəbinin görkəmli nümayəndəsi, rejissor, operator ssenari müəllifi, Azərbaycan SSRİ Dövlət mükafatları laureatı, Xalq artisti Rasim Mirqasım oğlu Ocaqov 1933-cü il noyabrın 22-də Şəki şəhərində anadan olub. Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun Kinooperatorluq fakültəsini Azərbaycan Dövlət İncəsənət İnstitutunun Rejissorluq fakültəsini bitirib.

1956-cı ildən "Azərbaycanfilm" kinostudiyasında quruluşçu operator işləməyə başlayaraq "Onun böyük ürəyi" bədii filmini çəkən sənətkar, sonrakı illərdə "Əsl dost", "Bizim küçə", "Mən rəqs edəcəyəm", "Sən niyə susursan?", "Skripkanın sərgüzəşti" kimi filmlərlə Azərbaycan operatorluq sənətinə böyük tövfələr verib.

İlk dəfə rejissor kimi 1974-cü ildə "Qatır Məmməd" filminə quruluş verən R.Ocaqov 30 ildən artıq müddətdə "Tütək səsi", "Ad günü", "Özgə ömür", "Park", "Ölsəm bağışla", "Həm ziyarət, həm ticarət", "İstintaq", "Təhminə", "Otel otağı" və s. filmlərlə Azərbaycan kino xəzinəsinin qiymətli incilərini yaradıb.

R.Ocaqov 2006-cı ildə Bakı şəhərində dünyasını dəyişib.

 

Həftə içi.- 2018.- 23 noyabr.- S.8.