Tallində Azərbaycan-Estoniya parkı açıldı
Oktyabrın 11-də Tallində Azərbaycanın
və Estoniyanın
100 illiyi münasibətilə
iki xalq arasında tarixi əlaqələrin və
Bakı şəhərinin
Suraxanı və
Tallinn şəhərinin Kristiyne
rayonları arasında
dostluğun rəmzi olaraq salınmış parkın təntənəli
açılış mərasimi
olub.
Axar.az xəbər verir
ki, parkın girişində qurulmuş
lövhədə ümummilli
lider Heydər Əliyevlə Estoniyanın
sabiq Prezidenti Lennart Meri arasında
1995-ci ildə Nyu-York şəhərində keçirilmiş
görüşün fotoşəkli,
Azərbaycan, eston və ingilis dillərində Azərbaycan
Respublikası, o cümlədən
Bakı haqqında məlumat yerləşdirilib. Eyni zamanda,
parkdakı fontanın
ətrafında hər
iki ölkənin, həmçinin Suraxanı
və Kristiyne rayonlarının dostluq münasibətlərini tərənnüm
edən Azərbaycan milli ornamentlərinin əks olunduğu daş döşəmə
salınıb.
Parkın
açılış mərasimində
Azərbaycanın Estoniyadakı
səfiri Murad Nəcəfbəyli, Suraxanı
Rayon İcra Hakimiyyətinin
başçısı İlqar
Abbasov, Azərbaycan-Estoniya
parlamentlərarası əlaqələr
üzrə işçi
qrupunun rəhbəri Hacı Salayev, Estoniya-Azərbaycan Mədəniyyət
Mərkəzinin sədri
Niyazi Hacıyev, Estoniya parlamentinin Azərbaycan ilə parlamentlərarası əlaqələr
üzrə qrupunun sədri Mixail Korb, Tallinn şəhərinin
vitse-meri Andrey Novikov, Kristiyne rayonunun başçısı
Yaanus Riybe, yerli ictimaiyyətin və Estoniyadakı Azərbaycan diasporunun nümayəndələri iştirak
ediblər.
Açılış mərasimində çıxış
edən səfir Murad Nəcəfbəyli iki ölkə arasındakı siyasi, iqtisadi, humanitar və mədəni əlaqələrdən bəhs
edərək Tallində
Azərbaycan-Estoniya parkının
salınmasının əlamətdar
hadisə olduğunu bildirib. O, əsası ümummilli
lider Heydər Əliyev tərəfindən
qoyulmuş və Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev tərəfindən
uğurla davam etdirilən xarici siyasətdə Estoniya ilə münasibətlərə
əhəmiyyətli yer
verildiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Suraxanı Rayon İcra Hakimiyyətinin
başçısı İlqar
Abbasov 2008-ci ildə Suraxanı ilə Kristiyne arasında imzalanmış Əməkdaşlıq
Memorandumunu qeyd edərək, sıx əlaqələrin mövcudluğunu
bildirib və Tallinn şəhərində Azərbaycan-Estoniya
parkının açılmasının
mühüm hadisə
olduğunu vurğulayıb.
Milli Məclisin
deputatı Hacı Salayev iki ölkənin
parlamentləri arasında
dostluq əlaqələrinin
yüksək səviyyədə
olduğunu deyib. O, Azərbaycanın
və Estoniyanın
100 illiyi münasibətilə
parkın açılmasının
bu əlaqələrin
yüksələn xətlə
inkişafının təzahürü
olduğunu bildirib.
Qələndər
Həftə içi.- 2018.-
13-15 oktyabr.- S.7.