Azərbaycanlı xanəndə beynəlxalq

muğam forumunun birincisi olub

 

Özbəkistanın Şəhrisəbz şəhərində UNESCO-nun himayəsi altında keçirilən beynəlxalq muğam (makom) sənəti forumu başa çatıb. Forumda dünyanın 73 ölkəsindən gələn 300-dən artıq musiqiçi-xanəndələr, musiqiçi alimlər, muğam sənətinin tədqiqatçıları, ölkənin tanınmış makom ifaçıları, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Forumun qonaqları arasında Türkiyənin mədəniyyət və turizm nazirinin birinci müavini Axmad Xaluku Dursun, Rusiya prezidentinin müşaviri Vladimir Tolstoy, Qırğızıstan prezidentinin müşaviri Sultan Rayev, Qazaxıstanın mədəniyyət və idman naziri Astanbek Muxammediuli, Tacikistanın mədəniyyət naziri Şamsiddin Orumbekzoda da olub.

Bu musiqi bayramında ölkəmizi Azərbaycanın mədəniyyət naziri Əbülfəs Qarayevin rəhbərliyi ilə nümayəndə heyəti təmsil edib. Nümayəndə heyətinə Azərbaycanın UNESCO yanında daimi nümayəndəliyinin rəhbəri, səfir Anar Kərimov, Azərbaycan Milli Konservatoriyasının elmi işlər üzrə prorektoru, professor Lalə Hüseynova, Milli Konservatoriyanın dosenti Fəxrəddin Baxşəliyev, Azərbaycanın Əməkdar artisti, bu il Səmərqənddə keçirilən “Şərq təranələri” Beynəlxalq Musiqi Festivalının qalibi, “Muğaminstrumental qrupunun rəhbəri Sahib Paşazadə, Əməkdar artist Nigar Şabanova və gənc xanəndə Abgül Mirzəliyev və Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov daxildir.

Azərbaycandan gələn xanəndələr muğam, xalq mahnıları və təsniflərimizi ifa edib, onların ifaları alqışlarla qarşılanıb.

Forumun baş mükafatı “Qran-PriTacikistan Muğam Akademiyasına verilib.

Birinci yeri “Heyratı” qrupunun solisti Nigar Şabanova və Özbəkistanın “Sakil” ansamblı tutub. İkinci yerə İranHindistan musiqiçiləri layiq görülüb. Yaponiya, Türkmənistan və Tunis musiqiçiləri üçüncü yerə sahib olub.

Forum çərçivəsində “Muğam sənəti və onun dünya sivilizasiyasında yerimövzusunda elmi-praktik konfrans da keçirilib.

Konfransa 20 ölkənin musiqiçi alimləri qatılıb. Lalə HüseynovanınAzərbaycan muğamı bu gün: ifa interpretasiya məsələləri”, Fəxrəddin Baxşəliyevin isəŞərq muğam sistemində temperasiya məsələlərimövzularındakı məruzələri maraqla dinlənilib.

Lalə Hüseynova Forumdakı çıxışında bildirib ki, son illər ölkəmizdə dövlət səviyyəsində muğam sənətinə böyük dəyər verilir. Ölkəmizdə muğam sənəti hazırda görkəmli istedadlı gənc xanəndələrimiz tərəfindən yaşadılır.

Forumun mədəniyyətlərin yaxınlaşmasına xidmət etdiyini söyləyən Fəxrəddin Baxşəliyev deyib ki, belə tədbirlər vasitəsilə bir daha dünyaya öz musiqimizi təqdim edə bildik.

Forum çərçivəsində yerli xarici ifaçıların solo muğam konsertləri olub. Burada muğam sənətinə həsr olunan sərgilər təşkil edilib, milli musiqi alətlərinin geyimlərin, sənətkarların əl işlərinin, təsviri tətbiqi sənət əsərlərinin, audio videodisklərin, kitabların, albomların, fotoların nümayişi satışı keçirilib.

Konfrans çərçivəsindəBuxara şaşmakomi”, “Özbək muğamlarıXarəzm dutar muğamlarıkitablarının təqdimatı da olub.

Forumun yekunu ilə bağlı keçirilən mətbuat konfransında fəxri qonaqlar öz ölkələrində muğam sənətinə verilən dəyərdən danışıblar. Azərbaycanın mədəniyyət naziri Əbülfəs Qarayev ölkəmizdə muğam sənətinə göstərilən qayğıdan söhbət açıb. Nazir deyib ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü rəhbərliyi ilə ölkəmizdə çoxsaylı mədəniyyət tədbirləri keçirilir, iki ildən bir Beynəlxalq Muğam Festivalı təşkil edilir. Mehriban Əliyevanın bilavasitə təşəbbüsü ilə Muğam sənəti UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib.

 

Həftə içi.- 2018.- 12 sentyabr.- S.8.