“Atəşgah məbədi”nə turist axını güclənib

 

Beynəlxalq Turizm Günü dünyanın hər yerində olduğu kimi, ölkəmizdə də qeyd edilir. “Həftə içi”nin əməkdaşı olaraq, Turizm günü ilə bağlı yolumuzu Suraxanı rayonunda fəaliyyət göstərən qədim “Atəşgah məbədi”ndən saldıq. Adıçəkilən məbədgahın həyətiíäÿ ÷îõñàéëû turistlərə ðàñò ýÿëäèê. Onlar ən Azərbaycanın və məbədgahın tarixi ilə maraqlanırdılar. Turistləri məbədgahla bələdçilər tanış edir və onları tariximizlə bağlı məlumatlandırırdılar.

 

“Atəşgah məbədi” Dövlət Tarixi Memarlıq Qoruğunun direktoru Rəşid Babayi adıçəkilən ziyarətgahın tarixi haqqında “Həftə içi”nə məlumat verərək bildirdi ki, ölkəmizin ərazisində çoxlu tarixi abidə, dini məbəd var, onlar tariximizin qədimliyindən, ulularımızın həyat tərzindən, inancından soraq verir. Belələrindən biri Suraxanı rayonunda yerləşən “Atəşgah məbədi”dir: «Adıçəkilən məbədgah Bakı şəhərindən, təqribən, 30 kilometr kənarda Suraxanı qəsəbəsində yerləşir. Onun ilk tikililəri II, III əsrlərə aiddir. O dövrdə Azərbaycanda zərdüştëöê yayılmışdı. Bununla əlaqədar regionlarda zərdüşt məbədləri tikilmişdi. Məbəddə ilk zəvvarlar XVII əsrdən etibarən peyda oldular. Atəşgah məbədi öz tarixinə görə, Azərbaycan irsində xüsusi éåð tutur. Bu məbəd uzun müddət öz daxilində iki tam fərqli dinlərin zəvvarlarını qəbul edirdi və tolerantlıq baxımından unikal tarixi abidə kimi təqdim olunur. Qeyd edim ki, məbədin bina kompleksi pentoqram şəklində inşa olunub. Məbəddə 26 hücrə mövcuddür. Məbədin hücrələri müxtəlif illərdə zəvvarlar üçün, tacirlər tərəfindən tikilmiş otaãlardı. Bəziləri məişət hücrələri kimi, bəziləri dini mərasimləri yerinə yetirmək üçün istifadə olunurdu. Hücrələrin biri isə karavansara kimi tikilmişdir. Həmçinin məbədin mərkəzində Atəşgahın ən mühüm “Çahartağ” adlanan tikintisi mövcuddur. Digər adi “Mərkəzi Altar” olan “Çahartağ” bir daha sübut edir ki “Atəşgah məbədi” zərdüştlük dininə daha yaxındır, nəinki induizmə. Yeri gəlmişkən qeyd edim ki, məbədin daxilində xüsusi dini mərasimləri yerinə yetirmək üçün üç qurbangah mövcüddur.

Rəşid Babayi “Atəşgah məbədi”íèí müxtəlif illərdə müxtəlif səyyahlar və alimlər tərəfindən ziyarət olunduğunu da dedi: “Bunların sırasında Conas Hanvey, Aleksandr Düma, Dmitri Mendeleyev, Yelena Blavatskaya və başqalrı vàð. Məbədi ziyarət etmiş səyyahlar və alimlər öz fikirlərini sonradan müxtəlif kitablarda və məqalələrdə əks etdirmişlər. Təbii alov “Atəşgah məbədi”ndə 1883-cü ildə dayanmışdır. Bunun səbəbi rus neft maqnatı Kokorev Vasilinin məbədin yaxınlığında neft qurğularını inşa etməsidir. Məbəddə hal-hazırda alovların süni formada təşkili, məbədin tarixi və irsi mahiyyətini azaltmır və müxtəlif ölkələrdən turist qruplarını cəlb edir. Onu da diqqətə çatdırım ki, XVI-XVII əsrlərdə məşhur İpək Yolu Azərbaycandan keçirdi. Bu yolla ölkəmizə gələn tacirlər öz vətənlərinə döndükdə, Suraxanıda yerdən çıxan təbii alov barədə də danışdılar. Nəticədə, buraya zəvvarlar, atəşpərəstlər gəlməyə başladılar. Artıq bu yer onlar üçün müqəddəsləşmişdi. Müxtəlif ölkələrdən, o cümlədən Hindistandan gələn atəşpərəstlər burada alova sitayiş edirdilər. Tanınmış hind alimi Mode yazırdı ki, Azərbaycanda – Suraxanıda dünyanın ən müqəddəs məbədlərdən biri yerləşir. Ümumiyyətlə, "Atəşgah məbədi"nə həmişə böyük maraq göstərilib. Son bir ildə iki yeni hücrə açılıb. Onlardan biri Azərbaycana, o biri isə Suraxanı rayonunun maddi mədəniyyətinə aiddir. Həmin hücrələrdə eradan əvvələ aid əşyalardan bəzi nümunələr toplanmışdır.

2009-cu ildə Bakı İslam Mədəniyyətinin paytaxtı elan olunması münasibətilə ölkəmizdə müəyyən tədbirlər keçirilir”.

Rəşid Babayi bildirdi ki, gələn turistlər Azərbaycanın tarixi qədim mədəniyyəti ilə maraqlanırlar. Qeyd edək ki, qeyri-neft sektoru ölkəmizdə sürətlə inkişaf edir. İldən-ilə turizm artır. Dünyanın hər yerindən turistlər “Atəşgah”a gəlib, onun tarixi ilə maraqlanırlr. Biz Azərbaycanın tarixinə və zədüştlüyünə həsr edilmiş buketlər təşkil edib gələn qonaqlara veririk. Onlar da həmin buketi öz ölkələrinə aparıb, tariximizi təbliğ edirlər. Yeri gəlmişkən deyim ki, “Atəşgah”a turist axını güclənib.

Saat 12-yə qalır. Polşadan 30, ərəb ölkələrindən 40, Hindistandan 60, Çindən isə 20 nəfər turist ziyarətgaha gəlib; hələ də gəlməkdədir. Êeçən il 30 min 751 nəfər turist “Atəşgah” məbədinə gəlib. Hazırda isə Məbədgah 50 mindən çox turisti qəbul edib. Məbədgaha giriş biletlədir. Beynəlxalq Turizm Günü olduğuna görə, bu gün məbədgaha giriş pulsuzdur. Xarici vətəndaşlara bilet 4 manata, yerli vətəndaşlara 2 manata, tələbələrə 1 manata, məktəblilərə 20 qəpiyə satılır. Azyaşlı uşaqlar isə pulsuzdur”.

Müsahibim deyir ki, məbədgaha ən çox ərəb ölkələrindən, Hindistan və İsraildən olan turistlər gəlir. Onun sözlərinə görə, Pakistan və Rusiyadan da turistlər gəlib məbədgahla tanış olurlar: «Azərbaycandan ən çox məktəblilər gəlir. Eləcə də yerli sakinlər öz qonaqlarını gətirib, “Atəşgah”la tanış edir. Sevindirici haldır ki, artıq ailələr də gəlib məbədgahı ziyarət edir, onun keçmişi ilə maraqlanırlar. Hətta valideynlər öz övladları ilə məbədgaha gəlirlər, çünki gənc nəsil tariximizi bilməsə, onun gələcəyi yoxdur. Xalq ilk öncə öz tarixini, keçmişini bilməlidir. Söz düşmüşkən deyim ki, “İpək yolu”, “Bakı turu”, ”Paşa travel” kimi şirkətlərlə müqavilə bağlamışıq. Həmin şirkÿtëÿð tərəfindən turistlər məbədgaha gətirilib aparılır. Məbədgahda suvenèr ìàüàçàëàðû fəaliyyət göstərir. Adıçəkilən ìàüàçàëàðäà Azərbaycanın tarixi və mədəniyyətinə aid olan suvenerlər satılır. Bir sözlə, məbədgahda turistlərin istirahəti üçün hər cür şərait yaradılıb”.

Elmi-kütləvi şöbənin müdiri Ruslan Xəlilov 5 bələdçinin fəaliyyət göstərdiyini söylədi: «Onlar ərəb, ingilis, və türk dillərini mükəmməl bilən bələdçilərdir. Xariúi turistlər atəşgahın və zərdüştlüyün tarixi ilə maraqlanırlar. Bələdçilər turistləri “Atəşgah məbədi” ilə yaxından tanış edir və bu sahədə onlara ətraflı məlumatlar verirlər”.

Məbədhahda fəaliyyət göstərən “Atəşgah” restoranında da olduq. Adıçəkilən restoranın müdiri Tahir Alayev restoranda, əsasən, milli xörəklər – dolma, plov, sac yeməkləri və kababların bişirildiyini vurğuladı. Onun sözlərinə görə, əcnəbi qonaqlar milli xörəklərimizə üstünlük veðirlər. Yaponlar və koreyalılar dolmaya, avropalılar sac yeməklərinə, ruslar kababa, Pakistan və hindlilər isə plova daha çox üstünlük verirlər.

 

Qələndər Xaçınçaylı

 

Həftə içi.- 2018.- 28 sentyabr.- S.8.