İsveçrənin tanınmış caz ifaçısı Bakıda çıxış edib

 

Beynəlxalq Muğam Mərkəzində məşhur blüzcaz pianoçusu Silvan Zinggin ifasında “Boogie Woogiemusiqi janrında konsert təqdim edilib. Konsert Beynəlxalq Muğam Mərkəzi və İsveçrə səfirliyinin birgə təşkilatçılığı ilə keçirilib.

Muğam Mərkəzindən AZƏRTAC-a bildirilib ki, konsertdən öncə İsveçrənin Azərbaycandakı səfiri Filip Ştalder tanınmış isveçrəli pianoçu Silvan Zingg haqqında geniş məlumat verib.

Diplomat bildirdi ki, ifaçının Bakıda konsertlə çıxış etmək seçimi təsadüfi olmayıb. Ötən il Bakıda keçirilən ənənəvi Beynəlxalq Caz Festivalında klassik musiqi ilə cazı bir-biri ilə uyğunlaşdırmağı bacaran isveçrəli musiqi qrupu Mats-up çıxış edib. Bu çıxışdan sonraBoogie Woogieüslubunda ifa edən isveçrəli musiqiçinin konsertini təşkil etmək qərarına gəldik.

Daha sonra Silvan Zingg Azərbaycanda olmasından məmnunluğunu ifadə edərək deyib: “Bakı gözəldir, çox xoşuma gəldi. Sizin musiqiniz, xüsusilə muğamonun cazla sintezi qeyri-adidir”.

İfaçı gecədə caz blüz və “Boogie Woogieüslubunda musiqilər səsləndirib.

Qeyd edək ki, pianoda ifa etməyə uşaq yaşlarından başlayan Silvan Zingg bu günə qədər İsveç, Almaniya, Lixtenşteyn, Avstriya, Fransa, İtaliya, Hollandiya, Belçika, İspaniya, İngiltərə, ABŞ, Kanada, Hindistan, Ərəb Əmirlikləri, Çin, Rusiya, Meksika və digər xarici ölkələrdə konsert proqramları ilə çıxış edib. İfaçı bir çox məşhurlarla eyni səhnəni bölüşüb. Tənqidçilər ifaçının texnikasından təsirlənərək, onu qeyri-adi pianoçu kimi təqdim edirlər. Onun ən böyük hiti olan "Dancing The Boogie" musiqi nömrəsi Youtube-da 8 milyondan çox izləyici toplayıb. Onun bu növ musiqi janrına olan marağı 2002-ci ildə İsveçrədə indi çox uğurla davam edən Luqano Beynəlxalq “Boogie WoogieFestivalını təsis etməsinə səbəb olub.

 

Həftə içi.- 2018.- 30 yanvar.- S.8.