Bu belədir...
(Əsgər haqqında ballada...)
Nədir yenə, ümman kimi,
çalxalanıb, coşdun, ürək?
İçindəki bu təlatüm,
bu oyanış de nə demək?
Həsrətdənmi, nisgildənmi,
Ürək, yenə çağlayırsan?
Anasına həsrət qalmış,
Körpə kimi, ağlayırsan…
İçindədir; ümid adlı,
qığılcımın od-alvu,
tərslik etmə, dəli könül,
intizara alış, yovu!!!
Həqiqətlər qarşısında,
Biz gücsüzük, biz heç nəyik,
Dinlə məni deyim, ürək,
Biz nəçiyik; şan-şöhrətli,
– “hüququndan keçmiş əsgər”,
həmdəminə həsrət canıq,
bəzən canlı, bəzən cansız,
biz “robotuq”, biz “əşyayıq”…
Bu torpaqdan yoğrulmuşuq,
Bu torpaqdan doğulmuşuq,
Yardan əfsəl, anamızın
Qulluğuna buyrulmuşuq!!!
Vətən
öğlu
(Aprel Şəhidlərinin ili günü Bakıda bərk yağış yağdı...)
Göylər də hönkürüb, ağladı bu gün,
Buludlar
göz yaşın saxlaya bilmir....
Damından
göz yaşı axıdan koma,
Kövrəlmiş
ananı ovuda bilmir....
Hardasa,
bir bala ata gözləyir,
Əlində
bir Bayraq gələydi bu gün....
Müəllim
istəyib stol üstünə,
Anası
alaram, söyləyir hər gün....
Bir Ata istəyir
oğlu bu gün də,
Həyətə
tələsik girsin nə olar....
Arxaya
baxmadan sürüb maşını,
Bütün
gül-çiçəyi əzsin nə olar....
Elə
bilirsən ki, bitər siyahı
Dolabda
islanıb bir cib dəsmalı....
Asılqan
saxlamır çim su mundiri,
Havadan
asılıb bir ər sığalı....
Bir otaq
küncündə bacı naləsi,
Birində
qardaşın hıçqırtısı var...
Məhəllə
uşağı, qrup yoldaşı,
Bu gün
qəmgin durub meyvə satanlar....
Adi
çörəkçi də xiffət eyləyir,
Çəkməçi
çəkməsin görüb ağlayır....
Alışqan
verdiyi bardakı qızın,
Bu
yağış qəlbində tonqal qalayır....
Körpə
uşaqlar da haçandır qəmgin,
Boylanır
həyətə, ancaq görməyir....
Ana paltar
ipin kəsibdi çoxdan,
Fəxrlə
sərdiyin, daha sərməyir....
Göylər
yas saxlayır, Yer qəribsəyib,
Təşnədir
mərdlərin yeni nəşinə....
Torpaq əkənindir,
əkən də bizik,
Göylərdə
gəzənin Yer nə işinə....
Göylər
bizə qahmar, Yer bizə mənzil,
Qəlbin
dolanmasın, ey Vətən oğlu....
Nəsimi, Bəhmənyar gör nə vaxt olub???
Vətən
də unutmur haqq tapan oğlu....
02.04.2017.
Bakı. (14. 30. 1 0’)
Qucağını geniş aç…
(Gizir Pəncəli Teymurova həsr olunur.)
Qucağını
geniş aç, gəlirəm Ana Torpaq,
Çox
döymüşdüm qapını, səhər-axşam
taq-taraq,
Hər gəlirəm
deyəndə, əlimdə vardı bayraq,
O qutsal əmanətin,
ünvanına yetibdi…. ….
Sancmışam
Sancağımı, rahat gəlirəm indi….
Səhər-axşam
deyərdim, bu canım sənə fəda,
Nə
olur mənə olsun, təki sən görmə qada,
“Komandir
yaxşı olsa, ordunu verməz bada”,
Komutanım
öndədir, gül-çiçək düz yoluna….
Sıra
ilə gəlirik, yer ver girək qoynuna….
Çox
dilək diləmişdim, Bayraq olsun kəfənim,
Xəyalım
gerçək olub, sevinməsin düşmənim,
Dualarım
qəbuldu, ağlamasın sevənim,
Ana, sən
də gözünün qorasını sıxma ha…
Oğulun
adı üstə, qurban gedər torpağa!!!
“Dünya bir pəncərədir...”
(Fərid
Əhmədovun əziz xatirəsinə ithaf olunur...)
“Dünya
bir pəncərədir”, pəncərən olsa, qardaş...
De,
heç vaxtın oldumu, pəncərədən baxmağa,
Bir-iki, tələm-seyrək,
boylanmağı saymasaq...
Yuxunu
görmək üçün vaxt lazımdı yatmağa,
O da, Sən
də yox idi, işin-gücün çox idi...
Çoxunun
gözü ackən, Sənin gözün tox idi...
Yuxusuz gözündəki bu hüzn nədi, qardaş???
Yeddi
ürək lazımdı, baxışına baxmağa,
Qəlb
adlı əzamızı, qan vurmağı saymasaq...
Bizdə
ürək nə gəzir, gözümüz yox baxmağa,
O ürək
Səndə idi, baxışların ox idi...
Çoxunun
haqqı yoxkən, Sənin haqqın çox idi...
“Nə
yatdın ki, nə yuxu”, görəsən, əziz
qardaş....
Yaradan
yaratmışdı, Səni oyaq qalmağa,
Ayaqüstü,
sırada, göz qırpmağı saymasaq...
Yaranmışdın
süzməyə, yaranmışdın dalmağa,
Düşüncə,
dərin ümman, zehin, iti ox idi...
Çoxunda
beş-beş olan, Səndə biri yox idi....
Damarda
coşdu qanın, ürək dözmədi, qardaş...
Dizindəki
təpərin bəs eylədi qalxmağa,
Dostlarının
toyunda oynamağı saymasaq,
Toy-düyün
də görmədin, oturmağa-qalxmağa,
Ərgənlənmiş
ər idin, bəy otağın yox idi...
Çoxu
sayın bilmirdi, Sənin biri yox idi...
İgid
oğlu, ər idin, bilənlər bilir, qardaş...
Sənin
etdiklərini ehtiyac yox saymağa,
Arada qəmli-qəmli
bu baxmağı samasaq,
Eyibin də
yox idi, barmaq ilə saymağa,
Yan-yörədə
bildiyin, nacis, naqis çox idi...
Bilən
bilir qardaşım, Sənin mislin yox idi....
İnci, qərənfil...
(Qərənfilə
yazığım gəlir...)
Olsan da,
bu işdə ən son müqəssir,
Gəl, məndən
incimə, inci qərənfil...
Utanc
çiçəyisən, utanc çiçəyi,
İstəsən
lap məndən inci, qərənfil...
Ruhum bu
halından çox mütəəssir,
Yenə
döşənmisən küçəyə, daşa...
Qaxınc
çiçəyisən, qaxınc çiçəyi,
Qaxanc
örf-adətə, öfkəyə, başa,
Bu işdə
bilmirik, kimdi müqəssir,
Bizim
üz qaramız, qırmızımızsan...
Həya
örpəyisən, güvənc ləçəyi,
Sən
bizim dünyaya qırımımızsan...
Ustac tək
oğullar çox mütəəssir,
Üz-üzdən
utanır, dözür ağrına...
Əlacsız-əlacsız
ödünc çiçəyi,
Silah əvəzinə
sıxır bağrına...
Tur alacam
(Şəhidimiz
Tural Əhmədovun oğlu Turalın dilindən)
Dədəm
Qorqud səhv ad verməz,
Doğulmuşuq
tur almağa!!!!
Od ərənlər
öc saxlamaz,
Doğulmuşuq
öc almağa!!!!
Gözlərimin
içinə bax,
Gözünüzü
oyacağam!!!!
Hünərin
var, tur düzənlə,
Tüm
turları alacağam!!!!
Sanma,
qanı qalar yerdə,
Törəmizdir,
alacağam!!!!
Tək
atamın qanın deyil,
Haqqımızı
alacağam!!!!
Yağmurlu
günü sal yada,
Yenə
taxtu-tac alacam!!!!
Tarixdə
yüz il, bir gündü,
Geci- tezi bac alacam!!!!
Dilarə
(...SQ-nın pilotu D. Babayevaya ithaf olunur...)
Bizdə
atalardan bir məsəl qalıb:
“Aslanın
erkəyi, dişisi olmaz”...
Bu yurdun
neçə mərd oğlu, qızı var,
Adı
anılmalı, anmasaq olmaz...
Yaradan bəxş
edib, bu namı bizə,
Ellərin
sultanı, xan Azərbaycan...
Var olsun
bu torpaq, yaşasın Vətən,
Anam Azərbaycan,
can Azərbaycan...
Dünya
yaranandan mayamız belə,
İplikdən
əjdaha doğub hanamız...
Lalənin
al rəngin yazıb tarixə,
Analar
anası, Tomris anamız...
Ruhu,
düşüncəsi zəkidən zəki,
Əhsən
deyib ellər, qalıb tamaşa...
Necə
Nüşabəsi olub bu elin
İsgəndər
mat qalıb, edib tamaşa...
Neçə
Sarası var, dünya tanıyır,
Əlində
qələmi qılıncdan iti ...
Zaman
hökmün verib, geriyə dönməz,
İllər
axıb gedir itidən iti...
Zaman dəyişsə
də dəyişmədik biz,
Xanım-xatın
qızlar birər qəhrəman...
Anadan,
atadan gördüklərimiz
Tarixdə
qalmayıb, yaşayır hər an...
İllər
axıb gedir, biz yaşayırıq,
Ruhumuz o
ruhdur, qanımız o qan...
Əzəldən
dünyanın gərdişi belə,
Sözümün
canı var, can Azərbaycan...
İndi
“İmarət”-də qonaq Xan qızı,
-Natəvan
pəjmürdə, ruhu pərişan...
Əldən
ələ düşüb eli, obası,
İltifat
edən yox, yox hal soruşan...
Tarix nələr
görüb, nələr öyrədib,
Halı haldan
anlar, ariflər bilər...
Aramla
süzülür bu çeşmədən nur,
Fitrətdə,
mayada qor olan bilər...
Onun
yaddaşında neçə Nigar var,
Ley kimi
qayadan süzüb düzlərə...
Unutmaq olarmı söylə Həcəri???
Nəbiyə
qoşulub, düşüb düzlərə...
Ucadan
ucadır şanlı tarixim,
Ruhumun
qidası şərəfdi, şandı...
Zamanın
fövqündə dayananların,
Anası
bircədi, - Azərbaycandı!!!
Uçmaq
arzusuna düşdü, Dilarə...
Ruhu
göy göylərin qonağı idi...
Ulduzlar
göylərdən gəl-gəl edirdi,
Sonsuz ənginliklər
oylağı idi...
Tanıdı
Leylanı, ününü duydu,
Andı
Züleyxanı fəxrlə hər an...
Cəhd
etdi, çalışdı əzmlə hər gün,
Məqsədi
fikrindən çıxmadı bir an...
Uçdu
arzusunun qanadlarında,
Sevindi ilk
uçuş müjdəsi ilə...
Taledən,
qismətdən razı idi,
Anardı
Tanrını “min şükür” ilə...
Fəqət,
yarı yolda qaldı arzular,
Axı,
quş qanadı çox kövrək olur...
Məni dəstəkləyər
qulaq dostları,
Məncə,
tər çiçəklər çox tez də solur...
Zaur Ustac
Həftə içi.-
2019.- 4 aprel.- S.8.