“Əlli illik yubileyim Misirdə

dövlət səviyyəsində qeyd edilib”

 

Ömrünün 60-cı baharını arxada qoyan, ikinci qrup Qarabağ müharibəsi əlili, tanınmış şair Rauf İlyasoğlu ilə “Azərbaycan” Dövlət Nəşriyyatında görüşdük. Çox qayğılı göünürdü. Dedi, dövlət səviyyəsində 60 illik yubleyimi keçirmək istəyirlər. Dövlət Televiziyası və digər televiziya kanaları məni verlişə dəvət edirlər. Əlimdə gəzdirdiyim torbadakılar isə keçmiş xatirələrlə dolu arxiv materiallarımdır: “Ağdamın “Lenin yolu” qəzeti biz yazarlar üçün bir həyat məktəbi idi... İndi o günlərə qayıdıram...».

 

Rauf İlyas oğlunu hələ gənclik illərindən tanıyıram. Azərbaycan jurnalistikasının nəhənglərindən biri, yazıçı-publisist İlyas Allahverdiyevin oğludur. Onun yazılarını dönə-dönə oxuyardıq. Biz gənclərin üzə çıxmasında İlyas müəllimin də xidmətləri az olmayıb. O həmdə 5 min beyitdən artıq həzin, qəmli, satirik, vətənpərvər mövzulu bayatıların, qoşma, qəzəl, təcnis, novella, lətifə, povest və romanların müəllifidir.

“Ədəbi düşüncə” rubrikasının budəfəki qonağı, tanınmış şair-publisist Rauf İlyas oğludur.

Rauf İlyasoğlu öncə keçdiyi döyüş yolundan söz açdı:

- Ağdam müqəddəs diyar idi. Allahverdi Bağırov, Eldar Bağırov,Şirin Mirzəyev, Fred Asif, Elmar Edilov kimi oğullar yetirən bu müqəddəs oğuz elini qoruya bilmədik. Üç qardaş Qarabağ müharibəsində döyüşdük. Qanlı döyüşlərdə ağır yaralar aldım. Bir qardaşım ayaqlarını itirdi... Amma Ağdamı qoruya bilmədik. Baxmayaraq, 60 yaşım tamam olur. İndi o günləri xatırlayıram. Ağdamda atamın məzarı qalıb. O məzar bizi Ağdama, şəhidlər ruhu dolaşan torpaqlarımıza səsləyir.

- İlyas bəy, vaxtilə siz başqa peşənin sahibi olmusunuz. Necə oldu ki, ədəbiyyat aləminə, jurnalistika sənətinə gəldiniz? Sizi bu sənətə gətirən hansı qüvvə oldu?

- İstedad insana hələ dünyaya gəlməmişdən, ana bətnində verilir. Hələ 8 saylı Ağdam şəhər orta məktəbində oxuyarkən ədəbiyyata, poeziyaya böyük həvəsim vardı. O zamanlar atamKommunist” qəzetinin müxbiri idi. 70-ci ildən sonra Ağdamın “Lenin yolu” qəzetində məktublar şöbəsinin müdri vəzifəsində çalışırdı. Dövrün üzdə gedən yazarlarından idi. Poeziyaya, şeirə və jurnalistikaya həvəsim atamdan gəlib. Məktəb illərində məqalələr, şeir, oçerk və hekayələr yazırdım. Amma atamdan gizlədirdim. 1975-ci ildə “Lenin yolu” qəzetində ilk məqaləm işıq üzü görüb. Təxminən 7-ci sinifdə oxuyardım. Ən çox uşaq şeirləri yazırdım. Vətənpərvərlik mövzusunda kiçik bir şeir yazmışdım. Onu atama göstərdim. Atam şeirimi redaktə edib dedi: ”Şeirin xoşuma gəldi. Həmişə şeir yazanda onun yazılış formasına fikir ver, bayağı, çeynənmiş sözlərdən, təkrarçılıqdan uzaq ol. Çalış özün ol. Şairlik çətin sənətdir oğul. Sən bilməlisən ki. ağır bir yükün altına girirsən.Elə yaz ki, şeirin bahar çiçəkləri kimi təzə olsun. Öz yolun olsun. Desinlər ki, bu İlyasın oğlu Raufun şeirləridir. Çox adam şeir yazıb, amma özünü və imzasını təsdiqləyə bilməyiblər. Öz üzərində çalışsan şair ola bilərsən. Şairinjurnalistin həmdə böyük ürəyi olmalıdır. Şair ürəyinin səsini eşitməlidir». Atam şeirimiLenin yolu” qəzetində çap etdirdi. Orta məktəbdə oxuduğum illərdə “Azərbaycan gəncləri” qəzetində ştatdankənar müxbir kimi fəaliyyət göstərirdim. Şeirlərimlə yanaşı, məqalə, hekayə və oçerklərim həmin qəzetdə dərc olunurdu. Ədəbiyyata və jurnalistikaya da elə həmin ilərdən gəldim.

-Bu cür istedadın və yaradıcılığın müqabilində sizüçün jurnalistikanı yox, mühəndislik sənətini seçdiniz?

- Uşaqlıq ilərindən texniki fənlərə daha çox üstünlük verirdim. Riyaziyyat fənnini daha çox sevirdim. Çünki riyaziyyat bütün elmlərin açarıdır. Amma mən deyərdim ki, həyatın giriş qapısı riyaziyyat elmindən, riyazi düsturlardan başlayır.

1975-ci ildə orta məktəbi bitirib, indiki Bakı Dövlət Unverstitetinin jurnalistika fakültəsinə sənəd verdim. Amma bu sahədə bəxtim gətirmədi. Hərbi xidmətdən qayıtdıqdan sonra sənədlərimi Azərbaycan Dövlət Texniki Unversitetinə verdim və qəbul oldum. İnstitutu bitirdikdən sonra təyinatla Bakı Komvoln Kombinatına gəlib sex rəisi kimi əmək fəaliyyətinə başladım. Bir müddət bu vəzifədə çalışdıqdan sonra adıçəkilən müəssisənin nəzdində fəaliyyət göstərən”Sancaq” satirik qəzetinin redaktoru oldum. Eyni zamanda yaradıcılıqla da məşğul idim.

- Deyilənə görə, Ağdam şəhəri işğal olunduqdan bir neçə gün sonra şəhərə, evinizə getmisiniz? Bəs qorxmadınız ki, ermənilər sizi əsir götürə bilərlər?

- Adam öz torpağında düşməndən qorxarmı? Atamın qiymətli əl yazmaları, tarixi gerçəklikləri əks etdirənromanları qalmışdı. Gecə gizli yollarla evimizə gedib, atamın külliyatının içindən bir qovluq əlyazmasını çıxardıb gətirə bildim. Yeri gəlmişkən deyim ki,atamın “Mənim inamlı dünyam”, “Laçın qapısında, qəzəllər” kitablarınn redaktoru olmuşam. Eləcə də evimizdən çıxarıb gətirdiyim atamın əlyazmalarından olanQara göl” romanını tərtib edərək çap etdirdim. Akademik,. millət vəkili Nizami Cəfərov bu romana ön söz yazıb. Tarixi faktlarla zəngin olan bu roman ermənilərin üzünü açan çox qiymətli bir əsərdir.

- Rauf bəy, bəs bugünkü yaradıcılıq fəaliyyətinizlə bağlı nə deyə bilərsiniz?

- 2003-cü ildən “Yeni nəşrlər” kataloq jurnalının məsul katibi, 2005-ci ildən “Respublika” qəzetində məsul vəzifələrdə çalışmışam. 2004-cü ildə “Xatirəyə dönmüş anlar” şeirlər kitabım işıq üzü gördü. SonraDostlara dost töhvəsi”, iki cildlikDost sədaqəti””cinaslı rübailər”, eləcə də Aprel döyüşləri ilə bağlı ”Şeyx dədə” kitablarım çap olunub. Bu günə kimi 14 kitab müəllifiyəm. 2011-ci ildə 100 min tirajla çap olunan Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimova həsr olunmuş poemam 4-cü siniflər üçün tədris edilən “Ana dili” sinifdən xaric oxu kitabına salınıb. Şeirlərim Türkiyədə 18 türk ölkələrinin yazarlarını təmsil edən “Antalogiya” kitabına salınıb. Böyüklüyü və qalınlığına görə, buAntologiyaGinnesin rekordlar kitabına düşüb. Şeirlərim dünyanın bir çox ölkələrində İran İslam Respublikasında, Gürcüstanda, Misirdə tərcümə edilərək həmin ölkələrin dillərində çap edilib. 2005-ci ildə 50 illik yubleyim Misirdə dövlət səviyyəsində qeyd edilib. Həmin yubileydə 18-dən çox dövlətlərin səfirləri iştirak edirdi. Misir-Azərbaycan dostluğunun inkişafındakı xidmətlərimə görə, Misir dövləti tərəfindən Fəxri diplom və “Qızıl medalyona layiq görüldüm. Eləcə də Mədəniyyət Turizm Nazirliyinin, Ailə, qadın və uşaq problemləri üzrə Dövlət Komitəsinin bir çox fəxri diplomlarını almışam. “Qızıl qələm” mükafatı laueratıyam. 500-dən çox elmi, dini, fəlsəfi, tarixi və bədii kitabların redaktoruyam.

- Yubleylə bağlı nə deyərsiniz? Sizə fəxri ad, mükafat verəcəklərmi?

- Mənim fəxri adım, mükafatım işğal altında qalan torpaqlarımız, dədə-baba yurdum, qoynunda göz açdığım Ağdamdır. Bu gün bizə mükafatdan çox, əlimizə silah götürüb doğma yurdumuzu azad etməliyik. FikrimiQovuşaram torpağaşerimin bir bəndi ilə tamamlamaq istəyirəm:

 

Dərdə dözmədin, ay ana,

Dərd əlindən doydun cana.

Rauf qalıb yana-yana,

Yetərsənmi imdadına,

Qovuşaram torpağına.

 

Qələndər Xaçınçaylı

 

Həftə içi.- 2019.- 5 aprel.- S.7.