“Haqqın sevdası” kitabı təqdim
edilib
“Azərkitab”
Kitab Təbliğat Mərkəzində şair Minarə
Sığnaqın təzəzə işıq üzü
görmüş “Haqqın sevdası” kitabının təqdimatı
keçirilib. Tədbiri “Ulduz” jurnalının əməkdaşı
şair Fərqanə Mehdiyeva açaraq bildirdi ki, bu gün
biz Minarə xanımın işığına
yığışmışıq.
Çox
istedadlı yazar, gözəl şairlərimizdən biridir: “Vətən,
yurd sevgisi, ata-ana istəyi, bir də sevdalı bir qəlbin
titrək pıçıltıları var onun şeirlərində.
İtirilən torpaqlarımızın
ağrısını ürəkdən, candan yaşayan bu
xanlm şəhidlərimizə, Vətənimizin
bütövlüyü uğrunda çarpışan igid
oğullarımıza da şeirlər həsr edib, müstəqil
ölkəmizin ildən-ilə artan şöhrəti,
bayrağımızın ucalığı, möhtəşəmliyi
bu şairə xanım üçün əsl ilham mənbəyidir”.
Kitabın redaktoru və “Ön söz” müəllifi şair Musa Ələkbərli Minarə xanımın yaradıcılığı barədə ətraflı məlumat verdi. Bildirdi ki, Minarə Sığnaq Tovuz rayonunun ən uca bir dağ kəndində doğulub. Slğnaq dağının köksünə sığınan bu kənd respublikamızda sayılıb-seçilən yüzlərlə şəxsiyyətr yetirib: “Xatırladım ki, Minarə xanım ağır məhrumiyyətlərlə üz-üzə qalıb, dünyalar qədər sevdiyi ömür-gün yoldaşını çox erkən itirib, sonra tale onun sinəsinə bala dağı da çəkib. Ömür yollarında tək-tənha qalan bu xanım yeganə qız balasına həm ata olub, həm də ana... Böyüdüb, alitəhsilli həkim eləyib. Qayğı və nəvazişini ondan əsirgəməyib. Sizlərə dediyim bu kəlmələri mən Minarə xanımın özündən yox, şeirlərindən, təkrarsız duyğularından “soruşub” öyrənmişəm. Sözügedən bu kitab – “Haqqın sevdası” bir qadın qəlbinin ağrılı-köynəkli, bəzən də sevincli, şən pıçıltılarıdır. Qarabağ itkisinə dözə bilmir, ölməz şəhidlərimizin qəbri üstündə göz yaşı tökə-tökə “Alın Şuşamızı”, – deyə xalqımızı döyüşə səsləyir, haray qoparır.
Onun şeirləri qafiyəsi, təqti, bölgüsü, nizamı ilə də özünəməxsusdur, bəzən də heç bir qayda-qanun gözləmir, ürəyi necə deyirsə, elə də yazır. O, azadlığa şeir, şeirə isə azadlıq kimi baxır. Bu ilk kitabınız – azadlığınız mübarək, Minarə xanım! Haqqın sevdası ürəyinizdən heç zaman əskik olmasın”.
Şairlərdən Qələndər Xaçınçaylı, Qərib Nəsirov, Ziyafət Tovuzlu, Elmira Aslanlı, nasir Zərifə Sufi, rəssam-qəzəlxan Bəxtiyar Məmmədov və başqaları çıxış edərək şairin özünəməxsus yaradıcılığından danışdılar.
Qələndər
Xaçınçaylı
Həftə içi.- 2019.- 16
aprel.- S.7.