İndi milli papaqlarımızı

daha çox turistlər alır”

 

İndi bizim milli papaqları daha çox Lahıca gələn turistlər alır. Özümüz bu axır illərdə öz milli papaqlarımızdan uzaq düşmüşük”. Bu sözləri Lahıcın köhnə papaqçılarından Şamil kişi deyir. Yaşı 60-ı ötüb. Uşaqlıqdan Lahıcda papaqçılıqla məşğuldur. Özü belə söyləyir. Satışların zəifliyindən şikayətlənir.

 

“Əvvəl günə 15-20 papaq satırdıq...”

 

Hafta.az-ın obyektivinə milli papaqlara keçmişdə və hazırkı dönəmdə verilən qiymətdən danışır. Həmsöhbətim deyir ki, 8-9 yaşlarından bu sənətin sirrlərini öyrənir. Lahıcın mərkəzindəki papaqçı dükanı – satalcası da onun əcdadlarının emalatxanası olub. Sovet dövründə hər gün onlarla papaq satan Şamil kişi indi papaq alverininöldüyünü” vurğulayır: “Əvvəllər 15-20 papaq satırdıq. İndi papaqları ancaq turistlər alır. Birki, Lahıcın köhnə kişiləri. Ara-sıra bir sıra mədəniyyət obyektləri, rəqs qruplarından da sifariş alırıq. Amma o da nadir hallarda olur”.

 

Öz qoyunlarımızın dərisindəndir...”

 

Papaqçı həmsöhbətim deyir ki, bir papağın hazırlanması 2-3, bəzən də 4-5 saata başa gəlir. Bu da məhsulun ölçüsünə və hansı formada hazırlanmasına görə dəyişir. Şamil kişi Lahıcda hazırlanan papaqların hazırda Şəkidə, Gəncədə və Bakıda tikilən milli papaqlardan fərqləndiyini söyləyir: “İndi Şəkidə, Gəncədə, Bakıda hazırlanan papaqları əcnəbi ölkələrdən gətirilən dərilərdən tikilər. Ona görə də qiymətləri baha başa gəlir. Mən isə yerli qoyun dərilərindən tikirəm. Keyfiyyəti də yaxşı olur. Xaricdən gətirilən dərilər nazik, bir az kövrək olur. Amma bizim dərilər daha möhkəmdir. Ondan tikilən papaqlar uzunömürlüdür”.

 

“Qiymətlər 20-100 manat arasında dəyişir...”

 

Şamil kişidən hazırladığı ən ucuz papaqların qiymətini soruşuram. Söyləyir ki, ən ucuz papaqlar ən kiçik ölçülü papaqlardır. Qiyməti də 20 manatdan başlayır. Həmin papaqlar qara rəngli qoyun dərisindən olur: “Ümumiyyətlə, ən ucuz papaqlar, qara, boz, qumral rəngli papaqlardır. rəngli qoyun dəriləri çətin tapıldığı üçün qiymətləri də baha olur. 100 manata da papaqlar var. Onların tikilişi bir az mürəkkəbdir. Vaxt aparan işdir”.

Papaqçı Şamil deyir ki, papaqdan başqa yapıncı, gödəkcələr tikir. Özü qoyun dərisindən. Tüklü tüksüz dərilərdən: “Tüklülər qış, tüksüzlər yaz payız üçündür. Gödəkçələr papaqlardan daha çox alınır. Onların da qiyməti 45-50 manatdan başlayır. Alıcıları daha çox turistlərdir. Yerli əhali bu cür geyimlərə artıq maraq göstərmirlər. Ara-sıra çöldə-bayırda olan insanlar, çobanlardan bu cür geyim sifarişləri alıram. O da hər deyəndə olmur”.

 

İndi hər şey satıram...”

 

Papaqçımız gileylidir. Sönük danışır. Söyləyir ki, əvvəllər ancaq papaq satırdı. İndi həm emalatxana, həm dükan kimi fəaliyyət köşkündə suvenirlər, müxtəlif bəzək əşyaları da satır: “Əvvəllər günə 100-150 manat qazanırdıq. İndi 15 manat qazananda sevinirik. Buna da şükür. Amma sanki bərəkət göyə çəkilib. Satış çox zəifləyib. Səbəbini özümüz bilmirik. Papağa meyl yoxdur. Milli geyimlərə həmçinin. İndi hamı suvinirlərə meyllidir. Elə vaxt olur ki, bir ay, ay yarım papaq sata bilmirəm. Ən yaxşı satış eləyəndə həftəyə 2-3 papağa müştəri zorla çıxır. Ona görə indi hər şey satıram”.

 

 Şəkil çəkdirənlərə 1 manata...”

 

Çörəyini daşdan çıxaran papaqçı ŞamilAxırıncı aşırımfilmindəkiQəmlo”nun paltarlarını da tikib. Qara qoyun dərisindən olan papaq gödəkcələr həmin geyimlə şəkil çəkdirənlərQəmloolmaq üçün 1 manatlarından keçməlidirlər. Biz bir manat verib 4-5 şəkil çəkdiririk. Qəmlo”nun libasının üstündə tüfəng verilir. Papaqçı həmsöhbətimQəmloideyasından gündə 8-10 manat qazandığını vurğulayır.

Elə bu zaman turistlər onun dükanına daxil olur. Papaqçı ilə sağollaşıb yolumuza davam edirik. Arxadan gülə-gülə ucadan mənə söz vurur:

-Ayağun yüngülmüş haa, qardaşoğlu (gülür)...

 

Tural Turan

 

Həftə içi.- 2019.- 24 aprel.- S.7.