“Dağlar” işıq üzü
gördü
Tanınmış
şair və publisist Zaur
Ustacın “Dağlar” /almanax/ növbəti kitabı
işıq üzü görüb. Xatırladaq ki, bu kitab Dədə
Ələsgərin anadan olmasının 200 illik yubileyi ərəfəsində
“Dağlar-200” layihəsi çərçivəsində
ərsəyə gəlib.
Belə ki, “Almanax”da Miskin Abdalın müəllifi olduğu ilk nümunələri ilə yanaşı, müxtəlif yaşlarda və statuslarda olan yazarların dağlara aid nümunələri toplanılıb. Bunların içərisində azyaşlı nümayəndə olan Bakı şəhər 20 saylı Tam Orta Məktəb Liseyinin 4-cü sinif şagirdi Tuncay Mustafayevin şeirləri də almanaxda yer alıb. Baxmayaraq ki, Tuncayın 10 yaşı var, amma onun “Dağlar” şeiri olduqca təsirlidir. Bədii orijinallığı ilə seçilir, gələcəyin böyük qələm sahibi olacağından xəbər verir. Söz düşmüşkən qeyd edək ki, Tuncayın bu almanaxda iştirakına görə, eləcə də onun şeiri söz-sənət adamları tərəfindən dəyərləndirilərək, “Kirkit” mükafatına layiq görülüb.
Onu da qeyd edək ki, nümunələrin
toplanmasında heç bir limit olmamışdır. Dədə
Ələsgərin ruhu qarşısında baş əyməklə, bu
“Dağlar” çələnginin onun
yubileyi münasibətilə gözəl hədiyyə
olacağını düşünürük.
Qələndər
Həftə içi.- 2019.- 27-28
avqust.- S.4.