Ermənistan ekoloji terroru davam etdirir
Mütəxəsisslər Azərbaycanın
işğal olunmuş
ərazilərinin böyük
antropogen təsirlərə
məruz qaldığını
bəyan edirlər
Ermənistanın həyata keçirdiyi işğalçılıq siyasəti
Azərbaycan təbiətinə,
bioloji müxtəlifliyə,
bütövlükdə regionun
ekoloji durumuna ciddi ziyan vurur,
ətraf mühitin deqradasiyası ilə nəticələnən fəsadlara
gətirib çıxarır. Bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin şöbə
müdiri Mütəllim
Əbdülhəsənov deyib.
Onun sözlərinə
görə, Kür və Araz çayları
respublikamızın əsas
su arteriyası olub, ölkənin su ilə təchizatında
mühüm yer tutur: "Respublikanın ərazisinin 3/4 hissəsi ölkənin ən böyük su arteriyası olan Kür çayı hövzəsinin aşağı
relyefində yerləşdiyindən,
çayın transsərhəd
çirklənməsi ekoloji
gərginlik yaradır".
M.Əbdülhəsənov əlavə edib ki, Ermənistanın mədən sənayesi müəssisələrinin və
böyük şəhərlərinin
tullantı suları təmizlənmədən birbaşa
çaylara axıdılır
və transsərhəd
çirklənmə nəticəsində
su hövzələri
çirklənməyə məruz
qalır. Aparılan müşahidələr zamanı
çirklənmə nəticəsində
bu çayların suyunda mis, molibden,
sink, fenol, qurğuşun,
manqan və s. maddələrin qatılığı
yol verilən normadan 10 dəfəyə
qədər çox müşahidə olunur:
"Hesab edirik ki, bu ölkədə
mədən sənayesi
üzrə layihələrin
gələcəkdə də
davam etdirilməsi
region ölkələri olan
İran və Azərbaycanın çaylarını
daha da çox
çirkləndirməklə yanaşı, ümumilikdə
regionda ətraf mühitin vəziyyətinə
ciddi təhdidlər yaradacaq. Ermənistan tərəfindən transsərhəd çayların
çirkləndirilməsi vəziyyətini
öyrənmək üçün
Araz çayı üzərində müasir
avadanlıqlarla təchiz
edilmiş analitik laboratoriya fəaliyyət göstərir və vəziyyət müvafiq qurumların daimi nəzarətində saxlanılır".
Nazirlik rəsmisi qeyd edib ki, Azərbaycan
"Sərhəddən keçən
su axınlarının
və beynəlxalq göllərin mühafizəsi
və istifadəsi üzrə" Helsinki konvesiyasını
ratifikasiya edib. Lakin Ermənistanın
bu konvensiyaya qoşulmaması qeyd olunan məsələlərin
regional və çoxtərəfli
formatda həllini mümkünsüz edir.
Eyni zamanda ölkəmizin beynəlxalq səviyyədə
tanınmış ərazilərinin
bir hissəsinin Ermənistan silahlı qüvvələrinin işğalı
altında saxlanılması
su ehtiyatlarından istifadədə problemlər
yaradır.
M.Əbdülhəsənov bildirib ki, Azərbaycanın işğal olunmuş ərazilərində ekoloji
əhəmiyyətə malik
su obyektləri böyük antropogen təsirlərə məruz
qalır: "Bu ərazilərdə
irili-xırdalı şirin
su mənbələri
çirkləndirilir, dağıdılır
və nəticədə
unikal bir ərazi ekoloji fəlakət həddinə
çatdırılıb. Ermənilərin
işğal altında
saxladığı torpaqlarda
10 su anbarı, o cümlədən su tutumu 560 milyon kubmetr olan və
100 min hektardan artıq
əkin sahəsinin suvarılmasına hesablanmış
Sərsəng su anbarı baxımsızlıqdan
sıradan çıxmaq
üzrədir. İşğal olunmuş ərazidə yerləşən Sərsəng
su anbarından ekoloji təzyiq vasitəsi kimi istifadə edilir. Məhz bütün bunları nəzərə
alaraq, 2015-ci ildə Avropa Şurası Parlament Assambleyasının
(AŞ PA) faktaraşdırıcı missiyası ölkəmizdə
olub və Azərbaycanın sərhədyanı
rayonlarının sakinlərinin
qəsdən sudan məhrum edilməsi ilə bağlı AŞ PA tərəfindən
2016-cı ilin 26 yanvar
tarixində 2085 nömrəli
qətnamə qəbul
edilib. Qətnamədə yaranmış vacib
humanitar problemi nəzərə alaraq, Assambleya Ermənistan hakimiyyətini bu ölkənin silahli qüvvələrinin sözügedən
regiondan dərhal çıxarılması, müstəqil
mühəndis və hidroloqlar tərəfindən
yerində təhqiqat aparılmasının təmin
edilməsi və su ehtiyatlarının siyasi təsir və ya təzyiq
aləti kimi münaqişənin yalnız
bir tərəfinin xeyrinə istifadə edilməsinin dayandırılmasına
çağırıb".
Xatırladaq ki, Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan Respublikasının 1,7 milyon hektar ərazisi işğal olunub. Mütəxəssislər tərəfindən aparılmış ilkin qiymətləndirməyə görə ətraf mühitə və təbii sərvətlərə vurulmuş ziyanın miqdarı təqribən 265,3 milyard dollar həcmindədir. Məsələn, ölkənin ən zəngin faydalı qazıntı yataqları işğal olunmuş ərazilərində qalıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin saytında yer alan məlumata görə, işğal edilmiş ərazilərdə 155 müxtəlif növ faydalı qazıntı yataqları, o cümlədən: 5 qızıl, 6 civə, 2 mis, 1 qurğuşun və sink, 19 üzlük daşı, 10 mişar daşı, 4 sement xammalı, 13 müxtəlif növ tikinti daşları, 1 soda istehsalı üçün xammal, 21 pemza və vulkan külü, 10 gil, 9 qum-çınqıl, 5 tikinti qumu, 9 gips, anhidrid və gəc, 1perlit, 1obsidian, 3 vermikulit, 14 əlvan və bəzək daşları (əqiq, yəşəm, oniks, cad, pefritoid və s.), 11 şirin yeraltı su və 10 mineral su yataqları yerləşir ki, bu da respublikanın iqtisadi potensialında mühüm əhəmiyyət kəsb edirdi. Yuxarıda sadalanan növ faydalı qazıntılar Qızılbulaq, Mehmana, Dəmirli, Canyataq-gülyataq, Ağdərə, Şorbulaq, Şuşa, Şirlan, Turşsu, Xocalı, Zərinbax, Ağçay, Xəankəndi, Ediş, Xocavənd, Söyüdlü, Ağduzdağ, Tutxun, Ağyataq, Levçay, Kilsəli, Keşdək, Keçəldağ, Çəlli, Yuxarı istisu, Aşağı istusu, Mozçay, Qoturlu, Çilkəz, narzanlı, Əhmədli, Hoçaz, Laçın, Novruzlu, Yuxarı Əkərəçay, Quşçu, Minkənd, Hacılı, Xanlıq, Qubadlı, Vejnəli, Bartaz, Oxçuçay, Zəngilan, Şərifan, Tuluz, Qaracalı, Soltanlı, Çaxmaxçay, Göyərçin-Veysəlli, Minbaşılı, Ağtəpə, Cəfərabad, Şahverdilər, Çaxmaxqaya, Dövlətyarlı, Diləgərdi, Kürdmahmudlu, Quruçay, Şahbulaq, Gülablı, Çobandağ, Boyəhmədli, Şahbulaq, Ağdam, Qarqarçay, Xaçınçay və s. yataqlarda aşkar edilmişdi. Sözügedən yataqlarda sənaye ehtiyatları təsdiq edilmiş 132,6 ton qızıl, 37,3 min ton qurğuşun, 40,4 min ton qurğuşun, 189 milyon m3 mişar daşı, 1 milyon 526 min ton gəc, 1 milyon 968 min m3 /gün yeraltı şirin su, 18 milyon 432 min m3 üzlük daşı, 23 milyon 243 min m3 gil, 57 milyon 965 min ton tikinti daşı, 7805 m3 /gün mineral sular, 96 milyon 987 min ton qum-çınqıl, 1898, 4 ton civə, 4 milyon 473 min m3 perlit, 2 milyon 144 min m3pemza, 129 milyon 833 min m3 soda istehsalı üçün əhəngdaşı, 147 milyon 108 min ton sement xammalı və s. iqtisadiyyatın inkişafında vacib əhəmiyyət daşıyan faydalı qazıntılar aşkar olunmuşdu.
Bundan başqa, işğal olunmuş ərazilərdə təkcə 460
növdən çox yabanı ağac və kol bitkiləri
bitir. Bunlardan 70-i endemik növ olub, dünyanın heç bir yerində təbii halda bitmir. Qaracöhrə,
ayıfındığı, Araz palıdı, yalanqoz, şərq çinarı, adi nar, meşə üzümü, pirkal, şümşəd, eldar
şamı, adi xurma, söyüdyarpaq
armud və s. növ ağaclar işğal olunmuş ərazidə məhv edilərək dünya florasının xəzinəsindən
silinmək üzrədir.
Eyni zamanda, bu ərazilərdə “Azərbaycan Respublikasının
Qırmızı Kitabı”na
daxil edilmiş məməlilərin 4, quşların
8, balıqların 1, amfibiya
və reptililərin
3, həşəratların 8, bitkilərin isə 27 növü qorunurdu ki, hazırda praktiki cəhətdən əraziyə nəzarət
imkanı olmadığından
sözügedən fauna və
floranın hazırki vəziyyəti barədə
məlumat yoxdur. Xüsusi mühafizə olunan təbiət ərazilərinin 70 388,6 hektarı erməni işğalçılarının tapdağı altındadır.
Digər tərəfdən, Ermənistan
Dağlıq Qarabağ
ərazisində yerləşən
Sərsəng su anbarından təzyiq vasitəsi kimi də istifadə edir. 560 milyon m3 tutumu olan bu
su anbarının suyu qış vaxtı ərazinin mövsümü ehtiyacları
nəzərə alınmadan
əhalisi azərbaycanlılardan
ibarət olan kəndlərə və yaşayış məntəqələrinə
buraxılır və
nəticədə isti
yay mövsümündə
bu ərazidə kəskin su qıtlığı yaranır.
Yaşayış məntəqələri, kənd təsərrüffati
sahələri və kommunikasiya xətləri qışda su altında qalır. Yayda isə insanlar su qıtlığına məruz qalır və səhralaşma nəticəsində torpağın
deqradasiyası müşahidə
olunur.
Mövzu ilə bağlı bizimlə fikirlərini bölüşən
Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin
rəhbəri Telman Zeynalov deyib ki, bu problemin
yeganə həlli torpaqlarımızın erməni
işğalçılarından azad edilməsindədir:
"Azərbaycanın işğal
altındakı torpaqlarını
azad etmək lazımdır ki, bu məsələyə birdəfəlik son qoyulsun.
Bu məsələ ilə bağlı beynəlxalq və Avropa məhkəmələrinə
müraciət də olunsa, yenə Ermənistan qazanacaq.
Qərar
çıxarılacaq ki,
onların tullantını
atmağa yeri yoxdu. Ona görə də
çaya tullayırlar.
Çünki onlar digər
konvensiyalara qoşulmayıblar.
Elə o
səbəbdən də
istədiklərini edirlər.
Azərbaycan da Ermənistanla
bağlı heç yerə şikayət edə bilmir. Yeganə yol Ermənistanı darmadağın edib torpaqlarımızı azad
etməkdir”.
Bu yazı Azərbaycan Respublikası Prezidenti
yanında Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında
hazırlanıb.
Sevinc
Həftə
içi.- 2019.- 3-4 dekabr. S. 6.