2019-cu ildə yaddaqalan hadisələr

 

Başa vurmaqda olduğumuz il ərzində həm sevindirici, həm də kədərli hadisələr çox olub və hətta demək olar ki, hər gün yeni nələrinsə baş verdiyini eşitmişik. İlin sonuna bir neçə gün qala maraqlı bildiyimiz hadisələrin siyahısını tərtib etməyə çalışdıq. Həmin siyahını aylar üzrə təqdim edirik:

Yanvar:

1 yanvarda Braziliyanın yeni prezidenti Jair Bolsonaro, and içərək fəaliyyətə başlayıb.

6 yanvarda Filippində "Usman" qasırğası baş verdi, 126 nəfər həlak oldu.

7 yanvarda Banqladeşdə dekabrın 30-da keçirilmiş seçkidə qalib gələn Şeyx Hasina and içərək baş nazir vəzifəsinin icrasına başlayıb.

19 yanvarda Meksikanın paytaxtı Mexikodan 100 kilometr şimalda yerləşən Tlahuelilpan qəsəbəsi yaxınlığında neft kəməri partlayıb. Nəticədə axan yanacağı bidonlara doldurub daşımaq üçün əraziyə gələn camaatdan 114 nəfəri həlak olub.

22 yanvarda ABŞ-ın Dövlət Katibi Mayk Pompeo, İŞİD terror təşkilatının süquta uğradığını elan edib.

23 yanvarda Venesuela Milli Məclisinin sədri Juan Guaydo, iqtidarın əleyhinə keçirilən nümayişdə özünü müvəqqəti dövlət başçısı elan eddib.

24 yanvarda Malayziya kralı Sultan V Məhəmmədin taxtdan istefa verməsi nəticəsində oğlu Tengku Abdullah yeni kral oldu.

25 yanvarda Filippinin cənaubunda yaşayan müsəlman Moro xalqına geniş muxtariyyət haqqını tanıyan Bangsamoro Qanunu, keçirilən referendumda təsdiqini tapıb.

25 yanvarda Braziliyanın cənub-qərbində mədənin çökməsi nəticəsində 110 nəfər ölüb, 200-dən çox adam itkin düşüb.

26 yanvarda ABŞ-ın dövlət katibi Mayk Pompeo Venesuela prezidenti Nikolas Madurono devirmək üçün iqtisadi müstəvidə addımlar atmağa başladı.

27 yanvarda Filippinin cənubunda yerləşən kotolik kilsəsində ayrı-ayrılıqda iki bomba bartlayışı törədilib, nəticədə 20 nəfər ölüb, 81 nəfər yaralanıb.

27 yanvarda İndoneziyanın Sulavesi adasında yağan leysan daşqınlara səbəb olub və nəticədə 68 nəfər ölüb.

30 yanvarda Konqo Demokratik respublikasının qərbində yerləşən May-Ndombe əyalətind, hərəsində ortalama 100 cəsəd olan 50 toplu qəbir aşkarlanıb.

31 yanvarda Avropa İttifaqı parlamenti Venesuelada dövlət çevrilişi etmək istəyən Juan Guaydonu prezident olaraq tanıdı.

Fevral:

7 fevralda BMT, Səudiyyə Ərəbistanından olan jurnalist Camal Qaşıqçının öldürülməsi  cinayətinin, bu ölkənin rəsmi şəxsləri tərəfindən planlaşdırıldığını bildirib.

12 fevralda Suriyanın Deyrizor vilayətində, ABŞ təyyarələrinin İŞİD silahlılarına qarşı düzənlədiyi hücumda çoxu uşaq və qadın olmaqla ən azı 50 nəfər həlak olub.

14 fevralda Hindistanın Cammu Kəşmir bölgəsində hərbi konvoya edilən hücum nəticəsində 44 əsgər ölüb, 20-si yaralanıb.

23 fevralda Nigeriyada keçirilən seçkilərdə Məhəmməd Buhari yenidən president seçilib.

26 fevralda Hindistan təyyarələri Pakistanın hava sahəsinə soxularaq yerə bomba atıb.

28 fevralda ABŞ prezidenti Donald Trampla Şimali Koreya lideri Kim Jong Vyetnamın paytaxtı Hanoyda görüşüb, amma razılıq əldə olunmayıb.

Mart:

7 martda Cenevrədə keçirilən İnsan Haqları Şurasının 40-cı sessiyasında, Avropa İttifaqının 28 üzvü də daxil olmaqla toplam 38 ölkə, Səudiyyə jurnalisti Camal Qaşıqçı cinayətinin baiskarlarının cəzalandırılmasını tələb edib.

10 martda Efiopiyaya məxsus sərnişin təyyarəsi, Keniyanın paytaxtı Nayrobiyə uçarkən qəzaya uğrayıb. Nəticədə 157 nəfər həlak olub

13 martda Melburnda işləyərkən kilsədə iki azyaşlı oğlanla cinsi əlaqəyə girdiyi üçün məhkəməsi keçirilən Vatikanın keçmiş iqtisadiyyat naziri və Avstraliya Kardinalı Corc Pell 6 il müddətinə azadlıqdan məhrum olunub.

15 martda Yeni Zelandiyada, namaz saatlarında iki məscidə edilən silahlı terror hücumunda 51 müsəlman öldürülüb, 49 nəfəri isə yaralanıb.

16 martda Zimbabve-Mozambik sərhədi bölgəsində yağan güclü leysan nəticəsində 65 nəfər həlak olub.

16 martda İndoneziyanın şərqində yerləşən Papua əyalətində baş verən sel nəticəsində 104 nəfər həlak olub.

17 yanvarda Əfqanıstanda Taliban silahlılarının hücumu nəticəsində 22 polis həlak olub.

18 martda Çin hökuməti 2014-cü ildən bu yana 13 min uyğurun həps olunduğunu açıqlayıb.

20 martda Əfqanıstanda baş verən sel 63 nəfərin həyatına son qoyub, 31 nəfər yaralanıb.

21 martda İraqın Mosul şəhərində bərə gəminin batması nəticəsində 103 nəfər həlak olub.

23 martda Malidəki qəbilələr arasında yaşanan toqquşmada Fulani qəbiləsindən 154 nəfər öldürülüb.

23 martda Mozambik, Zimbabve və Malavidə yağan güclü leysanın törətdiyi sel nəticəsində ölənlərin sayı 700-ü keçdi.

25 martda ABŞ prezidenti Donald Tramp, Suriyanın Colan təpələrini İsrailin ərazisi kimi rəsmən tanıyıb.

28 martda İranda baş verən daşqınlarda 44 nəfər yaşamını itirib.

31 martda Nepalın Bara və Parsa bölgələrində fırtına nəticəsində 35 nəfər həlak olub, 400 nəfər yaralanıb.

Aprel:

2 apreldə uzun müddətdir Əlcəzairin prezidenti olan Əbdüləziz Buteflika istifa verib.

8 apreldə ABŞ prezidenti Donald Tramp, İran İnqilab Keşikçiləri Ordusunu terror təşkilatı siyahısına salıb.

11 apreldə Sudanda hərbi çevriliş baş verib, ordu president Ömər əl-Bəşiri həps edib, dövlətə nəzarət iki illiyinə müdafiə naziri Avad bin Avfa  verilib.

11 apreldə İsraildə erkən seçkilər keçirilib, baş nazir Binyamin Netanyahunun sədri olduğu Likud Partiyası parlamentdə 36 kürsü qazanaraq birinci olub.

15 apreldə Parisdəki Notr Dam kilsəsi yanıb, damı çöküb.

21 apreldə Şri Lankada kilsə və otellərə hücum nəticəsində 253 əfər ölüb, 500-dən artıq insan yaralanıb.

21 apreldə Ukraynada keçirilmiş seçkilərin ikinci turunda 73,22 səs alan Vladimir Zelenskiy prezident seçilib.

May:

1 mayda Yaponiyada yeni imperator Naruhito and içərək taxta çıxıb.

4 mayda İsrail ordusu,Qəzzəyə etdiyi hücumda 25 günahsız mülki fələstinlini qətlə yetirib.

12 mayda Şimali Makedoniyada president seçilən Stevo Pendarovski and içərək fəaliyyətə başlayıb.

21 mayda İndoneziya prezidenti Joko Vidodo, səslərin 55,50 faizini alaraq yenidən dövlət başçısı seçilib.

22 mayda CAR-da Kiril Ramafosa, partiyası parlament seçkilərində qələbə qazanandan sonra president seçilib.

30 mayda Hindistanda Narendra Modi, seçkidə qələbə qazandığı üçün and içərək ikinci dəfə baş nazir olub.

İyun:

2 iyunda Salvadorda seçkilərdə yüksək səs toplayan fələstin mənşəli Nayib Bukele and içərək prezident fəaliyyətinə başlayıb.

3 iyunda Sudan ordusunun, paytaxt Xartumda həftələrdir nümayiş keçirən xalqa atəş açması nəticəsində 108 nəfər həlak olub.

7 iyunda Böyük Britaniyanın baş naziri Tereza Mey istefa verərək, Brexit prosesinin ikinci siyasi qurbanı olub.

9 iyunda Qazaxıstanda keeçirilən növbədənkənar seçkilərdə Qasım Jomart Tokayev səslərin 70,13 faizini alaraq president seçilib.

17 iyunda Misirin keçmiş prezidenti Məhəmməd Mursi məhkəmə zalında vəfat edib.

30 iyunda ABŞ prezidenti Donald Trampla Şimali Koreya lideri Kim Jong yenidən görüşüblər.

İyul:

2 iyulda Nigeriyada tankerin partlaması nəticəsində 60 nəfər yaşamını itirib.

17 iyulda Ərbildə restorana edilən hücum zamanı Türkiyə Konsulluğunun diplomatı öldürülüb. Terrorçu üç gün sonra Kürdistan polisi tərəfindən həps olunub.

22 iyulda Rusiya təyyarələrinin bazarı bombalaması nəticəsində Suriyada 50 nəfər həlak olub.

25 iyulda Tunis prezidenti Baci Kaid əs-Sibsi 93 yaşında vəfat edib.

28 iyulda Nigeriyada “Boko Haram” silahlılarının yas məclisinə hücumu nəticəsində 65 nəfər öldürülüb.

29 iyulda Braziliyanın Altamira zindanında qalxan üsyanda 57 məhkum ölüb.

Avqust:

5 avqustda Hindistan Kəşmirin muxtariyyət statusunu ləğv edib.

8 avqustda Qırğızstanın keçmiş prezidenti Almazbek Atambayev korrupsiya ittihamları ilə həps olunub.

9 avqustda Myanmarda baş verən torpaq sürüşməsində 69 nəfər həlak olub.

10 avqustda Çində baş verən tayfun 56 nəfərin ölümü ilə nəticələnib.

10 avqustda Tanzaniyada neft tankerinin partlaması nəticəsində 69 nəfər ölüb.

17 avqustda Əfqanıstanın paytaxtı Kabil şəhərində toy məclisinə edilən terror hücumu zamanı 80 nəfər yaşamını itirib.

29 avqustda Kolombiyada, 2016-cı ildə əldə olunan atəşkəsi pozan Kolombiya İnqilabçı Silahlı Qüvvələri yenidən silahlanmaq barədə qərar verdi.

Sentyabr:

1 sentyabrda Səudiyyə qırıcılarının Yəmənin Zamar şəhərindəki həpsxananı bombalaması nəticəsində 156 nəfər ölüb, 50 nəfər isə yaralanıb.

1 sentyabrda Dorian qasırğası, Baham adalarına və ABŞ-ın cənub sahillərinə 3,4 milyard dollar həcmində ziyan vurmaqla bərabər, ən azə 73 nəfərin də ölümünə səbəb olub.

11 sentyabrda, Filippində yayılan Dang epidemiyası səbəbilə mindən çox insanın həlak olduğu açıqlanıb.

14 sentyabrda Konqoda baş verən Qatar qəzasında ən azı 50 sərnişin həlak olub.

16 sentyabrda Sudanda şiddətli leysanlar nəticəsində yarar sel 85 nəfərin həyatına son qoyub.

24 sentyabrda Çaddakı mədənlərdən birində meydana gələn çökmə 52 nəfərin həyatına son qoyub.

24 sentyabrda Pakistanın nəzarətindəki Azad Kəşmirdə yaşanan zəlzələdə 40 nəfər ölüb, 680 nəfər isə yaralanıb.

Oktyabr:

1 oktyabrda İraqda korrupsiya əleyhinə başlayan etiraz aksiyalarında, proses boyu 450 nəfər həlak olub, 19 mindən çox adam yaralanıb.

6 oktyabrda Çilidə metroda gedişhaqqının qaldırılmasına etiraz olaraq başlayan aksiyalarda 23 nəfər həlak olub.

10 oktyabrda Kubada 43 il aradan sonra ilk dövlət başçısı seçilib.

12 oktyabrda Yaponiyada başlayan Hagibis tayfunu ən azı 77 nəfərin həyatına son qoyub.

14 oktyabrda İspaniyanın Kataloniya bölgəsində müstəqillik şüarları ilə başlayan aksiyalarda 600 insan yaralanıb, 199 nəfər həps olunub.

20 oktyabrda Boliviyada keçirilmiş seçkilərdədən sonra başlayan etiraz aksiyalarında 23 nəfər yaşamını itirib.

20 oktyabrda "The Boeing 787-9" markalı təyyarə, Nyu Yorkdan Sidneyə 16,2 min kilometr məsafəni birbaşa olaraq 19 saat 16 dəqiqəyə uçmaqla record vurub.

27 oktyabrda İŞİD lideri Əbubəkir əl-Bağdadi, ABŞ xüsusitəyinatlılarının hücumu nəticəsində öldürülüb.

29 oktyabrda tarixi saxtalaşdıran ABŞ Konqresi 1915-ci il hadisələrini "soyqırım" olaraq tanıyan qərar qəbul edib.

31 oktyabrda Pakistanın Liyakatpur şəhəri yaxınlığında qatarda baş verən partlayışdan dərhal sonra alovun üç vaqonu bürüməsi nəticəsində 74 nəfər ölüb.

Noyabr:

2 noyabrda Malinin şimal-şərqində terrorçuların hərbi hissəyə hücumu nəticəsində 53-ü əsgər, 1 nəfəri mülki şəxs olmaqla 54 nəfər həlak olub.

10 noyabrda Boliviyada hərbi çevriliş olub. İkinci dəfə president seçilən Evo Morales istefa verib.

15 noyabrda İranda benzinin 3 dəfə bahalaşmasına qarşı etiraz aksiyalarına start verilib. 7 min nəfərin həps olunduğu aksiyalarda 208 nəfərin həlak olduğu bildirilir.

22 noyabrda Cənubi Sudanda güclü yağışların səbəb olduğu seldə 70 nəfər ölüb.

23 noyabrda Keniyada meydana gələn torpaq sürüşməsində 65 nəfər həlak olub.

26 noyabrda Albaniyada zəlzələ baş verib, 51 nəfər ölüb, 900-dən çox adam yaralanıb.

Dekabr:

8 dekabrda Uqandada yağan leysan nəticəsində yaranan sel 36 nəfərin həyatına son qoyub.

8 dekabrda Hindistanın paytaxtı Dehlidə yerləşən karton fabrikində çıxan yanğında 43 nəfər yaşamanı itirib.

9 dekabrda Yeni Zelandiyanı şimalında yerləşən Vhakaari vulkanının püskürməsi 16 nəfərin ölümünə yol açıb.

10 dekabrda 2019-cu ilin Ədəbiyyat üzrə Nobel mükafatı, Bosniya və Herseqovinanın Srebrenitsa şəhərində 1995-ci ildə serblər tərəfindən həyata keçirilmiş soyqırıminkar edən avstriyalı yazar Peter Handkeyə verilib. Bu, bütün dünyada etirazla qarşılanıb.

10 dekabrda Finlandiyada baş nazir seçilən 34 yaşlı Sanna Marin dünyanın ən gənc hökumət başçısı olaraq adını tarixə yazdırıb.

11 dekabrda Nigerin Tillaberi bölgəsində hərbi qarnizona edilən hücum zamanı 70 əsgər həlak olub.

12 dekabrda ABŞ Senatı qondarma erməni soyqırımı tanıyıb.

15 dekabrda Yeni Zelandiyanın Ağ Adasında ("White Island") vulkan püskürməsi nəticəsində 16 nəfər həlak olub.

20 dekabrda Venesuelada hava limanına eniş etmə ərəfəsində olan təyyarə qəzaya uğrayıb. Nəticədə 9 nəfər ölüb.

21 dekabrda Rumıniyanın yeni prezidenti Klaus Yohannis parlamentdə and içərək fəaliyyətə başlayıb. Yohannis noyabrda keçirilən prezident seçkilərinin ikinci turunda 66,06 faiz səs toplayıb.

22 dekabrda Əfqanıstanda keçirilən seçkilərdə prezident Əşrəf Qani növbəti dəfə səslərin 50,64 faizini toplayaraq qələbə qazanıb.

25 dekabrda Meksikanın paytaxtı Mexikonun 50 kilometr şimalında yerləşən Popokatepetl vulkanının püskürməyə başlayıb.

26 dekabrda İndoneziyanın Cənubi Sumatra əyalətində avtobusun dərəyə yuvarlanması nəticəsində 35 nəfər ölüb.

27 dekabrda Qazaxıstanda Almaatıdan Nursultana uçan “Fokker-100” təyyarəsi qəzaya uğrayıb. Yerə çırpılan təyyarənin, xoşbəxtlikdən partlamaması ölüm sayını azaldıb. Belə ki. Təyyarənin göyərtəsindəki ümumən 100 nəfərdən 14 nəfəri həlak olub, 35 nəfəri ağır yaralanıb

 

Vüsal Tağıbəyli

 

Həftə içi.- 2019.- 28 dekabr.- S.4.