Xalq artisti Tofiq
Tağızadənin xatirəsi
yad edilib
Fevralın 7-də Azərbaycan
kino sənətinin görkəmli nümayəndəsi,
Xalq artisti Tofiq Tağızadənin anadan olmasının 100 illiyi tamam olur. Bu münasibətlə
tanınmış incəsənət
və mədəniyyət
xadimləri, ictimaiyyətin
nümayəndələri ikinci
Fəxri xiyabana gələrək sənətkarın
məzarını ziyarət
edib, önünə əklil və tər çiçəklər
düzüblər.
Anım
mərasimində Azərbaycan
Respublikası Kinematoqrafçılar
İttifaqının sədri,
Xalq artisti Şəfiqə Məmmədova
qeyd edib ki, Prezident İlham
Əliyevin bu il imzaladığı müvafiq Sərəncama əsasən, mərhum sənətkarın 100 illiyi
münasibətilə respublikanın
mədəniyyət müəssisələrində
silsilə tədbirlər
keçiriləcək, aktyorun
yaradıcılıq yoluna
bir daha nəzər salınacaq.
Şəfiqə Məmmədova bildirib
ki, Moskvada Ümumittifaq Dövlət
Kinematoqrafiya İnstitutunun
kinorejissorluq fakültəsini
bitirdikdən sonra Cəfər Cabbarlı adına “Azərbaycanfilm”
Kinostudiyasında fəaliyyətə
başlayan Tofiq Tağızadə milli kino tariximizin tarixində yeni səhifələr yazıb.
Ömrünün 40 ilə yaxın
dövrünü kinoda
keçirən sənətkar
çəkdiyi filmlərdə
özünü professional rejissor
kimi təsdiq etməyi bacarıb.
Ekran əsərləri ilə milli kino sənətimizə
dəyərli töhfələr
vermiş Tofiq Tağızadənin mənalı
ömür yolu və zəngin yaradıcılığına nəzər
salan Xalq artisti Eldar Quliyev
kino sahəsində ilk
addımlarının bu
böyük sənətkarın
adı ilə bağlı olduğunu qeyd edib: “İlk
dəfə Tofiq Tağızadənin çəkdiyi
filmdə rejissor köməkçisi kimi yer almışam. Tofiq Tağızadənin ötən
əsrin 50-ci illərində
çəkdiyi “Uzaq sahillərdə” filmi ona böyük şöhrət gətirmişdi.
Filmlə bağlı dünyanın
müxtəlif yerlərindən
məktublar gəlirdi.
Bu məktubları mən də oxuyurdum və böyük fəxr hissi keçirirdim. Çünki bu filmlə
bizim qəhrəmanımız
Mehdi Hüseynzadəni
dünya tanıdı.
Bildilər ki, Azərbaycan
torpağının belə
bir qəhrəman oğulu var. Ekran əsəri ilə Azərbaycan kinosu, aktyorları da dünyada tanındı.
Ondan sonra bir çox
filmlər çəkdi.
Bu filmlərin ekranlara çıxmasından
yarım əsrdən
çox vaxt keçsə də, indi də çox
maraqla baxılır.
Tofiq Tağızadə həmişə
Azərbaycan mədəniyyətinin,
kinosunun tarixində yaşayacaq. Çünki onun yaradıcılığı
bənzərsiz, çəkdiyi
filmlər böyük
rejissor istedadının,
qəlbinin məhsuludur”.
Azərbaycan Respublikası Kinematoqrafçılar
İttifaqının katibi,
tanınmış kino
xadimi Oqtay Mirqasımov sənətkarın
ömür yolundan danışıb, onunla bağlı xatirələrini
bölüşüb. Bildirib ki,
çoxsaylı ekran əsərlərində böyük
ustalıqla canlandırdığı
mürəkkəb xarakterli,
müxtəlif dünya
görüşlü obrazları
kino tariximizdə silinməz iz qoyub.
Cəfər Cabbarlı adına “Azərbaycanfilm”
Kinostudiyasının direktoru
Müşfiq Hətəmov
Tofiq Tağızadənin
dünya kinematoqrafiyasının
mütərəqqi təcrübəsindən
yaradıcı şəkildə
bəhrələnərək nadir istedada malik rejissor kimi özünəməxsus
üslubu ilə Azərbaycan kino sənətinə mühüm
yeniliklər gətirdiyini
deyib. Bu filmlərin
hər birinin öz maraqlı süjeti var. Rejissorun mövzulara özünəməxsus
yanaşma tərzi isə milli kinomuza yeni nəfəs
gətirib. Həmçinin
bildirib ki, kinostudiyada kino sahəsində çalışmış
bütün görkəmli
sənətkarların yaradıcılıq
otaqlarının açılması
istiqamətində iş
aparılır: “Vaxtı
ilə çalışdığı
otaqlar da onların adına
veriləcək. Orada onlara
məxsus əşyalar
qoyulacaq. Ötən
il Xalq
artisti Rasim Ocaqov haqqında belə bir otaq
yaradılmışdı. Yaxın vaxtlarda
Tofiq Tağızadənin
də belə bir yaradıcılıq otağı açılacaq”.
Tədbirdə Xalq artisti Əbdül
Mahmudov və başqaları çıxış
edərək görkəmli
rejissorla bağlı xatirələrini bölüşüblər. Qeyd olunub ki, sənətkarın
yüksək estetik meyarlarla xalqımızın
mədəni, mənəvi
irsini canlandıran və müasirlərinin həyatını dolğun
əks etdirən rəngarəng mövzulu silsilə ekran əsərləri, o cümlədən
“Uzaq sahillərdə”,
“Arşın mal alan”,
“Yeddi oğul istərəm” və “Dədə Qorqud” filmləri Azərbaycan kinosunun qızıl fonduna daxil olmuş
parlaq sənət nümunələridir. Tofiq Tağızadənin
respublikada kino işinin təşkili və kadr hazırlığı
sahəsində də
təqdirəlayiq xidmətləri
vardır.
Sonda çıxış
edən rejissorun qızı İranə Tağızadə atasının
xatirəsinə göstərilən
yüksək ehtirama görə təşəkkürünü
bildirib.
Cəmilə
Həftə içi.- 2019.-
9-11 fevral.- S.8.