"Bəzi insanlar elə bilir, rusca
danışmaq mədəniyyət göstəricisidir"
Dilçilik İnstitutunda
yaradılan Monitorinq şöbəsi aparıcıların
dilində səhv tələffüz olunan sözləri müəyyən
edib. Bu addım mətbuatda bir
xeyli müzakirə obiyektinə çevrildi. Razılaşmayan aparıcılar da oldu.
Hafta.az Nəsimi adına Dilçilik
İnstitutunun direktoru professor Möhsün Nağısoyla
söhbətləşib.
Müsahibəni təqdim edirik:
- Möhsün müəllim,
Dilçilik İnsitututunda yeni yaradılan şöbələrdən
biri Monitorinq şöbəsi aparıcıların tələffüzündə
səhv işlətdiyi sözlərin siyahısını dərc
etdi. Aparıcılar verlişin mandatına
görə bu halların qaçılmaz olduğunu deyirlər.
- Bu bir az mübahisəli məsələdir. Müxtəlif bölgələri təmsil edən
insanlar var. Onların şifahi nitqdə bu qədər incəliyə
getməsi düzgün deyil. Əsas odur
ki, söhbət tək tələffüzdən getmir. Lüzumsuz yerə əcnəbi sözlərin
işlədilməsi problemli məsələdir. Hər hansı bir sözün
qarşılığı bizim dildə varsa onu əcnəbi
dilində ifadə etmək lazım deyil. Adicə
artıq sözünün “uje”, oyuncaq - “iqruşka”, tıxac - “probka”
sözü kimi işlənməsi halları çoxdur. Televiziya verlişlərində aparıcı da,
iştirakçılar da bu cür formada sözlərdən
istifadə edir. "Bəli",
"gözəl" sözləri əvəzinə “bravo”,
“pojalyusta” deyirlər. Bizim Dilçilik
İnstitutu ayrıca orfoepiya lüğəti hazırlayır.
Əvvəllər də var idi. İnsanların sözləri düzgün tələffüz
etməsinin bünövrəsi orta məktəbdən qoyulur.
Fonetika bölməsi orta məktəbdə
geniş şəkildə keçilir. Məsələn,
sözdə iki saitin yanaşı gəldiyi vaxtda, tələfüzü
çətinləşdirir. O zaman bir “y” artırılır.
Ailə “ayilə”, zəif “zəyif” və s. Burada heç bir
problem yoxdur. Elə söz var ki, onları
olduğu kimi tələffüzünü aparıcılardan tələb
etmək düzgün deyil. Monitorinq şöbəsinin
müəyyən etdiyi sözlərlə tanış
deyiləm. Bilsəydim konkret fikrimi ortaya qoyardım.
Hər bir sözə fərdi yanaşmaq
lazımdır. Elə söz vardır ki,
onun tələffüzü mübahisə doğurmur.
- Belə çıxır ki,
verlişə uyğun olaraq bu kimi hallar problemli məsələ
deyil?
- Əyləncə verlişində danışılan fərdi
nitqdir. Tutaq ki, bədii əsərdir. Müəllif
tipin dilini fərdiləşdirmək üçün onun
dilində müəyyən dialektizmlərə yol verir. Bu da xarakterini açmaq üçün yanaşma tərzdir.
Ona görə şou verlişində belə
şeylərin baş verməsi normaldır. Rəsmi xəbərlərdə bu kimi nüanslara
diqqət olunmalıdır. Orfoepiya qaydalarına
diqqət olunması vacib şərtdir.
- Əvvəl dediniz ki,
dilimizdə əcnəbi sözlər daha çox işlənir. Bunları dilimizdən birdəfəlik
qoparmaq olmazmı?
- Bizim
institutda Monitoriq şöbəsi vardır. 2013-cü
ildən fəaliyyət göstərir. Onun
təsir mexanizmi yoxdur. O, yalnız tövsiyyə verə
bilər, maarifləndirici iş görə bilər. Sizin dediyiniz variant da bir ideyadır. Bizim dilimizdə qarabaşaq söz vardır, amma “qreçka”
deyirlər. Bunu öz dilimizdə demirlər,
bu fərddən və vətəndaşdan
asılıdır. Hər bir azərbaycanlı
vətəndaşı bilməlidir ki, dil xalqın
varlığıdır. Xalq dili ilə
tanınır. Dil sərvətdir. Sərvətə pis baxmaq olarmı? Ulu öndərimiz
deyirdi: “Xalqı xalq edən onun ana dilidir".
Ölkə Prezidenti cənab İlham Əliyev də
deyib ki, bizi əsrlər boyu yaşadan bizim dilimiz olubdur. Mən şəxsən
bilirəm ki. bu sözün
qarşılığı var, onu öz dilimizdə işlədirəm.
Əgər Azərbaycan vətəndaşı bilsə ki,
onun dili dünyanın ən qədim, ən zəngin, ən
ahəngdar dilidir, onda heç kim
danışanda əcnəbi sözdən istifadə etməz.
Bizim “Dədə Qorqud” kimi dastanımız var.
Yazıçı Anarın bir sözü var, mən onu həmişə
deyirəm. Bizim Şeksprimiz yoxdur, amma bizim
kitabi “Dədə Qorqud”umuz var. Hər bir kəs məsuliyyət
hissi daşımalıdır.
- İnstitutun tərkibində olan
Monitorinq şöbəsinin təsir mexanizminin
olmadığını deyirsiniz...
- Ölkə
Prezidenti İlham Əliyevin 1 noyabr tarixli Sərəncamı
var: "Azərbaycan dilinin saflığının
qorunması və dövlət dilindən istifadənin daha da
təkmilləşdirilməsi ilə bağlı tədbirlər
planı”. Monitorinq mərkəzi publik hüquqi
şəxsdir. Onun nizamnaməsini və tədbirlər
planını biz hazırladıq. Bundan
sonra mərkəzin çox gözəl təsir mexanizmi
olacaq. Müxtəlif qurumlarla, fiziki,
hüquqi şəxslərlə müqavilə bağlayacaq.
Lazım gələndə onları cərimələyəcək.
Cərimə tətbiq olunandan sonra heç bir
qurum istəməz ki, cərimələnsin. Bu ayrı-ayrı fərdlərə aid deyil. Bir qız mənə zəng edib deyir ki, mən
avtobusda "pojalyusta" desəm onda məni cərimə edəcəksiniz?
Deyirəm ki, xeyr. Onu sənin
öz vicdanına buraxırıq. O sözün
qarşılığı var axı, Niyə öz dilimizdə
işlətməyəsən? "Zəhmət
olmasa" sözü “pojalyusta” sözündən pis
sözdür? Müqavilə bağlanandan
sonra yazıda, sənədlərində, reklamlarında,
elanlarında normaları pozarlar cərimə ediləcəklər.
Belə düşünək. Piyada keçidindən keçməyən şəxsi
cərimə etdikdə, ikinci dəfə oradan keçərmi?
Qurumlara da cərimələr tətbiq olunsa belə
problemlər olmaz. Ancaq hər bir halda dilin
qaydalarına riayət etmək xalqdan asılıdır.
Üzeyir Hacıbəyov parlament müxbiri
imiş. Yazır: "Dünən parlamentin iclası
oldu. Mən çox kədərləndim".
Oxuculara sual verir ki, bilirsiniz mənim kədərlənməyimin
səbəbi nə idi? İki nəfər
danışırdı. Sualı verən də,
cavablayan da azərbaycanlı idi. Amma rus
dilində danışırdılar. Sonra
öz-özünə sual verir ki, heç
görmüsünüz, iki alman başqa dildə
danışsın? Azərbaycan dilini
yaşadan Nəsimi, Füzuli kimi şairləri olub.
Düşdü
yånə dəli
könül gözlərinin õəyalinə,
Kim nə bilir bu könlümün fikri nədir, õəyali nə?
Al ilə
ala gözlərin aldadı aldı könlümü,
Alını gör nə al ådər, kimsə irişməz alinə.
Bütün misralarda “L” samiti var. Nəsimi bu kimi
şeirləri yazırdı ki, dərvişlər oxusun. Buna musiqi
lazım deyil. Belə şeirləri olan
xalq başqa dildə danışmalı deyil. Bunu duymaq lazımdır. Bəzi
insanlar elə bilir, rusca danışmaq mədəniyyət
göstəricisidir. Mənim elə
insanlara yazığım gəlir. 60-70-ci
illərdə daha çox bu hallar var idi. Ulu
Öndər gələndən sonra
yığışdırıldı. O,
çıxışında dedi ki, ana dilində
danışmaq lazımdır. 1970–ci ildə
Bakı Dövlət Universitetində universitetin 50 illik
yubiliyində ana dilində çıxış etdi. Bir ənənə qoydu. Hamı
elə bilir ki, bu dilçilərin işidir. Bu, müəllimlərin, valideynlərin işidir.
Mən öz nitqimdə bir əcnəbi sözə
yol verirəmmi? Niyə olmalıdır
axı.
- Monitorinq Şöbəsinə
afişalarda, müxtəlif reklam xarakterli bannerlərdə səhv
yazılan sözlərə irad bildirmə hüququ veriləcəkmi?
-
Çoxdur bu gün o hallar. Monitorinq şöbəsi
Dövlət Dil Komissiyasının yanında yaradılacaq.
Komissiyanın sədri cənab Prezidentdir. Mən də, o komissiyanın üzvüyəm.
Yaradılan mərkəz publik hüquqi şəxs
olacaq. Onun isə təsir mexanizmi
güclü olacaq.
- Yeni orfoqrafiya və orfoepiya
lüğətləri çap olunacağı haqqında
hafta.az-a açıqlama vermişdiniz. Yeni lüğət köhnə çaplardan nə
ilə fərqlənəcək?
-
Axırıncı lüğət 2013-cü ildə çap
olunub. O müəyyən tənqidlərə məruz
qaldı. O tənqidlərin bir qismi haqlı, bəziləri qərəzli
idi. Ona görə də biz o sözləri
çıxartdıq. 1000 söz
çıxarıb, 4000 min söz daxil elədik. Dilimizə yeni sözlər daxil olur. Biz qloballaşma, internet dövründə
yaşayırıq. İKT dövründə
dilimizə hər gün yeni sözlər daxil olur. Yeni lüğətdə lüzumsuz sözlər
çıxarılacaq. İlk dəfə ən
mükəmməl bir lüğət olacaq. Bizim çap olunacaq orfoqrafiya lüğətimizi
Nazirlər Kabineti təsdiq edib.
- Yeni çap olunacaq orfoqrafiya
lüğətinin “onlayn” varinatı olacaqmı? ...”Azleks”, “orfoqrafiya” kimi internet üzərindən
işləyən lüğətlər var idi.
- Əlbəttə, olacaq. Keçən il yanvar ayında bir portalımız açıldı. Ümümi İnformasiya Bazası. Orada Azərbaycan dilində nə qədər indiyə qədər sərəncam və fərmanlar qəbul edilib, o portala yerləşdirilib. İstənilən şəxs oradan girib istifadə edə bilir. Bizdə giriş sayını da göstərir ki, nə qədər adam istifadə edib. Həmçinin dilçilər haqqında da orada geniş materiallar yerləşdirilib. Həmin portal üç dildə – İngilis, Rus, Azərbaycan dilində fəaliyyət göstərir. Həmin portalda bütün lüğətlər yerləşdiriləcək.
- Prezident 2019-cu ili Azərbaycanda “Nəsimi ili “ elan etdi. Nəsimi ilə ilə bağlı hansı layihələr və tədbirlər hazırlayırsınız?
- İndiyə qədər bəzi şair və yazıçıların dilinin lüğətini hazırlamışıq. Məsələn Füzuli dilinin lüğəti, “Səməd Vurğunun bədii dilinin izahlı lüğəti” ni ayrıca hazırlamışıq. Birinci növbədə biz Nəsiminin adını daşıdığımıza görə, dərhal Nəsimi əsərlərinin dilinin izahlı lüğətini hazırlamağa başladıq. İki hərfi – A, B hərfini hazırlamışıq. Nəsiminin dilində işlənən hər hansı sözün neçə yerdə işləninməsinə qədər araşdırıb, işləyirik. Ən birinci işimiz hansı söz Nəsiminin dilində çox işlənib onu müəyyənləşdirəcəyik. Bir konfrans keçirmək niyyətindəyik. Yaxın günlərdə elanı veriləcək. Dünya və ölkə Nəsimişünasları gələcək. Araşdırmaları orada dinləyəcəyik. Nəsimi ilə bağlı sanballı bir kitab çap etmək istəyirik. Bundan əlavə Nəsimin əsərlərinin akademik nəşrində iştirak etməyi düşünürük. Akademik nəşr odur ki, onun dilinə toxunmaq olmaz. Məsələn, Nəsiminin dilində yüz sözü müasirləşərək “üz” , yürək “ürək” kimi işlədilir. Ancaq bunlar qəbul edilməzdir. Necə yazıbsa, elə saxlamaq lazımdır. Nəsiminin dilində hansı Azərbaycan sözləri işlənib, biz onların da siyahısını hazırlamaq niyyətindəyik.
Ruzbeh Məmməd
Həftə içi.- 2019.- 12
fevral.- S.5.