Zaur Ustacın ədəbi
dünyası
Zaur Ustac 1975-ci
ildə Bakı şəhərində doğulub.
Çağdaş ədəbiyyatımızda
özünəməxsus yeri vardır. Olduqca vətənpərvər şairdir.
Bu gün Ağdam həsrəti, el-oba
ağrıları ilə yazıb-yaradır. 1988-ci ildən
etibarən dövri mətbuatda
çıxış edir.
Yaradıcılığında ən çox
tarixi hadisələrə, Qarabağ
mövzusuna müraciət edir.
12 kitab müəllifidir.
Gəzdim
Gəzdim, qarış-qarış Vətən torpağın,
Hər dağda, dərədə izim var mənim!
Hələ keçilməmiş, uca dağların,
Uca zirvəsində gözüm var mənim!
***
Gəzdim, yorulmadan aranı, dağı,
Seyr etdim, ən ucqar çəməni, bağı,
Heç vaxt qınamadım zamanı, çağı,
Çox bulaq başında üzüm var mənim!
***
Gəzdim, bu torpağı, mən oymaq-oymaq,
Ən adi daşa da olmuşam qonaq,
Hər otun, çiçəyin halın soraraq,
Sinəmə yığdığım, sözüm var mənim!!!
Dağlar
(Ruhuna min rəhmət dədə Ələsgər...)
Nədəndi, ürəyim çırpınır
yenə,
Gördükcə hüsnündə məlalı,
dağlar?!
Yağı cövlan edir, dağıdır yenə,
Qoynunda büsatı, cəlalı,
dağlar!
De, çoxmu çəkərik
zülüm-zilləti????
Mövcud
hal -vəziyyət üzür milləti,
Onsuz da düşmənin puçdu niyyəti,
Ordumun beşiyi, vüsalı, dağlar!
Dünya
belə qalmaz, dəyişər zaman,
Yenə
dövran olar, həmənki dövran,
Bulaqlar başında məclislər
quran,
Oğullar ərsəyə gələli,
dağlar!
Ustac bulud kimi dolub,
ağlamır,
Köksünün yarası qaysaq bağlamır,
Bir bilsən, ruhumu nələr çuğlamır,
Doğacaq nə zaman Hilalın,
dağlar?!
Nədəndi
Yanağına qəmzə atan
gülüşün,
Ürəyimə nizə atır nədəndi?!
Ədasıyla meh gətirən
yerişin,
Ürəyimi közə atır nədəndi?!
Sən gələndə yoxa çıxır dərd,
ələm
Cismim dəftər olur, ruhumsa qələm,
Bir baxış atəşli gözümə məlhəm,
İynə tək dizimə batır nədəndi?!
İstədim deyəm ki, olasan agah,
Mat qaldım, bu işə özüm də Billah,
Ustacın işləri Vallahi
dəsgah,
Qan-tər içrə buza batır nədəndi?!
Min şükür
Bir yaqut gizlidi sədəf
dalında,
Misli yox ölçülə sərraf dalında,
Min kəlmə şəlləyib
əlif dalında,
Dildən
dilə gəzdirənə
min şükür...
Dədəm, babam nəğmə
deyib, söz qoşub,
Kəsə gedib, doğru deyib, düz qoşub,
Məclis
qurub, min oxuyb, yüz qoşub,
Teldən
telə gəzdirənə
min şükür...
Ustac deyər, hardan gələr bilinməz,
Ha deyilə, yeri dolar bilinməz,
Gülər gözdən qəm
süzülər bilinməz,
Eldən
elə gəzdirənə
min şükür.....
Gözün gözü
Gülən gözün gözəlliyi
gözəldir,
Gülən gözü görünməyən
göz görər….
Gözün gülür, gözün
gözü gülməyir,
Gözdə gözü görünməyən
göz görər…
***
Gözü gözdən gözün
gözü gizlədir,
Gözdə gözü gözün
gözü gizlədir,
Gözün gözü gözümüzdə
gizlidir,
Gizli gözü görünməyən
göz görər…
***
Göygöz giryan, gözü
gülməz, gülümsər,
Gülən gözün gözü
gözdən gülümsər,
Gülməyən göz, gözə
gözdən gülümsər,
Giryan gözü görünməyən
göz görər...
Vurğun vətəndi...
(Vurğuna)
Vurğunam, Vurğunun vurğunluğuna,
Vətən varlığıydı, Vətən varıydı...
Vətəndə vətənsiz Vurğunluğuyla,
Vətənin varlığın vurğulayırdı....
Varam, Vurğunumun vurğunluğuna,
Varıynan varmışdı varılmayana,
Vətənin vəkili Vəkiloğluna,
Vətən vüqariydı, Vətən
varıydı....
"Vurğunam", Vətənin
varı varımdı,
Vecsizlər vulqarlıq vurğulayırdı,
Vurğunsa, Vətənə Vətən
verirdi,
Vətən Vurğunuydu, Vurğun
Vətəndi....
Gülüzə
Yaradan göndərib, səni bir mələk,
Deyib, bu gül gərək,
ancaq, gül üzə...
Ata sözü haqdı, bunu haqq bilək,
Ata nəsihəti, çalış,
gül üzə...
Kaş dilin, dodağın daim bal süzə,
Abırın, ismətin üzə
al düzə,
Min budaq, çox yaşa, ilmə sal yüzə,
Yolunda üzünə hər vaxt gül üzə...
Sözün şirin olsun, söhbətin məzə,
Qoyma, yanağından əksilə
qəmzə,
Bu gözəl dünyanı
bir az
da bəzə,
Ustac əmanətin qoru, Gülüzə...
Tuncaya
Tanrı
tutub, ağ
torpaqdan mayanı,
Gündoğandan Günbatana sənindi!
Nişan
verib, yeddi günlük Ayını
Əksi
düşən tüm
torpaqlar sənindi
Xəzəri ortaya düz qoyub nişan,
Boynuna dolanan Hilal sənindi!
Ən uca zirvələr, ən dərin göllər,
Ormanlar,
dəryalar, nə var, sənindi!
Tanrının payıdı, lütf
edib sənə,
Tanrıya sarsılmaz inam
sənindi!
Ataya,
Anaya, qocaya hörmət
Sirdaşa sədaqət, güvən
sənindi!
Zamanla hökm etdin tüm yer üzünə,
Hakimiyyət sənin, höküm
sənindi!
Aman istəyəni kəsmədin
heç vaxt,
Ən böyük ədalət,
güzəşt sənindi!
Unutma ki, lap binədən belədi,
Mərhəmətli, yuxa ürək sənindi!
Xilas etdi, bağışladı
ənamlar,
Yamana yaxşılıq, ancaq sənindi!
Döyüşdə, düşməni
alnından vuran,
Süngüsü əlində ərlər
sənindi!
Savaşda, uçağı kəməndlə
tutan,
Qüvvəsi qolunda nərlər
sənindi!
Dəli-dolu Türk oğullar
cahana
Bəxş etdiyi şərəfli
ad sənindi!
Adı gəlsə, yeri-göyü
titrədən
Qorxu bilməz, şanlı əsgər sənindi!
Çöldə simgə etdin Qurdu sancağa,
Kəhər Atın ən yaxşısı sənindi!
Ay-yıldızı nişan tikdin Bayrağa,
Zəkalar, dühalar tümü
sənindi!
Tutduğun yol tək Tanrının yoludu,
Aydın
zəka, tər düşüncə sənindi!
Çoxu
deyir, tay
dünyanın sonudur,
Fəqqət bilinməz, yeni
dünya sənindi!!!
Qucağını geniş aç…
(Gizir Pəncəli Teymurova həsr olunur)
Qucağını geniş aç,
gəlirəm Ana Torpaq,
Çox
döymüşdüm qapını,
səhər-axşam taq-taraq,
Hər gəlirəm deyəndə,
əlimdə vardı
bayraq,
O qutsal əmanətin, ünvanına yetibdi…. ….
Sancmışam Sancağımı, rahat
gəlirəm indi….
Səhər-axşam deyərdim, bu canım sənə
fəda,
Nə olur mənə olsun, təki sən görmə qada,
“Komandir yaxşı olsa, ordunu verməz
bada”,
Komutanım öndədir, gül-çiçək
düz yoluna….
Sıra
ilə gəlirik, yer ver girək
qoynuna….
Çox
dilək diləmişdim,
Bayraq olsun kəfənim,
Xəyalım gerçək olub,
sevinməsin düşmənim,
Dualarım qəbuldu, ağlamasın
sevənim,
Ana, sən də gözünün qorasını
sıxma ha…
Oğulun
adı üstə, qurban gedər torpağa!!!
Qarabağ atı
Anası
Günəşdi, atası
Aydı,
“Qıratdı”, “Düratdı”
Qarabağ Atı!!!!
Tanrı
ərmağanı, butadı,
paydı,
Baratdı, muraddı, Qarabağ
Atı!!!!
Rəngini veribdi, ana-atası,
Hələ görünməyib, ola xatası,
Telinin əksikdi, şana,
fatası,
Namusdu, iffətdi, Qarabağ Atı!!!!
Cahanı
edibdi, özünə
heyran,
Utanar baxmağa üzünə
ceyran,
Tüm aləm səkməyən
gözünə qurban,
Hörmətdi, izzətdi, Qarabağ
Atı!!!!
Qumralı, səkili, məxsus
qaşqası,
Bu dərdi anlamaz, əfsus başqası,
Gəzir
oylağında donuz çoşqası,
Küskündü, incikdi Qarabağ
Atı!!!
Bir dünya incisi çəkir əziyyət,
Əriyir,
yox olur, itir məziyyət,
Ustaca tanışdır təbir,
vəziyyət,
Küskündü. Qəribdi
Qarabağ Atı!!!
Həftə içi.- 2019.-
20 fevral.- S.8.