Azərbaycan ABŞ-ın ən böyük
turizm sərgisində təmsil olunub
ABŞ-ın
Los Anceles şəhərində
keçirilən “Los Anceles
Səyahət və Macəra” adlı beynəlxalq turizm sərgisində Azərbaycan
geniş təmsil olunub. Bu barədə Trend-ə Azərbaycanın
Los Ancelesdəki Baş
konsulluğundan məlumat
verilib. Təxminən 30 mindən çox
ziyarətçinin qatıldığı
bu sərgi ABŞ-da ən böyük
turizm sərgisidir.
Baş konsulluq
tərəfindən qurulmuş
Azərbaycan stendində
ölkəmiz haqqında
müxtəlif bannerlər,
broşürlər, kitab
və jurnallar vasitəsilə sərgi iştirakçılarına geniş
məlumat verilib. Sərgi iştirakçıları
ölkəmizin coğrafi
mövqeyi, tarixi, dinlərarası harmoniya, multikulturalizm və tolerantlıq ənənələri,
turizm imkanları, eyni zamanda, zəngin
mədəniyyəti və
mətbəxi barədə
ətraflı məlumat
əldə ediblər.
Həmçinin stenddə quraşdırılmış
monitorda Azərbaycanın
müxtəlif gözəl
guşələrini, əsrarəngiz
təbiətini, unikal
tarixi və memarlıq abidələrini
əks etdirən videoçarxlar nümayiş
etdirilib. Bundan başqa, Los Ancelesdə
yaşayan Azərbaycan
diaspor fəallarının
nümayiş etdirdikləri
milli geyimlərimiz, milli mətbəximizdən
nümunələr sərgi
ziyarətçilərində xüsusi maraq oyadıb.
Sərgi iştirakçılarının Azərbaycan və onun turistik mərkəzləri
ilə bağlı çoxsaylı sualları
cavablandırılıb.
Stenddə quraşdırılmış, Qarabağın
əzəli Azərbaycan
torpağı olduğunu
göstərən “Qarabağ
– Azərbaycanın Zinət
Tacı” (Karabakh –
Crown Jewel of Azerbaijan) başlıqlı
banner ziyarətçilərin xüsusi diqqətini cəlb edib. Bannerdə
Qarabağın füsunkar
təbiəti ilə yanaşı, Qarabağ atı, xalçası, mətbəxi, Şuşa
Qalası, Gövhərağa
Məscidi, Gəncəsər
Alban Kilsəsi kimi qədim memarlıq abidələri, eləcə
də Qarabağ muğam məktəbinin şəkilləri əks
olunub.
Həmçinin Baş konsulluq tərəfindən yuxarıda sadalananlar daxil olmaqla, Qarabağa dair müvafiq kitabça dərc olunaraq sərgi iştirakçıları arasında paylanılıb. Kitabçada Qarabağın əzəli Azərbaycan torpağı olması barədə məlumat verilməklə yanaşı, Azərbaycanın bu ərazisinin Ermənistan tərəfindən işğal edildiyi qeyd olunur və işğal olunmuş ərazilərə səfərlərin qanunsuz xarakter daşıdığı vurğulanır.
Azad
Həftə içi.- 2019.- 20
fevral.- S.7.