Şöhrət, pul üçün yazılan əsərlər saxta olur
İranlı məşhur yazıçı, bestsellər müəllifi Mustafa Məstur hafta.az-a müsahibə verib. Müsahibəni təqdim edirik. Xatırladaq ki, yazıçın “Mən sərçə deyiləm”, “Tanrının ay üzündən öp”romanları Azərbaycan dilinə tərcümə edilib.
- Ölkəmizə xoş gəlmisiniz.
Bu sizin deyəsən birinci səfəriniz deyil.
Yəqin ki, ölkəmiz haqqında
maraqlarınız içində ədəbiyyatımız da diqqətinizi çəkib?
- Artıq mən dördüncü dəfədir ki, Azərbaycana gəlirəm. Əvvəlki üç səfərimidə, üç kitabımın çapı üçün gəlmişdim. Bu səfər şəxsi səfərdir. Mən ikinci səfərimdə gələndə bir çox insanları tanıdım. Onların vasitəsi ilə Azərbaycanın ədəbiyyatı ilə yaxından tanış oldum. Doğrusu mənim diqqətimi cəlb edə bildi. Hətta gəldiyim qənaət budur ki, Azərbaycanda ədəbiyyat düzgün dərk oluna bilib. Xalqınız ədəbiyyatı yaxşı başa düşüb. Burada həm yazılan, həm tərcümə olunan şeirlər dünyada, yəni, qərbdə gedən şeirlər kimi gözəldir. Bu, o deməkdir ki, Azərbaycan oxucusu və yazarları nə istədiklərini bilirlər. Düzdür, ola bilsin, hələ məqsədə çatmaq üçün yol uzun olsun. Ancaq istiqamət düzdür.
- Düz iki mövsüm bundan qabaq türk
yazıçısı İlbər Ortaylı Azərbaycana gəlmişdi.
Nizami Gəncəvini fars
şairi adlandırdı. Amma
yetərincə subutlar var
ki, Nizami Azərbaycanın
böyük şairidir.
Ədəbiyyatı xalqlara bölmək sizcə doğru
anlayışdırmı?
- Bu sual çox xoşuma gəldi. Heç bu dövrlər ərzində mənə belə sual verilməmişdi. Məhz ədəbiyyatı xalqlara bölmək olarmı? Necə ki, elmin sərhəddi, coğrafiyası yoxdur. Yəni elmdə bir ixtira olunanda o, bütün xalqlara tətbiq olunur. Ədəbiyyat da elədir. Ədəbiyyat insanların dilidir. İnsan yaşayırsa ədəbiyyatla əlaqəsi qaçılmazdır. Düzdür iki yazıçı ola bilər ki, coğrafi baxımdan ayrı-ayrı yerlərdə yaşasınlar. Onların yazdığı əsərlər müəyyən qədər bir-birindən fərqli ola bilər. Gördüyü işin zatı isə eyni olacaq. Yəni ikisi də ədəbiyyat yaratmış olacaq.
- Markesi ”Yüz
ilin tənhalığı”, Tolstoyu “Anna və Karenina”, Pamuku”Mənim adım
qırmızı”, Məhəmməd Füzulini
”Leyli Məcnun”əsəri ilə, bəs Mustafa Məsturu
oxucuları hansı əsəri ilə tanıyır?
- İranda “Tanrının ay üzündən öp” kitabı ilə məni tanıyırlar. Ancaq mənə elə gəlir ki, yazıçını formalaşdıran onun bir əsəri yox, bütün əsərləri olmalıdır. Tolstoyun adı çəkilən əsəri ilə yanaşı, digər əsərləri də gözəldir. Dünya o əsərləri sevir. Deməli, Tolstoyun böyük yazıçı olmasında bütün əsərlərinin rolu var.
- Ədəbiyyatı və həssas hissləri ruhdan çıxarıb yaşamaq
və, ədəbiyyatsız dünya yaratmaq olarmı?
- Çox fərq etməz. Nəsə dəyişsə belə çox cüzi dəyişiklik olar. Mən düşünürəm ki, dünyanın qurluşuna ədəbiyyatın elə də təsiri yoxdur.
- Dünyada uşaqlara zülm
edilir, insan haqları
tapdalanır. Necə düşünürsünüz
insanların qatil olması mütaliəsizlik,
ruhda ədəbiyyatın
çatışmazlığı ola bilərmi?
- Mən o yazıçılardanam ki, düşünürəm ədəbiyyat ondan kənarda baş verən hadisələrə təsir edə bilmir. Biz yazıçılar yalnız yazırıq. Əgər ədəbiyyat bu qədər baş verən haqsızlıqlara təsir edə bilsə idi, ötən yüz il ərzində təsir edə bilərdi. Yaxşı ədəbi əsərlər yazılıb. Ancaq müharibələr elə səngimək bilmir. Təcavüz, işgəncə, insan haqlarının tapdalanması bu gün də var.
- Bunu bir
müsahibənizdə də demisiniz.
"Ədəbiyyat heç nəyə təsir
etmir". Ancaq biz müsahibəyə başlamazdan öncə bildirdiniz
ki, yeni əsərlərin
yazılması üçün
İranın kəndlərinə gedib orada insan talelərini
araşdırırsınız və yazılarınızda tətbiq
etməyi düşünürsünüz.
Əgər yazdığınız insan
talelərin dəyişə bilmirsə niyə yazırsınız?
- Bu suala bilmirəm necə cavab verim. Səmimi olmaq istəyirəm. Sualın yükü də ağırdır. Mən elə yenə köhnə fikirdəyəm. Ədəbiyyatın təsiri çox azdır. Cəmiyyəti düzəltmək üçün gərək çox şey dəyişsin. İnsanların baxışı dəyişsin. İranda bir xanım küçədə rahat yeriyə bilmir. Bu dünyanın hər yerində belədir. 100 metrlik yolu getmək üçün ona qıraqdan insanlar söz atır. O bunu eşitməsin deyə, qulaqcıqdan istifadə edir. Mən bunu görüb işgəncə çəkirəm. Axı piyada olan adam ən günahsız adamdır. Və ya sualda dediyiniz kimi, kəndlərə gedəndə elə hadisələr eşidirəm, oturub ağlayıram. Yazıçıların işi axmaq bir işdir. İnsan özünü ədəbiyyatla təsəlli edir.
- Ədəbiyyatçılara nobel
mükafatı təqdim edilir. Bu sülh
mükafatını ədəbiyyata verilən dəyər hesab edirsinizmi?
- Beynəlxalq Təşkilatların verdikləri mükafat hər hansı planlı bir siyasət niyyəti demək deyil. Ola bilər, bu mükafatlar cüzi siyasi məqsəd daşıya bilər. Mükafatların verilməsi ədəbiyyata və həmçinin cəmiyyətin ədəbiyyata meyl göstərməsinə təsir edir. Yaxşı mənada təsir edir. Ən pis hal odur ki, yazıçı gördüyü işi mükafat xətrinə edə... Şöhrət, pul yazıçı üçün qorxuludur. Şöhrət üçün, pul üçün yazılan əsərlər saxta olur, həqiqətə yaxın olmur. Məqsədə tez çatması üçün yazıçı öz işi ilə məşğul olmalıdır. Böyük yazıçıların əksəriyyəti heç mükafat almayıb. Dünya şöhrətli yazıçı Selincer misal göstərə bilərəm.
- Siz Nobel
mükafatı haqqında düşünürsünüz?
- Bu barədə danışmaq hələ tezdir(gülür).
- "Mən sərçə deyiləm" əsərinin
fraqmenti əsasında çəkiləcək
filmə ssenari yazmaq üçün Kanadaya dəvət
olunubsuz. Təbrik edirik.
Kanada da bu roman çap
olunubmu?
- Kanadada bir İranlı rejissor yaşayır. O kitabı oxuyub. Orada bir ideya var. İstəyir ki, məhz o ideyanı filmə çevirsin.
Kanadada fransız dilində çəkilməsini istəyirəm.
Yəqin ki, uğurlu bir iş olacaq.
- İranlı məşhur
rejissor Məcid Məcidi heç sizin romanlarınıza
film çəkmək üçün
müraciət edibmi, istərdinizmi romanlarınızı
film kimi insanlar izləsin?
- Məcid
Məcidi ilə görüşmüşəm. “Peyğənbər” filminin
ssenarisini yazmaq üçün məni dəvət etmişdilər.
Mən qəbul etmədim. Ümümilikdə yazdığım əsərlərin filmə
çevrilməsini istəmirəm.
- Bəzi
insanlar hesab edir ki, şeir
az oxunduğu
üçün nəsr
yazılarına üstünlük
çoxdur. Ona görə də
dünyada şairlər
yazıçılardan azdır.
Siz necə düşünürsünüz?
- Şair ola bilməyənlər
roman yazır. Şeirdə özünü göstərmək
üçün çox
böyük istedada
sahib olmalısan. Nəsr isə
böyük həcimlidir.
Başlanğıcda özünü ifadə
edə bilmirsənsə,
sona qədər axır nəyisə göstərə bilirsən.
Roman yazmaq sənin
azadlığını əlindən
almır. Şeir isə
səni bir qapalı yerə salır. Ona görə də,
şeir həm də ağrılıdır,
əzablı işdir.
- Hazırda
hansı əsər üzərində işləyirsiniz,
oxucularınız bizdən
eşitmiş olsun...
- İki
layihə üzərində işləyirəm. Biri romandır. Bu roman İranda tezliklə çap olunacaq. Təxminən iki həftəyə
çap olunması nəzərdə tutulub.
Bu mənim yazdığım
ən uzun romandır. Başqa layihə budur
ki, qadınlar barəsində qısa hekayələr yazıram.
Müxtəlif şəhərlərə, kəndlərə gedirəm.
Onlarla söhbət edirəm.
Əgər hansısa dramatik
hadisə olsa onu yarı sənədli,
yarı bədii hekayəyə çevirirəm.
İki ildir bu işin
üzərində işləyirəm.
Artıq
9 hekayə yazmışam.
25-30 hekayə yaza bilsəm çap olunacaq.
Ruzbeh
Həftə içi.- 2019.- 25-26 iyul.- S.4.