Bu gün su təsərrüfatı

işçilərinin peşə bayramıdır

 

Son illər ölkəmizdə içməli sukanalizasiya infrastrukturunun yenidən qurulması sahəsində həyata keçirilən çoxsaylı layihələr şəhər və rayon mərkəzlərində, həmçinin içməli sudan əziyyət çəkən kənd və qəsəbələrdə həyatın canlanmasına, vətəndaşların sağlamlığının qorunmasına və əhalinin sosial rifahının yüksəldilməsinə zəmin yaradır.

 

Bu sahədə reallaşdırılan layihələr müstəqil Azərbaycanda həyata keçirilən uğurlu sosial siyasətin prioritet istiqaməti kimi getdikcə daha çox aktuallıq kəsb edir. Təsadüfi deyil ki, insan həyatı üçün əvəzedilməz sərvət olan içməli suyun əhəmiyyətindən bəhs edən Prezident İlham Əliyevin “Su həyat mənbəyidir, təmiz su isə sağlam həyat deməkdir” sözləri də insan amilinə verilən önəmin təcəssümüdür.

Bu sahədə görülən işlərlə bağlı «Həftə içi»nə ətraflı məlumat verən «Azərsu» Açıq Səhmdar Cəmiyyətinin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Cəbrayıllı məlumat verdi. Onun sözlərinə görə, Azərbaycanın içməli sukanalizasiya sektorunun sürətli inkişafı böyük dövlət xadimi Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli liderin təşəbbüsü və birbaşa rəhbərliyi ilə 1970-71-ci illərdə Kür Sutəmizləyici Qurğular Kompleksi yaradılıb, burada emal olunan suyun Abşeron yarımadasına nəqli üçün magistral kəmərlər çəkilib. Bu layihə paytaxta yeni həyat gətirib.

Ümummilli lider müstəqilliyin ilk illərində də paytaxt Bakının keyfiyyətli və dayanıqlı içməli su təchizatını diqqətdə saxlayıb. Ölkədə siyasi sabitlik bərqərar olunduqdan sonra Dünya Bankı və Avropa Yenidənqurma və İnkişaf Bankı “Böyük Bakının su təchizatı sisteminin yenidən qurulması layihəsi”nə 88,7 milyon dollar güzəştli kredit ayırıb. Bu vəsait hesabına 1998-2002-ci illərdə KürCeyranbatan sutəmizləyici qurğularında, 250-dən artıq məhəllədaxili nasos stansiyasında əsaslı yenidənqurma işləri aparılıb, su təsərrüfatının maddi-texniki bazası gücləndirilib.

2000-ci illərin əvvəllələrindən etibarən Bakı şəhərinin və ətraf qəsəbələrin böyüməsi, yeni sənaye müəssisələrinin fəaliyyətə başlaması içməli suya olan tələbatı ciddi şəkildə artırmışdı. Bu məsələnin həlli yollarını da ümummilli lider Heydər Əliyev zərgər dəqiqliyi ilə göstərmişdi. O, Bakıya Oğuz-Qəbələ zonasından saf və təmiz bulaq suyunun gətirlməsinin vacibliyini bildirmişbununla bağlı araşdırmalara başlanılması barədə tapşırıq vermişdi.

Ulu öndərin bu ideyasını Prezident İlham Əliyev həyata keçirdi. 2007-ci ilin martında Oğuz-Qəbələ-Bakı su kəmərinin təməli atıldı. Dövlət Neft Fondundan maliyyələşdirilən layihə çərçivəsində Oğuz rayonunun ərazisində məhsuldarlığı saniyədə 5 kubmetr olan mənbə yaradıldı, buradan Abşeron yarımadasına 262,5 km özüaxımlı magistral su kəməri inşa edildi. Tikintisinin böyük bir hissəsi mürəkkəb relyefdə aparılan kəmər 2010-cu ilin dekabrında istismara verildi. Bununla da, Bakı şəhərinin əksər ərazilərinin su təchizatında stabillik təmin edildi, bəzi yerlərdə isə fasiləsiz rejimə keçirildi.

Oğuz-Qəbələ-Bakı su kəmərinin və Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinin istismara verilməsi Kür sutəmizləyici qurğularında emal olunan və Bakıya ötürülən suyun bir hissəsinin içməli su problemi ilə üzləşən Aran bölgəsinin ehtiyaclarının ödənilməsinə yönəltməyə imkan yaratdı.

Mərkəzi Aran bölgəsinin sudan əziyyət çəkən yaşayış məntəqələrinin su təchizatı məqsədilə Girdmançayın yatağında məhsuldarlığı saniyədə 450 litr olan Külüllü su mənbəyi yaradılıb və anbar kompleksi tikilib.

Buradan Zərdab, Ucar, Kürdəmir və Ağsu şəhərlərinə 182 km uzunluğunda 4 magistral kəmər çəkilib. Hazırda bu şəhərlər və magistral kəmərlərin yaxınlığında yerləşən 50-dən artıq kənd Külüllü mənbəyi hesabına keyfiyyətli içməli su ilə təchiz olunur.

Bölgələrdə yaşayan əhalini keyfiyyətli və dayanıqlı içməli su ilə təmin etmək məqsədilə Mingəçevir, Quba, QobustanAğstafa sutəmizləyici qurğuları da istismara verilib.

Regionlarda tikilən ən böyük sutəmizləyici qurğu olan Şəmkirçay sutəmizləyici qurğusu Gəncə, Şəmkir, Samux şəhərləri və ətraf kəndlərdə 300 mindən artıq insanın keyfiyyətli və fasiləsiz içməli su təminatına hesablanıb. Məhsuldarlığı sutkada 140 min kubmetr olan bu qurğudan Gəncə şəhərinə 27 km, Şəmkir şəhərinə isə 16,5 km uzunluğunda magistral su kəməri çəkilib.

Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarına uyğun olaraq sukanalizasiya layihələrinin icrasına başlanılmış 50 şəhər və rayon mərkəzinin 38-də içməli su şəbəkələrinin tikintisi yekunlaşıb.

Ötən müddətdə şəhər və rayon mərkəzləri ilə yanaşı, əhalisinin sayı 1 milyon 400 min nəfər olan 1050 kəndin içməli su təchizatının yaxşılaşdırılması ilə bağlı işlər görülüb. Prezident İlham Əliyevin 2017 və 2018-ci illərdə imzaladığı sərəncamlar, həmçinin dövlət investisiya proqramları çərçivəsində 46 rayonun 211 kəndində içməli su layihələri icra olunub. Bununla da 330 min sakinin keyfiyyətli içməli suya çıxışı təmin edilib. Eləcə də Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün salınmış qəsəbələrdə, Füzuli, Ağdam, Ağcabədi, Tərtər, Goranboy, TovuzQazax rayonlarının cəbhəboyu kəndlərində layihələr həyata keçirilib.

2013-cü ildə çoxmənzilli yaşayış binalarının daxili kommunikasiya sistemlərinin “Azərsu” ASC-nin balansına verilməsindən sonra 5000-dən artıq binanın daxili kommunikasiya xətləri yenidən qurulub.

Sumqayıt şəhərində və ətraf ərazilərdə yaranan tullantı sularının təmizlənib zərərsizləşdirilməsi məqsədilə məhsuldarlığı sutkada 100 min kubmetr olan tullantı sutəmizləyici qurğu inşa edilib. Ötən dövrdə məhsuldarlığı sutkada 10 min kubmetr olan Buzovna tullantı sutəmizləyici qurğusu inşa edilib, sutkalıq məhsuldarlığı 16 min kubmetr olan Şüvəlan tullantı sutəmizləyici qurğusu yenidən qurulub.

Azərbaycanda ilk dəfə innovativ texnologiyalardan istifadə edilməklə tunel tipli kanalizasiya kollektorlarının tikintisinə başlanılıb. Bayıl-Bibiheybət-Lökbatan, Xocasən-Binəqədi-Xırdalan, Bilgəh-Pirşağı, Dərnəgül-Zığ-Hövsan, Novxanı-Sumqayıt kollektorları kanalizasiya infrastrukturunun yaxşılaşdırılmasına və Xəzər dənizinə təmizlənmədən axıdılan tullantı sularının qarşısının alınmasına hesablanıb.

Bakı şəhərində və Abşeron yarımadasında səth və qrunt sularının yaratdığı problemlərin həlli məqsədilə 16 ünvanda layihələr icra edilib. Bu layihələr çərçivəsində 20 km-dən artıq yağış-kanalizasiya kollektorları inşa olunub, Böyükşor, Məhəmmədi, Kürdəxanı və Taşağıl göllərində su səviyyəsinin tənzimlənməsi məqsədilə infrastruktur yaradılıb. Bununla da, həmin ünvanlarda subasma hallarının qarşısı alınıb.

Ötən dövrdə həyata keçirilən layihələr çərçivəsində məhsuldarlığı sutkada 690 min kubmetr olan 7 sutəmizləyici qurğu, 300-dən çox su anbarı və anbar kompleksi tikilibya yenidən qurulub, 18 min km-dən çox magistral və paylayıcı su, 4000 km-dən artıq kanalizasiya xətləri çəkilib, 120-dək sukanalizasiya nasos stansiyası tikilib, 335 arteziansubartezian quyusu qazılıb. “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyəti dövründə 1 milyondan çox sayğac quraşdırılıb və sayğaclaşma səviyyəsi 82 faizə çatdırılıb.

Görülmüş işlər nəticəsində mərkəzləşdirilmiş qaydada içməli su ilə təmin olunan əhalinin sayı 2 dəfədən çox artıb, abonentlərin sayı isə 1 milyon 470 minə çatıb.

2004-cü illə müqayisədə fasiləsiz su ilə təmin olunan əhalinin xüsusi çəkisi Bakı şəhərində 29 faizdən 81,5 faizə, regionlarda isə 9 faizdən 43,4 faizə yüksəlib. Beləliklə, ölkə üzrə əhalinin fasiləsiz su təminatının səviyyəsi 69,9 faizə çatdıb.

“Azərsu” ASC-nin çoxminli kollektivi ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən və Azərbaycan vətəndaşlarının sosial rifahının yüksəlməsinə hesablanmış içməli sukanalizasiya layihələrinin vaxtında və keyfiyyətlə icrası məqsədilə bundan sonra da var qüvvəsi ilə çalışacaq.

 

Qələndər Xaçınçaylı

 

Həftə içi.- 2019.- 5-7 iyun.- S.7.