Surxayın doğum günü qeyd edildi

 

Tanınmış jurnalist, yazıçı-publisist Surxay Əlibəylinin 70 yaşı tamam oldu. Yaxın dostları, bir qrup jurnalist Badamdar qəbiristanlığında uyuyan Surxay Əlibəylinin məzarı önünə gəlib əkëil qoydular. Ruhuna dualar oxuyub, Allahdan ona rəhmət dilədilər. Sonra çay süfrəsi arxasında əyləşib, onunla bağlı xatirələrini bölüşdülər.

Bakı Dövlət Unverstitetinin müəllimi, qələm dostu, tanınmış jurnalist-yazıçı Nazim Vəlişov bildirdi ki, o adam xoşbəxdir ki, öləndən sonra da yaşayır. Həyatda yaxşı bir iz qoyyub gedir. Belə ziyalılarımızdan biri də hamımızın gözəl tanıdığımız Surxay Əlibəylidir: Hər bir Azəri türkünün ağır dərd yükü olan Qarabağ dərdi Surxay Əlibəylinin ürəyində özü boyda sağalmaz bir yaraya çevrilmişdi. Əgər bu gün Qarabağ problemi olmasaydı, Surxay Əlibəyli bəlkə də yüz il yaşayardı. Çünki Qarabağ dərdini o hər an daşıdı”.

Sahil” qəzetinin baş redaktoru Həşim Həsənoğlu Surxayla yaxın dost olduğunu söylədi. Dedi ki, hər il ad günlərimizi birgə qeyd edərdik: ”Surxay Qarabağ dərdi ilə Haqq dünyasına qovuşub. Bu gün biz onun işığına yığışmışıq. Onsuz onun doğum gününü qeyd edirik. O, həmişə biz dostların qəlbində yaşayacaq. Bir müəllim kimitürkçülüyün təbliğində onun böyük xidmətləri olub. Ona görə də Surxayı tanıyan qələm dostları belə qərara gəlib ki, hər il iyun ayının 10-da onun qəbrini ziyarət edək. Bir yerə yığışıb, doğum günündə xatirələri ilə onu yad edək.

Hələ SSRİ dövründə Surxay müəllimin arzusu Azərbaycanın parlaq olan gələcəyini görmək idi. Çünki müstəqilliyin, azadlığın nə olduğunu o gözəl bilirdibu ideya uğrunda da çəkinmədən, qorxmadan mübarizə aparardı. Azərbaycanın suverenliyinə ilk sevinənlərdən biri elə Surxay olub. Müstəqilliyimiz əldə ediləndə Surxay müəllim bir qrup ziyalını Ağdamda Çay evinin yeməkxanasına yığıb banket vermişdi. Çünki vətənpərvərlik, millətsevərlik, türkçülük onun qanında, ruhunda idi. Allah ona rəhmət eləsin!”.

Mərhumun qardaşı Etibar Toğrul gələn qonaqlara öz təşəkkürünü bildirdi. Söylədi ki, dostlar Surxayı unutmayıblar. Onun məclisinə gəlib ürək sözlərini bizimlə birgə bölüşürlər. Bu gün məndən çox Ağdamda, doğma yurd yerlərində dolaşan qardaşım Surxayın ruhu daha çox sevinir. Çünki dostları onun ocağının başına yığışıb, sevinc və kədərini doğmaları ilə bölüşürlər. Onun dostları bu gün bizimlə bir yerdədirlər. Surxay həqiqətlərindən, onun keçdiyi həyat yolundan, vətənpərvərliyindən, türkçülüyündən söz açırlar. Mən siz dostları görəndə sevinirəm. Ona görə ki, qardaşımın saf insanların, sizin kimi ziyalıların qəlbində yaşadığını bir daha hiss etdim”.

 

Qələndər Xaçınçaylı

 

Həftə içi.- 2019.- 11 iyun.- S.8.