Sosial inkişafın Azərbaycan modeli
Tək bu ilin 6 ayında ölkəmizdə
həyata keçirilən
islahatlar hətta inkişaf etmiş dövlətlər üçün
də yaxşı təcrübə ola bilər
2019-cu ilin
birinci yarısı başa çatmaq ərəfəsindədir. Tam əminliklə demək
olar ki, bu il Azərbaycanın dövlətçilik
tarixinə inqilabi islahatların həyata keçirildiyi bir il kimi düşəcək.
Çünki 2019-cu ilin əvvəlindən
başlayaraq Azərbaycan
dünyaya yeni və nümunəvi inkişaf modeli təqdim edir. Ekspertlərin fikrincə, bu model hətta inkişaf etmiş ölkələr üçün
də yaxşı təcrübə ola bilər.
Təbii ki, bu inkişaf
modelinin əsas komponentlərindən biri konkret hədəflərə
və məqsədlərə
hesablanan, sosial inkişafı özündə
ehtiva edən islahatlardır. Son 15 ildə
Prezident İlham Əliyevin rəhbərliyi
ilə aparılan siyasi kurs bir
daha sübut etdi ki, ölkəmizdə
islahatlar davamlı xarakter daşıyır.
Bu sahədə cari ilin əvvəlindən
həyata keçirilən
tədbirlər, ölkə
başçısının geniş sosial himayə paketi bunun bariz nümunəsidir.
Bütün təbəqələri əhatə edən inqilabi sosial paket
Belə ki, bu ildən
başlayaraq Prezident İlham Əliyevin sərəncamları ilə
pensiyalar, maaşlar, bütün sosial müavinətlər əhəmiyyətli
dərəcədə artırıldı. Bəzi sahələrdə
əməkhaqqı 50 faiz,
bir sıra sosial müavinətlər
bir neçə dəfə artırılıb.
Bu ilin əvvəlindən
bütün pensiyaların
sığorta hissəsi
qaldırıldı. Martın 1-dən minimum əməkhaqqı 38.4 faiz
artırılaraq 130 manatdan
180 manata çatdırılıb.
Minimum əməkhaqqının artırılması nəticəsində
dövlət sektorunda
işləyən 450 min nəfərin
əməkhaqqında 30 faiz,
özəl sektorda işləyən 150 min nəfərin
əməkhaqqında isə
25 faiz artım baş verdi. Bundan əlavə, martın 1-dən
etibarən əmək
pensiyası alanların
da pensiyalarına əlavələr təyin
olundu. Minimum pensiya
məbləğinin artırılması,
ümumilikdə, 233 min pensiyaçını,
o cümlədən 140 min nəfər
əlilliyə görə
pensiya alan
şəxsi əhatə
etdi.
Həmçinin Prezident İlham
Əliyevin “Əhalinin
sosial müdafiəsinin
gücləndirilməsi sahəsində
əlavə tədbirlər
haqqında” 25 fevral
2019-cu il tarixli Sərəncamı ilə yaşa görə (əmək pensiyası hüquqları
olmadıqda) aylıq müavinətlərin də
artırılması təmin
olundu. Bu müavinətin
məbləği 2019-cu il
1 aprel tarixindən 80 faizə qədər artırılmaqla 73 manatdan
130 manata çatdırıldı.Sərəncamın
əhatə etdiyi əhali qruplarından biri də ailə
başçısını itirməyə görə
müavinət alanlardır.
Sənədə əsasən,
həmin müavinətin
məbləği ailə
başçısını itirməyə görə
müavinət alan ailə üzvlərinin hər biri üzrə 68 manatdan 80 manata çatdırıldı. Ümumilikdə 46 min nəfər bu müavinətlə təmin
olunur.
Bundan başqa, ölkə başçısının 25 fevral 2019-cu il
tarixli Sərəncamında
müharibə veteranları
üçün Prezidentin
aylıq təqaüdünün
təsis olunması nəzərdə tutulur. Sərəncama uyğun olaraq, aprelin əvvəlindən müharibə
veteranlarına kommunal,
nəqliyyat və digər xidmətlərə
görə sosial müavinət (55 manat) əvəzinə, habelə
döyüşən ordunun
tərkibində xidmət
etmiş müharibə
iştirakçılarının əmək pensiyasının
sığorta hissəsinə
əlavə (11 manat) əvəzinə Prezidentin
80 manat məbləğində
aylıq təqaüdü
təyin olunub. Bu da 80 min nəfərdən
ibarət müharibə
veteranlarına dövlət
dəstəyinin əhəmiyyətli
şəkildə artırıldığını
göstərir.
Davamlı xarakter daşıyan
islahatlar
İlin əvvəlindən əməkhaqqı,
təqaüd və pensiyalarda əhəmiyyətli
dərəcədə artım
baş verməsinə
baxmayaraq, ölkə başçısı öz
çıxışlarında bu istiqamətdə addımların davam edəcəyini bəyan edirdi. Elə bu bəyanın
isbatı olaraq Prezident İlham Əliyev iyunun 18-də böyük sosial islahatlar paketi çərçivəsində növbəti tarixi sərəncamlar imzaladı
və sözlərinin,
bəyanatlarının konkret
əməli addımlar
olduğunu bir daha sübuta yetirdi. Sosial ədalət prinsiplərinin
daha da möhkəmləndirilməsi
məqsədilə Prezident
tərəfindən minimum əməkhaqqının
məbləği 40 faizə
yaxın artırılaraq
sentyabrın 1-dən etibarən
250 manata çatdırılır.
Minimum əməkhaqqının
artımı 950 minədək
vətəndaşı əhatə
edəcək. Həmin insanlardan
600 mini dövlət sektorunda,
350 mini özəl sektorda
işləyənlərdir. Bu artımın təmin
edilməsi üçün
dövlət büdcəsindən
illik 780 milyon, 2019-cu ilin sentyabr-dekabr ayları üzrə 245 milyon manat əlavə
vəsait ayrılması
təmin olunacaq.
Sərəncamla minimum əməkhaqqının
məbləğinin 250 manata
çatdırılması dövlət büdcəsindən
maliyyələşdirilən sahələrdə Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq tarif (vəzifə) maaşları üzrə
orta əməkhaqqının
da orta hesabla
40 faiz artmaqla 265 manatdan 367 manata çatmasına imkan verir. Bu sərəncamlar
ümumilikdə 2.1 milyon
insanı əhatə
etməklə, həm
dövlət orqanlarında,
həm də özəl sektorda çalışan şəxslərin
maddi vəziyyətini
əhəmiyyətli dərəcədə
yaxşılaşdıracaq. Bu artımlardan sonra
Azərbaycan minimum əməkhaqqının
alıcılıq qabiliyyətinə
görə MDB ölkələri
arasında 2-ci yerdə
qərarlaşacaq.
Bundan başqa,
imzalanmış sərəncamlarla
dövlət qulluqçularının
aylıq vəzifə
maaşları 50 faiz artırılır. Dövlət büdcəsindən maliyyələşən bir
sıra digər təşkilatlarda çalışan
şəxslərin aylıq
vəzifə maaşları
orta hesabla 40 faiz artır. Pensiyaların minimum məbləği isə 160 manatdan 200 manata qaldırılır.
Bu, təxminən 25 faiz artım deməkdir. Minimum pensiya məbləğinin
artırılması ümumilikdə
660 min pensiyaçını əhatə edəcək.
Artımın edilməsi
üçün illik
216 milyon manat, cari il
(oktyabr-dekabr ayları)
üzrə 62 milyon manat əlavə vəsait yönəldiləcək.
Yəni, bu il oktyabrın
1-dən 200 manatdan aşağı
pensiya alan vətəndaş olmayacaq.
Eyni zamanda, hərbi və hüquq mühafizə orqanlarının
xüsusi rütbəli
əməkdaşlarının və mülki işçilərinin əməkhaqları
40 faiz, dövlət ümumi təhsil və peşə təhsili müəssisələrində
çalışan, bilik
və bacarıqlarının
diaqnostik qiymətləndirilməsi
aparılan müəllimlərin
vahid aylıq vəzifə maaşları
orta hesabla 20 faiz yüksəlir. Dövlət başçısının
imzaladığı "Dövlət
ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının
diaqnostik qiymətləndirilməsi
aparılan müəllimlərin
əməkhaqqının artırılması
haqqında” və
"Dövlət peşə
təhsili müəssisələrində
çalışan, bilik
və bacarıqlarının
diaqnostik qiymətləndirilməsi
aparılmış müəllimlərin,
idarəetmə və
təlim fəaliyyəti
ilə məşğul
olan işçilərin
əməkhaqlarının artırılması haqqında”
sərəncamlar ümumilikdə
160 minə yaxın müəllimi əhatə
edir. Sənəd onların orta
aylıq əməkhaqqının
605 manata çatmasına
imkan verir. Artımın təmin edilməsi üçün
dövlət büdcəsindən
əlavə olaraq illik 240 milyon manat, bu il (sentyabr-dekabr ayları) üzrə isə 73 milyon manat vəsait ayrılacaq.
Azərbaycan sosial dövlət
olduğunu sözdə
deyil, əməldə
sübut edir
Azərbaycanın dövlət siyasətində
sosialyönümlülük prioritet istiqamətdir. Təbii ki,
Prezident İlham Əliyevin həyata keçirdiyi analoqu olmayan sosial siyasi xətt özündə xalqın
rifahının yüksəldilməsini,
güzəranının gündən-günə
yaxşılaşdırılmasını
ehtiva edir. Dövlətimizin başçısı yorulmadan çalışır
ki, xalqımızın
sosial vəziyyəti dünyanın inkişaf etmiş ölkələrindəki
səviyyədə olsun.
Yəni,
Azərbaycan sosial dövlət olduğunu sözdə deyil, əməldə sübut edir.
Bu gün respublikamız
Prezident İlham Əliyevin rəhbərliyi
ilə həyata keçirilən islahatlar sayəsində uğurlu sosial dövlət örnəyi kimi dünyanın diqqət mərkəzindədir. Məsələn, BMT-nin təsdiqlədiyi Minilliyin İnkişaf Məqsədlərinə qoşulan
Azərbaycan insan inkişafı indeksini yaxşılaşdırmaqla MDB məkanının lider dövlətlərindən birinə
çevrilib.
Prezident İlham Əliyevin həyata keçirdiyi sosial islahatlar məhz dövlətin və xalqın maraqlarına xidmət edir. Dövlət atdığı
hər bir addımda öz vətəndaşının yanında
olduğunu əməli
şəkildə hiss etdirir.
Cənab
Prezidentin rəhbərliyi
ilə həyata keçirilən islahatlar vətəndaşlarda sosial
sahələrdə bundan
sonra mühüm dəyişikliklərin davamlı
xarakter daşıyacağına
əminlik hissini gücləndirir. Təsadüfi deyil ki, Azərbaycan
vətəndaşlarının sosial rifahının daha da yüksəldilməsi
məqsədilə Prezidentin
imzaladığı sərəncamlar
xalqımız tərəfindən
minnətdarlıqla təqdir
edilir, böyük ruh yüksəkliyi və sevinclə qarşılanır.
Sözsüz ki, Prezidentin son aylar verdiyi sərəncamları
təhlil edəndə islahatların bütün sahələri
əhatə etdiyi və kompleks şəkildə sosial siyasət
həyata keçirildiyi ortaya çıxır. Həyata
keçirilən həmin siyasət nəticəsində vətəndaşların
gəlirləri artır, sosial rifahı
yaxşılaşır. Bütün bu tədbirlər
dövlət başçısı tərəfindən
düşünülmüş şəkildə və
iqtisadi siyasətlə əlaqəli şəkildə həyata
keçirilir. Cünki Azərbaycan son bir
ildə həm də yeni iqtisadi modelə keçid edib.Vergi və
gömrük sahələrində ciddi dəyişikliklər
baş verib. Belə ki, ölkədə mikro, kiçik
və orta sahibkarlığın meyarları yenilənib,
gömrükdə “Yaşıl dəhliz” buraxılış
sistemi işə düşüb, biznesə başlama,
lisenziya və icazələr, yoxlamalar, elektrik təchizatı
şəbəkələrinə qoşulma, maliyyə mənbələrinə
çıxış imkanlarının artırılması, əmlakın
qeydiyyatı və xarici ticarət üzrə islahatlar
genişləndirilib. Bununla da sahibkarların
vergi yükü optimallaşdırılıb, vergi bazası
genişləndirilib, leqallaşma, rəqəmsallaşma və
vergi-gömrük administrasiyası ilə sahibkarların
münasibətləri daha da sivil səviyyəyə
qaldırılıb. Beynəlxalq ictimaiyyət tərəfindən
Prezident İlham Əliyevin rəhbərliyilə aparılan
iqtisadi islahatlara ən yüksək qiymət isə Dünya
Bankının “Doing Business 2019” hesabatında Azərbaycanın
dünyada ən islahatçı ölkə elan edilməsi
oldu. Ölkəmiz hesabatda 190 ölkə
arasında 25-ci yerdə qərarlaşdı, MDB-də lider
mövqeyinə yüksəldi, Böyük 20-lik ölkələrinin
əksəriyyətini üstələdi.
Bütün aparılan bu islahatların fonunda Azərbaycanın
iqtisadi qüdrəti və potensialı ildən-ilə
artmaqdadır.
Bu isə o deməkdir ki, ölkəmizin iqtisadi
qüdrəti yüksəldikcə gələcək illərdə
vətəndaşlarımızın sosial rifah halı daha da
yaxşılaşacaq.
Sevinc Osmanova
Həftə içi.- 2019.- 28
iyun.- S.3.