Xalqın qəlbində yaşayan Arif Heydərov

 

Bu gün sabiq Daxili İşlər naziri, ulu öndər Heydər Əliyevin ən yaxın dostu və silahdaşı, general-leytenant Arif Heydərovun doğum günüdür. O, sağ qalsaydı, ömrünün 93-cü baharını arxada qoyardı. Təəssüflər olsun ki, Arif Heydərov ömrünün 52-ci baharında nadan gülləsinə tuş gəldi... Arif Heydərov öz xalqına, ölkəsinə şərəflə xidmət edib. Bilavasitə asayişin yüksək səviyyədə qorunmasını təşkil etmiş, 1930-1960-cı illərin sovet sisteminin zorakılıq, kobudluq yolunu keçmiş polis sistemini yenidən xalqı, Vətəni sevmək ruhunda tərbiyə etməklə polisin xalqa münasibətdə yeni mədəniyyətini formalaşdırmışdır.

 Böyük inamla demək olar ki, Arif Heydərov nazir vəzifəsində işlədiyi müddətdə Azərbaycan milisinin vəzifəsinə, xidməti işində tam məsuliyyətlə yanaşmasında, xalqa səmimiyyətlə, diqqətlə xidmət etməsində, onun asayişinin təmin edilməsində, cinayətkarlığa qarşı profilaktik mübarizənin düzgün təşkil edilməsində, şəxsi heyətin aşağıdan-yuxarıyadək nizam-intizamlı davranışında, sözün həqiqi mənasında, inqilabi dəyişikliklər etmişdir. Milisin siması, düşüncə tərzi belə yaxşıya doğru tamamilə dəyişmiş, onun qarşısına qoyulan vəzifənin lazımınca yerinə yetirilməsində yeni yönlər müəyyən edilmiş, xalqın, ölkənin ictimai asayişin, eləcə də təhlükəsizliyin təmin edilməsinin yetərli təşkilində yeni qayda tətbiq edilmişdir. Məhz bunların sonucu olaraq Arif Heydərov nazir olduğu dövrdə cinaytin, xüsusilə ağır cinayətlərin nəzərə çarpacaq dərəcədə azalması, bağlı cinayətlərin əsasən açılması halı müşahidə olunmuşdur. Şəxsiyyət əleyhinə olan cinayətlər, demək olar ki, minimuma enmişdir. Bu hal isə milisin insanlara, onların hüquqlarına sayqı, qayğı ilə yanaşmalarının, onların asayişlərinin qorunmasının uğurlu təşkilinin göstəricisi idi.

Milisdə yaranmış bu keyfiyyət dəyişikliyi xalqı, ölkəni öz milisinə güvənli etmişdi. Məhz Arif Heydərov nazir vəzifəsinə başladıqdan sonra, nəhayət, xalq milisdən özünə qarşı yüksək sayqı ilə yanaşma hiss etmiş, asayişinin düzgün və yüksək təşkilinə görə rahat həyat tərzi sürməyə başlamışlar. Sözün həqiqi mənasında hamı qapısını belə açıq qoyaraq evində rahat yatmışdır. Hər yerdə, hər küncdə, bucaqda yüksək əmin-amanlıq yaradılmışdır.

Həqiqəti, haqqı, olanı söyləyərək göstərmək lazımdır ki, məhz Arif Heydərovun milisin rəhbəri işlədiyi müddət Azərbaycan dövlətinin ən az cinayət baş verdiyi və açlmamış cinayətlərin sayca minimuma endiyi bir dövrdür. Xalqın asayişinin, ölkənin, cəmiyyətin sakit həyat tərzinin yüksək peşəkarlıqla təmin edildiyi yeni bir mərhələsi olmuşdur. Ən əsası isə milisin yeni keyfiyyətlərə sahiblənmək, xalqa qarşı əxlaqlı, ləyaqətli davranış mədəniyyətnə və yüksək peşəkarlığa keçid mərhələsi olmuşdur. Bütün bunları Vətənini, xalqını özündən çox sevən, gecə-günüz yatmadan çalışan genaral Arif Heydərovun ağır əməyinin nəticəsi olmuşdu. Arif Heydərov milisin işinin təşkilində bu qədər böyük yeniliklər etməsində, şübhəsiz onun bu vəzifəyə gələndən öncə Türkiyə kimi asayişin qorunmasının çətin olduğu bir ölkənin təcrübəsini görməsi, bir çekist kimi hər şeyə diqqətlə nəzər salıb öryənməsi böyük rol oynamışdır. Sözsüz ki, Arif Heydərov Türkiyədə polis, jandarm, işinin təşkilidə gördüklərindən yeni işində çox bəhrələnmiş və bununda nəticəsində Azərbaycan milisində əsaslı, köklü yeniliklərə imza atmışdır. Arif Heydərovun Türkiyədə minlərlə pərəstişkarı olmuşdur. O, bu sevgini Türkiyəyə, türklərə göstərdiyi diqqət və sayqıya görə qazanmışdır. Arif Heydərovun iki övladı – Muradla, Maqsudda o, Türkiyədə işləyəndə dünyaya gəlmiş və sevdiyi ən gözəl türk adlarını öz övladlarna vermişdi. O zamanlar Türkiyədə bir Azərbaycan türkünün təmsilçi işləməsi, əlbəttə, çətin idi. Arif Heydərovun hər addımı nəzarətdə idi. Şübhəsiz ki, belə bir vəziyyətdə Arif Heydərov təmsil etdiyi dövlətin maraqlarını həyata keçirməli idiuğurlada keçirirdi. Ona görə də ölkəsinin böyük etibarını qazanmışdı. Elə buna görə də Türkiyədə özünü sərbəst aparır, qardaş türk xalqı ilə yaxın təmaslar qurur, bacardığı qədər bütün köməkliyini Türkiyə dövlətindən əsirgəmirdi.

Arif Heydərov öz xarakter və davranışı ilə də hamının sevimlisi, dostu, yaxını olmuşdur. Bütün ölkə, xalq, milliyyətindən asılı olmayaraq, hər kəs Arif Heydərovu sevmiş, ona bel bağlamışdır. Bölgələrdə bütün məmurlar öz xidməti işlərini Arif Heydərovun üslubuna uyğunlaşdırmışdılar. Arif Heydərov səfər etdiyi bölgələrdə həmişə sakinlərlə təmaslar quraraq böyük sevincə, şadlığa çevrilirdi. Bəli, hər kəsə qismət olmayan bu xalq sevgisi, bu gözəl tale Arif Heydərovun öz işini nümunəvi qurması hesabına qismət olmuşdur.

Qeyd edək ki, Arif Heydərov Heydər Əliyevin ən yaxın dostututmuş olduğu yüksək vəzifələrdə onun silahdaşı olmuşdur. Ulu öndər Heydər Əliyev Arifə həddindən çox inanmış və etibar etmişdir. Məhz bu səbəbdən də onun fəaliyyətini Heydər Əliyev həmişə çox yüksək qiymətləndirmişdir. Heydər Əliyev Azərbaycanda rəhbər olarkən Arif Heydərov onun əsas dayaqlarından biri olmuşdur. Arif Heydərovun qabiliyyətinə, savadına, ağlının zəkasına, əqidəsinə yaxından bələd olduğundan onu Azərbaycan Respublikasının Daxili İşlər Naziri təyin etmişdir. Arif Heydərov həmin vəzifədə 8 il çalışdığı dövrdə fədakarcasına xidmət etmişçox işlər görmüşdür. Arif Heydərov nazir olduğu müddət ərzində daxili işlər orqanlarında sağlam bir mühit yaratmış, cinayətkarlığa qarşı mübarizəni həqiqətən gücləndirmiş, nazirliyin üzərinə düşən bütün başqa vəzifələri layiqincə həyata keçirərək çox səmərəli işlər görmüşdür. Arif Heydərov mühüm tədbirlərin keçirilməsinin təşəbbüskarı olmuş,ulu öndər Heydər Əliyev onun təşəbbüslərini həmişə dəstəkləmiş, köməklik etmiş və onların həyata keçirilməsi üçün lazımi tədbirlər görmüşdür. Arif Heydərov Daxili İşlər naziri işlədiyi dövrdə Heydər Əliyev onun fəaliyyətini yüksək qiymətləndirərək ona rütbələr vermiş, bir sıra ordenmedallarla təltif etmişdir. Bu da xalqın sədaqətli oğlunun saf əməllərinə verilən ən böyük qiymət olmuşdur.

Beləliklə, general Arif Heydərovun keyfiyyətcə yenidən qurduğu Azərbaycan milisi, artıq zorakılığın, əzməyin tərəfində yox, xalqa, Vətənə canla-başla qulluq etməyin, ona sayqı və qayğı ilə yanaşmağın tərəfində idi. Hər bir insan özünü evində, cəmiyyətdə rahat hiss edir, şəxsi həyatında, çalışdığı kollektivdə təhlükəsizliyinə güvənli olur, hüquqlarının müdafiə olunduğuna tam əminliklə yaşayırdı.

Şübhəsiz, sovetlər rejiminın qadağalarına, milli kimliyi unutdurmağa köklənmiş siyasətinə aldanmayan Arif Heydərovun böyük milli düşüncə sahibi olması, onu xalqının adət-ənənəsinə, mədəniyyətinə, musiqisinədə bağlayırdı. Odur ki, Arif Heydərovun milli musiqiyə, muğama, milli çalğı alətlərinə, xüsusəndə sazaqara zurnaya böyük önəm, sənətə, peşəyə, savada qiymət verərdi.

Yeri gəlmişkən qeyd edək ki, Arif Heydərov ikinci dünya müharibəsində iştirak edib, hətta Berlinə qədər gedər böyük bir şanlı və çətin yol keçib.Bildiyimiz kimi general Arif Heydərov öz dərin zəkası, işini düzgün aparması, ölkə milisində etdiyi köklü yeniliklərə görə respublikamızda ümumxalq məhəbbəti qazanmış, sevilən parlaq bir şəxs olmuşdur. Belə şəxsiyyətlər heç zaman ölmur. Onlar xalqın qəlbində əbədi yasşayırlar. Ruhun şad olsun Arif Heydərov!

 

Şirin Məmmədli,

tədaqüdə olan polis-polkovnik-leytenantı

 

Həftə içi.- 2019.- 28 iyun.- S.7.