“Novruzum-Oğuzum”
işığında...
Azərbaycan
Yazıçılar Birliyi Natavan klubunda şair-filosof Haclı Loğman
Qorqud Babacanın “Novruzum
– oğuzum” kitabının təqdimatı
keçirilib.
Tədbiri
dilçi-alim, professor Buludxan Xəlilov açaraq bildirib ki,
Hacı Loğman Qorqud 6 bədii kitab və bir neçə
elmi-fəlsəfi, bədii məzmunlu monoqrafiyanın müəllifidir:
“Göyçə mahalının Babacan kəndində
dünyaya göz açıb.
Dərin
elmi-fəlsəfi və riyazi biliklərə mallik olan, musiqi fəlsəfəsini,
bir çox sənət və peşələri dərindən
yiyələnmiş şəxsdir. Şairin
yaradıcılığı tamamilə fərqli
yanaşmadır. Sözügedən kitabda “Novruzum-Oğuzum ”
vurğulamaqla Hacı Loğman bu bayramla məhz oğuz
tayfalarının bəşər svilizasiyasının ən
qədim mədəniyyət abidəsi olması
vurğulanır, həmçinin maddi-mənəvi abidəsi
olduğu aşkarlanır. Müəllifin fikirləri ilə
söykəndiyi təbiətin özündən doğan
sübutlar və atributlar Novruz bayramının birbaşa
xalqın məişəti ilə əlaqədar olaraq düzənlənməsi
qeyd edilir. Şairin dediyi kimi, bütün xalqların
bayramları sırf elmi ictimai izahlara söykənərək
düzənlənir”.
Kitabın elmi redaktoru, filologiya elmləri doktoru Məhərrəm Hüseyinli tədbir iştirakçılarına ətraflı məlumat verərək kitab haqqında “Ön söz” yazdığını bildirib: “Bədii söz ustası Hacı Loğmanın dərin biliyi, geniş dünyagörüşü, zəngin daxili aləmi, parlaq zəkası, bitkin və yetkin şəxsiyyəti, onun hər bir qələm məhsulunda bütün orjinallığı ilə üzə çıxır, zülməti yaran nur kimi aləmi şəfəqlərinə qərq edir, göz qamaşdırır. Onun”Novruzum-Oğuzum” əsəri Azərbaycan Folklorşünaslığının aktual problem və ehtiyaclarından irəli gələn Novruzun ən mühüm guşələrini aydınlaşdırmaq üçün böyük əhəmiyyət kəsb edən əsərdir. “Hər bir adət-ənənənin kökündə xalqın dünyaya baxışları dayanır” qənaətinə istinad edən müəllifin təbiətlə-insan, təbiətin harmoniyası və nizamı ilə bağlı əsas anlayışları, onların reallıqlarla əlaqəsi problemin mütəxəssis təhlilinə çevirə bilmişdir.
Təqdirəlayiq haldır ki, Hacı Loğman Novruza əksər tədqiqatçılardan fərqli olaraq dini- mifik görüşlərlə, əski mifik dünya yönümündən yanaşmamış, obyektiv elmi mövqedən işıqlandırmağa səy göstərmişdir və buna da nail olmuşdur”.
Yazçı Elçin Hüseynbəyli, şairlərdən İslam Sadıq, Oqtay Rza, Dayandur Sevgi, Qəşəm Nəcəfzadə, Balayara Sadiq, Fərqanə Mehdiyeva, Zəlimxan Məmmədli, Mürvət Qədimoğlu, AYB Borçalıə bölməsinin sədri şair Elbəy Calaloğlu, AYB Təbriz bölməsinin sədri Sayman Aruz, AYB Qubadlı regional bölməsinin sədri Namiq Məna, Folklor İnstitutunun əməkdaşı Nizami Məmmədov, Azərbaycan diasporasının üzvü Vəfa Kərimova, şairin uşaqlıq dostları və tələbə yoldaşları Qələndər Qasımov, Rafiq Məmmədov, el ağsaqqalı Abbas Mazanov, Bakı Kəndlər Ağsaqqallar Şurasının sədri Hacı Mirzə çıxış edərək şairin kitabı haqqında öz fikirlərini bölüşmüşlər.
Tanınmış Aşıq Azər Fərmailoğlunun və xanəndə Ziba Hüseynovanın ifaları ilə məclisin bahar ovqatı bir daha yenilədi və təravətləndi.
Sonda müəllif Hacı Loğman gələn qonaqlara öz təşəkkürünü bildirdi.
Qələndər
Həftə içi.- 2019.- 15
mart.- S.8.