Bayrağım
Tarixlər yararaq yollar keçmisən,
Zamanla bərabər qocal, bayrağım.
Şəhidlər qanından sən su içmisən,
Şəhidlər ruhundan güc al, bayrağım.
Dalğalan, dalğalan, ucal,
bayrağım,
Zəfər günlərində öc
al, bayrağım!
Şanlı dövlətimin sirdaşı,
bayraq,
Qəhrəman himnimin qardaşı,
bayraq,
Vüqarlı gerbimin yoldaşı,
bayraq,
Dalğalan, dalğalan, ucal,
bayrağım,
Zəfər günlərində öc
al, bayrağım!
Sən mənim sevincim, gözəl çağımsan,
Zaman sınagında üzü
agımsan,
Arxa söykədiyim güvənc
dağımsan,
Dalğalan, dalğalan, ucal,
bayrağım,
Zəfər günlərində öc
al, bayrağım!
Hüsnünə deyiən bu sözlər azdı,
Şəninə Cəfərlər, Cavadlar
yazdı,
Hilalla söhbətin xoş bir avazdı,
Dalğalan, dalğalan, ucal,
bayrağım,
Zəfər günlərində öc
al, bayrağım!
Kölgəndə yaş gəlsin
yaşımız üstə,
Rəngindən gül bitsin daşımız üstə,
Əbədi dalğalan başımız
üstə.
Dalğalan, dalğalan, ucal,
bayrağım,
Zəfər günlərində öc
al, bayrağım!
Ana
Şəfqəti əridər şaxta,sazağı,
Nigaran baxışı həsrət
ocağı,
Qəlbində bir vətən,
bir övlad dağı,
Qüssə, kədərimin çarası
anam.
Keçər səhvimizdən bağışlar
bizi,
Gözləri tükənməz qayğı
dənizi,
Alnında qırışlar sərt
həyat izi,
Bütün gözəllərin sonası
anam.
Ümidim,
gümanım, dayağım,
andım,
Düşəndə çətinə
halıma yandın.
Ana vətənimi laylanda sandım,
Ana torpağımın anası anam.
Yolda düşündüklərim
İlk baharda tumurcuq tutmayan,
Yayın
qızmarından qorunmağa,
daldalanmağa yer tapmayan,
Payız
tumurcuqları
çiçəkləməyə çatmayan
çəmən çiçəyinin
üstünə düşmüş
qırovdu-sənsiz keçən
günlərim.
Sevda dənizlərinə ehtiyatsız
atılan,
Ovu özundən qabaq kafirlərə,
dinsizlərə,yersizlərə satılan
Qənimətsiz dönəndə
dayağı ocaqlarda
çatılan
nazik budaqdan asılmış
tilovdu-sənsiz keçən
günlərim.
Keçmişini gümanlarla bitirən,
İndisini bəlkələrlə keçirən,
Ulduzsuz gecələrdə,
qaranlıq gündüzlərdə
Gələcəyə ümidini itirən
Fidyəsi oğurlanmış
girovdu-sənsiz keçən
günlərim.
Araz qoydu
Almaz İldırım oğlunun
adını “Araz”qoydu,
Arazla tez-tez “dərdləşsin - deyə.
Məmməd Araz təxəllüsünü
“Araz” götürdü,
Arazla “yuxuda görüşsün”-deyə.
Nüsrət Kəsəmənli də
oğluna”Araz”adı verdi,
hər gün evində Arazı “çağırsın”-deyə.
O tayda ustad Şəhriyar,
Bu tayda müdrik Bəxtiyar,
hey yazdılar,yazdılar,
tikanlı məftillər
qırılsın,
qardaş qardaşa
qovuşsun deyə.
Bəziləri sağlığında gördü getdi,
sərhədlərin açıldığını,
o taya,bu taya gediş-gəlişin
artdığını.
Ruhlar qaldı
narahat.
Bəziləri nigaran getdi, heyhat.
Açıldı sərhədlər,açılmadı
düyünlər.
Görüşdülər qardaşlar, görüşmədi
torpaqlar.
Birləşdi dillər,birləşmədi
ellər.
Yəqin
gözləməliyik:
yetişsin şairlər,yazarlar.
Qələmin ucu ilə,
sözlərin gücü
ilə
bir-birinə qardaş
deyən
dili birləşdirsinlər,
torpağı, eli birləşdirsinlər.
Təmənnasız sevgilər
Dünyada elə bir şair yoxdur ki,
vətən haqqında
şeir yazmasın.
Doğma yurdun gözəlliyinə
misralar qoşmasın,
çünki vətən
elə vətəndi.
Sevginlə suvasran torpağını,
səhrasında güi bitəndi.
Elə şair tapmazsan bu dünyada,
Ana haqqında şeir
yazmasın.
Ən şirin sözləri ilə onun
kövrək qəlbini
ovutmasın,çünki
ana elə anadı,
vətən elə vətəndi,
o sevgi ilə bu sevgi
ürəyimizdə təndir.
Çox şairlər dil haqqında şeir yazıblar.
Dil azadlığı uğrunda
qələmlə savaşıblar,çünki
Vətən elə Vətəndi,
Öz yurdumdu,elimdi,
Onu mənə sevdirən
doğma ana dilimdi.
Anamın
laylasında
Vətənimi sevdim,elimi sevdim.
Vətəmimin qoynunda
şəlalətək çaglayan
Ana dilimi sevdim.
Vətən
Sevdim sənin hər daşını,
Baharını, həm qışını.
Qədəm-qədəm ayaqladım
Hər küncünü,
qarışını.
Bərabərin yoxdu,Vətən.
Bol nemətin qismətimdi,
Göygöl, Xəzər ismətimdi.
Sinən
üstə sərhəd
olan
Araz dərdim,
həsrətimdi.
Ürəyimə axdı,Vətən.
Koroğlunun “Cəngi”sində,
İgidlərin nərəsində,
Yurd uğrunda savaşlarda,
Davulların gur səsində
İldırımlar çaxdı,Vətən.
“Qarabağda talan var...
...Gözü yolda qalan var”
Qəzəbimiz dönmüş selə.
Cilovlanmaz innən belə.
Yığ başına igidləri,
Yığ bir yerə yumruq
elə.
Ayağa
dur, vaxtdı, Vətən!
Tənha
mən, sakit otaq,
bir də yazı masam.
Əllərimi çənəmə edib dayaq,
öz-özümlə baş-başa
qalmışam:
məhv olmuş gəncliyim,
qırılmış ümidim,
əzəldən qara yazılan baxtım,
baxtım kimi bir də heç
vaxt
qızıldan olmayacaq
taxtım.
Gorən
nə vaxt bəxtim güləcək,
nə vaxt əlahəzrət səadət
qapımı döyəcək,
ömrümə,günümə qonaq gələcək?...
Otağın qapısı yavaşca
açıldı,
başımı qaldırdım
sakitcə
qəlbimə işıq
açıldı.
Dayandı oğlanlarımın
biri sağımda,biri
solumda.
Təbəssüm titrədi dodağımda,
səadət işığı
yandı
ömür, gün
yolumda.
Gileyli deyiləm, Allahım səndən
Nəyim
varsa,öz əlinlə vermisən,
Gileyli deyiləm, Allahım,səndən.
Qismətimi kərəminlə vermisən,
Gileyli deyiləm,Allahım,səndən.
Demirəm ki,bir ocağım yox mənim,
Gül bitirən bir bucağım yox mənim,
Səndən qeyri umacağım
yox mənim,
Gileyli deyiləm,Allahım səndən.
Bəxtimə gülmədin,özün
bilərsən,
Könlümü görmədin özün
bilərsən,
Bir ağ gün vermədin,özün bilərsən,
Gileyli deyiləm,Allahım,səndən.
Yaşım o yaş deyil gileyli olum,
Arzudan,ümiddən cığırım,yolum,
Şirin
nemətindi-bircə cüt
oğlum,
Gileyli deyiləm,Allahım səndən.
Sükuta
dalmış otağım...
Bayırda qış zilə
qalxıb
şaxtalı nəğmələr
oxuyur.
Sükuta
dalmış otağım
yuxulu, nərgiz qoxuyur.
Nərgiz
ətri yaman alıb
24 kvadratmetrlik otağı
başına.
Uzunboylu
nərgizləri
uzunboğaz güldanda
qoymuşam
şirin su əvəzinə
acı göz yaşıma.
Nənəmin nağıllarında
nərgiz bir oğlan gözüdü-
boynubükük bənövşəyə
həsrət
Yuxularında qovuşur ona.
Ayılanda olur sərməst.
Görən nərgiz hansı oğlanın gözüdü?
Atasız
böyüyən bir cüt oğlumun
dibində “niyələr”gizlətdiyi
gözdümü?
Dünyadan nakam gedən
bir cüt qardaşımın
bir babanın bənövşə gözlü
qızlarını
əbədilik gözlətdiyi
gözdümü?
Bəlkə, nərgiz talan olmuş Qarabağda
hər əzası bir budaqda
asılı qalan,
torpaq üstə, ağac altda
ana əlləri ilə qapanmayan
şəhid gözüdü?
Qara gözlər, ala gözlər,
ata, həm bala gözlər.
Vəhşiliyə, qansızlığa,
Təklənmiş, adamsızlığa
şahid o gözlər
özüdü.
Ya da nərgiz bir oğlanın
sevdiyi qızın əksinə dikili qalan,
sarışın saçlarında
tökülü qalan,
nazik dodaqlarında,
təbəssümü sezilən
yanaqlarında
dolaşıb duran qara, qəmli gözüdü.
Bir görüşün həsrətiylə
alışıb yanan
qayğılı, nəmli
gözüdü.
Yuxuma gəl,nərgiz gözlüm,
Dərdlərimi sənə deyim,
ürəyimi sənə
açım,
qəhət olan sevincimi sənlə bölüm.
Ayılanda xəyalınla
sənsizliyə dözüm,
dözüm.
Şəmsiyə Qaramanlı,
Hacı Rəhim əfəndi
adına Qaraman kənd orta məktəbin
Azərbaycan dili və ədəbiyyat müəllimi
Həftə içi.- 2019.- 15
mart.- S.8.