“Ölü” bazar, cehizlik
dulus
qabları, yorulmuş dulusçu
-Adınız nədir?
-Rövşən, amma mənə burada “antikvar Rövşən” deyirlər.
-Kim deyir, niyə deyir?
-Dostlar, yoldaşlar. Antik əşyalar satdığım, dulus qablar hazırladığım
üçün...
Şəkidəyik. Dulusçu Rövşənin
emalatxanasında. 45 yaşını çoxdan
tamamlayıb. Dediyinə
görə yarım əsri haqlamağa lap az qalıb.
20 ildən çoxdur
ki, Şəkinin göbəyindəki duluçuluq
dükanında dulus məmulatları hazırlamaq
və satmaqla məşğuldur. Çörəyi bundan çıxır.
Dediyinə görə
əvvəllər bu sənət onu yaxşı dolandırırmış,
indi çörəyi
daşdan çıxır:
“Əvvəl köhnə
kişilər - nənələr,
babalar vardı. Şəkinin özündə də, kəndlərində
də dulus qablarından istifadə edərdilər. Duz qabından
su qabına qədər dulusdan idi. Yeməyi də, suyu da dadlı olur.
Keyfiyyətini saxlayır. O vaxtlar hər gün 50-60 manatlıq qazancımız olurdu. Sifarişimiz
də çox idi. Mən bu dulusçuluqla ev də
tikdirmişəm, maşın
da almışam. Amma indi dövr dəyişib. Bu sənətin üzünə
gülən yoxdur.
Camaat dulusçuluqdan uzaq düşdükcə bu sənət də ölür. Əsgərlikdən gələndən sonra bu işdən ikiəlli yapışdım.
O zamanlar çörək
verən sahə idi. İndi xamırı küt
gedir”.
“Qardaşım uşaqları hazırlayır,
mən satıram...”
Rövşən müəllim deyir ki, dulusçuluq səbr tələb edən işdir. Bir cavanlıqda
yaxşı məhsullar
hazırlamaq olur, bir də qocalıqda.
Elə ki, orta yaşa gəlib çatdın, gərək bir qədər uzaqlaşasan:
-İndi qardaşım
uşaqları hazırlayır,
mən də satıram.
-Burada dulus tənəkəsi görürəm. Mağazada
da düzəldirsiniz,
yoxsa bəzək üçün qoymusunuz?
-Yox, bəzək üçün deyil. Qonşunundur.
Satmağa qoyub. Daha çörək
çıxmır, neynəsin.
Bura satış mağazamızdır.
Yəni,
satalcadır. Emalatxanamız isə qalanın yanındadır. Xan sarayı
tərəfdədir.
-Bəs günə neçə manatlıq alveriniz olur?
-Dedim axı, bazarımız “ölüb”.
10-15 manatlıq alverimiz getsə sevinərik. Yerli camaatdan
ümidimizi kəsmişik.
Ancaq turistlərə, qonaqlara bel bağlayırıq.
Onlar da beş-on manatlıq xırda-para şeylər alırlar.
Bu boyda yekəlikdə
su qabını (əli ilə göstərir) alıb neynəyəcək ki?...
“Hələ də dulusdan cehiz verənlər var...”
Rövşən müəllimin dükanında
qədimi el sənətkarlıq
nümunələri – samovar, teştilər, mis mecmailər, sinilər, saxsı qablar da var. Saxsı qabları özü hazırlayır. Yəni, təzə məhsullardır.
Amma samovarları yerli camaatdan alır, burada turistlərə satır. Dediyinə görə piştaxta üzərində 100-150 ilin
samovarları da var: “O gün bir turist gəlmişdi.
“Niqolay”ın samovarını satdım.Bəlkə
də 100 ilin məhsulu idi. Hə, onu da deyim
ki, indi də köhnə kişilər, arvadlar gəlib nəvələrinə,
nəticələrinə köhnə
samovarlar alırlar.
Çünki indikilərə baxanda
onlar daha dözümlüdür. Daha çox
dulusçu piti qabı alınır.
Şəkinin sinvoludur də.
Mütləq cehizin içində
olmalıdır. Bir və
iki nəfərlik qablar, mis qazanlar”.
Rövşən müəllimdən samovarların
qiymətini soruşuruq. Deyir ki,
qiymətləri 85 manatdan
başlayır. Amma
bundan 10-15 dəfə
baha qiymətə təklif etdiyi samovarıar da var: “Qiymət 85-dən başlayır. Amma 1500 manata da
samovarımız var. Köhnələrin
qiyməti bahadı.
Təzələrinki ucuzdur. Məndən soldakılar köhnədir
(əliilə göstərir),
sağdakılar isə
təzə. Mis dəstləri
daha çox turistlər alır. Yerli malları – dulus məmulatlarını isə
daha çox yerli camaat və
yaxın ölkələrdən
gələnlər”.
Dulusçu Rövşən deyir ki, hazırda bu sənətə maraq azalıb. Çünki təlabat yoxdur. Əl əməyi olduğu üçün qiymətləri
də bahalaşıb.
Səbr tələb edən iş olsa da, dulusçuluğun
bərəkətli peşə
olduğunu söyləyir:
“Ən çox duz qabları satıram. Biri iki manatdır.
Nəmişlik götürmədiyi üçün şəkililər
daha çox saxsı duz qablarına üstünlük
verirlər. Ona görə
də bu mağazamızda daha çox piti və duz qabları
gətiririk. Nisbi təlabat
ancaq bu mallaradır”.
Həmsöhbətim deyir ki, çox
adama bu peşəni sevdirib. Tələbələri də çox olub. Öyrətdikləri indi ailələrinə
çörək qazanır
dulusçuluqla. Daha doğrusu,
qazanırdı. İndi
onlara bu sənəti öyrətməkdə
israr etdiyi üçün bir az qüssə
çəkir.
Həmsöhbətim onu da söyləyir
ki, maraqlı peşədir. “Xamır”nı hazırlamağından
tutmuş yoğurmağına,
hazırlanmasına qədər
başqa bir həzzi var bu sənətin-deyir.
...Sonra bir qırğız
müştəri gəlir.
Siqaretini
söndürüb rus
dilində xoşgəldiniz
deyir qonaqlarına.
Məhsulları turistlərə göstərib
qiymətini söylədikdən
sonra sağollaşırıq.
Çıxanda isə
deyir ki, ömrünüz saxsı
içi kimi keyfiyyətli olsun...
Elə sizin də... əziz oxucular!
Tural Turan
Həftə içi.- 2019.-
20-27 mart.-S.8.