Yazılarımda sözdən çox fikrə,

mənaya üstünlük vermişəm

 

Azərbaycan ədəbiyyatı bütün zamanlarda uğurlar qazanıb, həmişə öz zənginliyi ilə seçilib. Hər bir dövrün öz istedadlı yazarları olub, onlar söz dünyasında öz sözünü deyib, imzalarını atıblar. Bu gün də çağdaş ədəbiyyatımızda istedadlı yazarlarımız kifayət qədərdir. Onlar da bu ağır yükü şərəflə öz çiyinlərində daşıyırlar. Belə yazarlarımızdan biri də yazıçı-şair Təranə Məmməddir. Təranə Məmmədin ədəbi mühitdə özünəməxsus yaradıcılıq yolu var. Heç bir yazıçıya, heç bir şairə bənzəmir. Həmsöhbətim Təranə Məmməddir:

 

- Anam Şuşanın tanınmış Ağalarovlar nəslindəndir. Atam isə Ağdamın Poladlı kəndindəndir. Atam uzun müddət rayonlarda Hərbi KomissarPolis Şöbəsinin rəisi kimi məsul vəzifələrdə çalışıb. Ailədə 4 uşaq olmuşuq, sonbeşiyi mən idim. Deyirlər ki, sonbeşik uşaqlar ərkəsöyün olurlar, amma mənim uşaqlığım tamamilə deyilənlərin əksinə olub. Çox sakit uşaq olsam da, mənliyimə heç kəs toxuna bilməzdi. Çünki yaşından asılı olmayaraq, insan mənliyini hər şeydən üstün tutmalıdır. Mənəviyyatı pak və təmiz olan adam həmişə böyük amallarla yaşayır, gözü-könlü həmişə tox olur. Uşaqlıqdan kitan oxumağa daha çox önəm verərdim. Ağdam şəhər 2 saylı məktəbdə oxumuşam. İndiki Bakı Dövlət Unverstitetinin Şərqşünaslıq fakültəsinin ərəb dili bölməsini bitirib Dillər Ynverstitetində müəllim fəaliyyətinə başlamışam. Sonra BDU-da şərqşünaslıq fakültəsində müəllim işləmişəm.

- Təranə xanım, siz həm də Milli Təhlükəsizlik orqanlarında işləmisiniz. Bir qadın kimi çətin deyildi?

- 2000-ci illərə qədər peşəkar, savadlı qadınlar müəyyən səbəblərdən işdən azad edilmişdi. Ölkəmizdə 20 Yanvar, Xocalı kimi ağır faciələr baş vermişdi, Azərbaycanın 20 faiz ərazisi işğal altında idi, müharibə şəraitində yaşayırdıq. Adıçəkilən qurumda işləmək üçün mütəxəssis kadrlara ehtiyac var idi. Təhlükəsizlik orqanlarında işləmək üçün MTN-dən mənə müraciət olundu. Mən nazirliyin təklifini qəbul etdim. Və orada işlədiyim müddəti ən şərəfli illər hesab edirəm. Çünki müstəqil Azərbaycan dövlətçiliyinin qorunmasında cüziolsa mənim də əməyim olub. Təəssüflər ki, gördüyüm işləri və icra etdiyim vəzifəni açıqlamaq imkanım yoxdur.

- Adıçəkilən qurumda işləmək üçün insan daha sərt olmalıdır. Axı qadın, ana ürəyi zərif olur, siz həm də incə duyğulara malik şairsiniz. Elə şərait olubmu ki, şair, ana ürəyiniz oranın sərtliyinə tabe olmasın?

- Belə şey olmayıb. Ona görə ki, dövlətdə o vaxt hamı bir nöqtəyə vururdu. Dövlətə, dövlətçiliyə qarşı çıxan xaricidaxili düşmənlərə qarşı hamımız sərt və barışmaz idik.

- Siz ilk yaradıcılığınıza nəzmlə, yoxsa nəsrlə başlamısınız?

- Mən farsrus dillərini çox gözəl bildiyim üçün yaradıcılığa kiçik həcmli tərcümələrlə başlamışam. Sonra kiçik həcmli hekayələr yazdım. Uzunçuluğu sevmirəm. Kiçik həcmli yazılar yazmağı xoşlayıram. Çexov deyirdi ki, sözlər az, fikirlərisə geniş olmalıdır. Mən həmişə yazılarımda sözdən çox fikirə, mənaya üstünlük vermişəm. Yazdığım ilk hekayəm“Neyləyim” olub. 1990-cı ildə Azərbaycan Dövlət Radiosunda səslənib və bu hekayə ilə də ədəbiyyata gəldim. Mən gənclik illərindən yazırdım, amma MTN-də işlədiyimə görə yazılarımı ictimaiyyətə çatdıra bilmirdim.

- Doğrudanmı şair və yazıçıya ilham yuxuda gəlir?

- Mən belə düşünmürəm. Çünki mən real həyatdan yazıram. Real həyatda mövzu daha çoxdur. Yazdıqlarım isə məqsədyönümlüdür. İnsanlaraolumölüm”ün olduğunu anlatmaq istəyirəm.

- Sizcə vətəndaşlıq mövqeyi nədir?

- Məncə vətəndaşlıq vətəndə baş verənlərə laqeyid olmamaq deməkdir. Hesab edirəm ki, yalnız savadlı, müəyyən bir mövqe tutmuş insan ölkədə baş verənlərə qarşı laqeyd olmayaraq, öz sözlərini deyə bilər. Vətənə vətəndaş olmaq üçün ilk növbədə şəxsiyyət olmaq lazımdır. Əyilməmək, içindəki sütunu sındırmamağı bacarmalıdır.

-Adam var ki, hər gün vətəndən danışır, amma heç bir fəaliyyəti nəzərə çarpmır. Adam da var ki, vətənlə bağlı fəaliyyəti çox olsa da, təvazökarlıq edib danışmır. Sizin buna münasibətiniz?

- Vətənpərvərlik elə bir anlayışdır ki, bu insanda ola da bilər, olmaya da.

-Sizcə gözəllik deməkdir?

-İlk öncə gözəlliyi görmək lazımdır. Hətta insan acı bibərdə şirinliyi, çirkinlikdə gözəlliyi görə bilir. Məncə gözəllik elə həyatın özüdür, təbiətdir, axar çaylar, dağlardır, insanlıq, bir-birə xoş münasibətdir. Abstrak gözəllik var, bu hamının görmədiyi görə bilmədiyi gözəllikdir. Hesab edirəm ki, gözəllik mütləq mükəmməl olmalıdır. Yəni insanın daxil zahiri gözəl olmalıdır. Əgər ikisindən biri gözəl deyilsə, o tarazlıq pozulur.

- Cəmiyyətdə istedadlı adamlara sağlığında qiymət verilmir, yalnız öləndən sonra qiymətini alır. Siz buna necə baxırsınız?

- Əgər isdtedadın varsa zamandan, vaxtdan asılı olmayaraq bu özünü göstərəcək. Ona vaxt qiymətin verilməsi məncə önəmli deyil. Təbii ki, istedad sahibinə özünün varlığında qiymət verilərsə, önun özü bundan zövq almış olar. Amma dünya miqyasında yüzlərcə yazıçı, şair , rəssam, istedadlı insan var ki, qiyməti ölümdən sonra verilib.

- Hansı günahı qadının göz yaşları tuta bilər?

- Xəyanəti, yalanı. Ümumiyətlə belə bir sual çıxır, qadın niyə ağlayır? Bunun səbəbi minlərcə ola bilər. Əksər hallarda incimiş qadın ağlayır. Qadın elə məxluqdur ki, hər əziyyətə dözməyə qadirdir. Yetər ki, sevgisini, arxasında dayağını hiss etsin. Sevilən qadının gözləri işıqlı olur. Qadın həyatda yaşamağa gücü yalnız yalnız sevgidən alır.

- Sizcə qadın necə olmalıdır?

- İlk öncə saf olmalıdır. Qadın özünə yaxşı baxmalıdır, səliqəli sığallı görünməli, yüksək zövqə malik olmalıdır.Yaxşı olardı ki, qadınllarımız savadlı dünyagörüşə malik olsunlar. Çünki hər bir qadın anadır. Ananın isə övlad böyütmək məsuliyyəti var. Müdriklər demişkən anasına bax, qızını al.

- Şair Musa Yaqubu eləmədikləri yandırır, bəs sizi yazmadığınız şeirlər narahat edirmi? Sizcə burda bir oxşarlıq varmı?

- Bəli, belə bir mövzu var, istəyirəm onu yazım. Yazıb, sonra dünyadan köçüm. Mövzu tək olsa da, hələ yaza bilmirəm.Oxşarlıqdan fərqli tərəfi çoxdur.

- Bu gün bir yazar kimi sizi narahat edən nədir?

- Yetərincə ədəbi mühitə qovuşa bilməməyim eləcə oxucularla tez-tez təmasda olmamağım məni daha çox narahat edir. Şairsözü ərəb dilindən tərcümədə hissiyatlı deməkdir. Hissiyatlı insanlar ətraf mühitdə baş verənlərə daha tez reaksiya verir. Amma hissiyat şairin daxili mənəviyyatından çox asılıdır. Ətrafda baş verənlərə qiymət vermək, haqqında yazmaq, ətrafına oxucu toplamaq çox böyük məsuliyyətdir. Təbii ki, dövrdən, zamandan asılı olmayaraq dünyanın dərdini, ağır yükünü həmişə şairlər çəkib. Nəsimi olmasaq da, həqiqəti yazmaq istəyərdim. Hesab edirəm ki, bəzən susmuşam, amma oxucuya yalan deməmişəm.

-Sizin yaradıcılığınız bənzərsizdir, bunu necə izah etmək olar?

- Çünki mən həyatı yazıram, insanlara yaxşılıq etməyə çağırıram. İnsan yaşamağa, yaxşılıq etməyə tələsməlidir, ona görə ki,qabaqda ölüm var.

- Siz həyatı necə görürsünüz?

- “Həyat karvanı”,”Həyat qatarı”adlı iki şeir yazmışam. Hər iki şeirdə olduğu kimi hər birimiz ya karvanın içindəyik, ya da qatarın sərnişinləriyik. İstədiyimiz vaxt qatardan düşə bilirik, karvanı saxlaya bilirik. Hərəyə yazılmış ömür bəxş edilib. Vaxtı çatanda hərə karvandan da çıxacaq, qatardan da düşəcək.

-Siz taleyə, bəxtə inanırsınızmı?

- Mən ancaq insanın daxili enerjisinə, potensialına inanıram. Sirr”adlı yeni bir povest yazmışam. Onu çapa hazırlayıram. Hələ bu haqda açıqlama vermək istəmirəm, adı kimi sirr olaraq saxlayıram.

 

Qələndər Xaçınçaylı

 

Həftə içi.- 2019.- 17 may.-S.8.