Siyasi repressiya qurbanları

muzeyi”nin açılışı olub

 

Dövlət Sərhəd Xidmətinin (DSX) inzibati binasındaSiyasi repressiya qurbanları muzeyi”nin açılışına həsr olunmuş tədbir keçirilib.

DSX-dən "Report"a verilən məlumata görə, tədbirdə Prezidentin Hüquq-mühafizə orqanları ilə hərbi məsələlər üzrə köməkçisi Fuad Ələsgərov, Mədəniyyət naziri Əbülfəs Qarayev, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik Mədət Quliyev, Ali Məhkəmənin sədri Ramiz Rzayev, Baş Prokurorun birinci müavini Rüstəm Usubov, Hərbi Prokuror, general-leytenant Xanlar Vəliyev, İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanova, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar, Azərbaycan Xalq yazıçısı Çingiz Abdullayev, Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru Yaqub Mahmudov, Azərbaycan Milli Arxiv İdarəsinin rəisi Əsgər Rəsulov, Milli Məclisinin deputatları - Aydın Mirzəzadə, Əflatun Amaşov, Aqil Abbas digər rəsmi şəxslər iştirak ediblər.

Tədbirdə general-polkovnik Elçin Quliyev, Əbülfəs Qarayev, Anar, Yaqub Mahmudov general-polkovnik Mədət Quliyev çıxış ediblər. Çıxışlarda muzeyin ekspozisiyasının Azərbaycan tarixinin ən acı səhifələrini əyani sürətdə əks etdirməsi, 1920-1950-ci illərdə dövlətin apardığı siyasət nəticəsində on minlərlə ictimai dövlət xadiminin, elm, mədəniyyət, incəsənət nümayəndələrinin, sıravi vətəndaşların repressiyaya məruz qalması xüsusi qeyd edilib.

1950-ci illərin ikinci yarısında siyasi rerpessiya qurbanlarına bəraət verilməsinə baxmayaraq, bolşevizmin hökmranlıq etdiyi illərdə siyasi repressiyalar haqqında məlumatların yayılmasına qadağa qoyulması, yalnız müstəqilliq illərində - 15 mart 1996-cı il tarixdə Dahi Öndər Heydər Əliyevin imzaladığıSiyasi repressiya qurbanlarının reabilitasiyası haqqındaAzərbaycan Respublikası Qanununda bu hadisələrə ilk dəfə hüquqi qiymət verilməsi bildirilib.

Azərbaycan tarixinə bir sərhədçi töhfəsi olaraq Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyinə həsr olunmuş tədbirlər çərçivəsində DSX-nin inzibati binasındaSiyasi repressiya qurbanları muzeyi”nin yaradılması 1925-ci ildən sonra bu binada dövlətin əsas repressiv orqanlarının fəaliyyət göstərməsi ilə bilavasitə əlaqədardır. Binanın zirzəmisində həbs olunanların saxlanılma kameraları, istintaq otaqları, ölüm hökmü çıxarılanların güllənməsi yerləri mövcud olub. Muzeyin yaradılmasında əsas məqsədlərdən biri repressiya qurbanlarının xatirəsinə ehtiram yaxın keçmişimizin qanlı səhifələri haqqında gənc nəslin nümayəndələrinin düzgün məlumatlandırılmasıdır.

Muzeyin ekspozisiyasının əsasını Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivində, Milli Arxiv İdarəsinin Dövlət Kino-Foto arxivlərində, Dövlət Təhlükəsizlik Xidmətinin arxivində saxlanan sənədlər fotoşəkillər, həmçinin yerli sənətkarların hazırladıqları kompozisiyalar təşkil edir. Bir sıra sənədlər Rusiya arxivlərindən əldə olunmuş, Qazaxıstan “ALJİR” siyasi repressiya müzeyi tərəfindən təqdim olunmuşdur. Muzeyin ekspozisiyasının hazırlanmasına Mədəniyyət Nazirliyi A.Bakıxanov adına Tarix İnstitutu tərəfindən köməklik göstərilib.

Müzeyin əsas zalındaDanışan sənədləradlanan lövhədə repressiyanın həyata keçirilməsi ilə bağlı 1920-1930-cu illərdə qəbul edilmiş sənədlərin surətləri verilib. Azərbaycanda repressiyanıqanunlaşdıran” ilk sənədlərdən biri kimi Bakı şəhər komendantının 26 may 1920-ci il əmri daha çox diqqəti cəlb edir. Əmrdə əks olunmuşHansı evdən güllə atılsa, həmin ev top atəşinə tutulacaq, 16 yaşından 50 yaşına qədər olan hər kəs mühakiməsiz güllələnəcək. Siqnal yaxud nişan verənlər tutulduqları yerdə gülləbaran ediləcəklərmüddəası xalqımıza qarşı xüsusi amansızlığı açıq-aydın nümayiş etdirir. Diqqəti çəkən daha bir sənəd SSRİ Mərkəzi İcraiyyə Komitəsinin 1 dekabr 1934-cü il tarixli qərardır. Bu qərara görə terror aktlarına görə cinayət işlərinin istintaqı baxılması on gündən artıq olmayan müddətdə başa çatdırılmalı, dindirmələr tərəflərin iştirakı olmadan aparılmalı idi. Bu işlər üzrə hökmlərdən kassasiya şikayəti, həmçinin əfv haqqında vəsatətlərə yol verilmirdi, ölüm cəzası haqqında hökm qəbul edildikdən sonra dərhal yerinə yetirilirdi.

Muzeyin əsas zalında yerləşdirilən lövhələrdən biri rerpessiyaya məruz qalmış azərbaycanlı hərbi xadimlərə həsr olunub. Burada həm Azərbaycan Xalq Cümhuriyyəti dövründə xidmət etmiş generallarHəbib bəy Səlimov, Firudin bəy Vəzirov, Süleyman bəy Sulkeviç, İbrahim ağa Usubov digərləri, həm sovet Azərbaycanının hərbiçilərigenerallar Cəmşid Naxçıvanski Qambay Vəzirov, polkovniklər Qalib Vəkilov, Məmməd Veysov, Seyfulla Mehtiyev başqaları haqqında məlumat fotoşəkillər verilib.

Növbəti lövhə 1920-ci ilin yanvarında təhsil almağa təhsillərini davam etdirmək üçün Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən Avropaya göndərilən gənclərin təhsillərini başa vurub Vətənə qayıdandan sonra məruz qaldıqları repressiyalara həsr edilib. Belə ki, Vətənə dönmüş 56 ali təhsilli mütəxəssisin 38-i güllələnib ya sürgün edilib.

Siyasi repressiya qurbanı olan qadınlara həsr olunmuş lövhədə güllələnmiş beş qadınXədicə Qayıbova, Mədinə Qiyasbəyli, Nemət Məlikova, Panfiliya Tanailidi Ayna Sultanova, həmçinin güllələnmişxalq düşmənlərininislah-əmək düşərgələrinə sürgün olunmuş həyat yoldaşları haqqında məlumatlar verilib. Lövhədə qadınların həbsi cəzası ilə bağlı sənədlərin surətləri yerləşdirilib. Tanınmış şair Əhməd Cavadın həyat yoldaşı Şükriyyə Axundzadənin himayəsində dörd azyaşlı uşaq olmasına baxmayaraq, sürgün edilməsi haqqında sənədin surəti lövhədə yer alıb. Qadınların repressiyasına həsr olunmuş daha bir lövhədə Vətən Xainləri Qadınlarının Akmola Düşərgəsində (ÀËÆÈÐÀêìîëèíñêèé Ëàãåðü Æåí Èçìåííèêîâ Ðîäèíû) cəza çəkmiş 44 azərbaycanlı qadın haqqında məlumat verilib.

Ayrıca bir lövhə böyük dramaturq şair Hüseyn Cavidə həsr edilmişdir. Təqdim olunan sənədlərdə dahi mütəffəkirimizin sovet dönəmində üzləşdiyi repressiyalar ifadə olunub. Növbəti lövhədə Azərbaycan ziyalıların məruz qaldıqları repressiyalardan bəhs edilir. Burada şair Mikayıl Müşviq, pedaqoq Tağı Şahbazi, aktyor Abbas Mirzə Şərifzadə digərlənin güllələnməsi barədə aktların arayışların surətləri nümayiş olunur.

Muzeydə azərbaycanlıların Ermənistandan deportasiyasına xüsusi diqqət ayrılıb. Müvafiq lövhədə yerləşdirilmiş sənədlər sonda azərbaycanlıların doğma torpaqlarından deportasiyası ilə yekunlaşan SSRİ rəhbərliyinin xaricdə yaşayan ermənilərin Ermənistana köçməsinə dəstəyi, Ermənistanda yaşayan azərbaycanlıların vəziyyətinə kifayət qədər diqqət ayırmaması siyasətindən xəbər verir. Həmin lövhədə Sovet İttifaqı Kommunist Partiyasının SSRİ-nin icra orqanlarının Azərbaycanda yaşayan almanların İran təəbəsi olan azərbaycanlıların respublikadan çıxarılması haqqında sənədlərinin surətləri yerləşdirilib.

1920-ci ildən başlayan siyasi repressiyaların ilk qurbanları Azərbaycan Xalq Cümhuriyyətinin tanınmış simaları - parlament hökumət üzvləri olmuşlar. Bir çox musavatçaların ittihadçıların güllələnməsi sürgün edilməsi barədə sənədlərin surətləri bolşeviklərin öz siyasi rəqiblərinə qədər amansız olduğundan xəbər verir. Həmin illərdə Azərbaycanın qabaqcıl ziyalılarının məruz qaldıqları siyasi repressiyaların təşkilində Azərbaycanın repressiv orqanlarında o dövrdə məsul vəzifələr tutmuş milliyyətcə erməni olan şəxslərin böyük rolunun olması da qeyd olunub.

Repressiya illərində bolşeviklərin siyasi məhbuslarla davranması barədə ziyarətçilərdə təsəvvür yaratmaq məqsədi ilə muzeydə saxlama kameraları, karserlər, dindirilmə otağı, güllələnmə otağı tarixi rekonstruksiya üsulu ilə bərpa edilib. Muzeyin dəhlizlərində qanunsuz həbsə etirazı, azadlığa can atmanı simvolizə edən kompozisiyalar quraşdırılıb. Repressiya burulğanı”, “Ümid işığındaadlı kompozisiyalarda zindan həyatını yaşamış Vətənindən didərgin edilmiş soydaşlarımızın keçirdikləri iztirab əziyyətləri rəmzi formada ifadə olunub.

Muzey fəaliyyətə başladıqdan sonra Rusiya Qazaxıstanda keçmiş islah-əmək düşərgələri sürgün ərazilərində təşkil olunan siyasi repressiya muzeyləri ilə əlaqə yaradılması, həmin düşərgələrdə cəza çəkmiş azərbaycanlılar haqqında məlumatların toplanılması yenilənmiş ekspozisiyalar vasitəsilə ziyarətçilərin diqqətinə çatdırılması, siyasi repressiya qurbanlarının yaxın qohumlarının muzeyin işinə cəlb edilməsi, qanunsuz təqib olunan şəxslərə məxsus sənədlərin əşyaların əldə olunması istiqamətində fəaliyyətin həyata keçirilməsi nəzərdə tutulub.

DSX muzeyin fəaliyyətinə kömək məqsədilə siyasi repressiya qurbanlarının nəvə nəticələrini, yaxın qohumlarını əməkdaşlığa dəvət edir, muzeyin fondlarının zənginləşdirilməsinə töhfə verə biləcək hər bir təşəbbüsü dəstəkləyir.

 

Həftə içi.- 2019.- 25-27 may.- S.7.