Göy rəngə bürünmüş
Sahil bağı
Bu gün baş tutacaq Avroliqanın möhtəşəm
Bakı finalı ilə bağlı paytaxtda
oyunu stadiondan izləyə
bilməyən "Çelsi" klubunun əcnəbi azarkeşləri üçün Sahil
bağında hər cür şərait
yaradılıb.Hafta.az-ın əməkdaşının verdiyi məlumata görə, Sahil
bağında azarkeşlər oyunu canlı olaraq
ekrandan izləyə biləcəklər. Bu məqsədlə bağda
böyük monitorq
quraşdırılıb.
Oyunun saat 23.00-da başlayacağı nəzərə alınaraq buraya gələn azarkeşlərin vaxtlarını səmərəli keçirtməsi üçün bəzi məqamlar da nəzərə alınıb.
İlk olaraq onunla başlayaq ki, ərazidə təhlükəsizlik tədbirlərin yüksək səviyyədədir. Hər kəs rahat və təhlükəsiz mühitdə yaradılan şəraitdən zövq alaraq istirahət etmək imkanı əldə edib.
Bundan əlavə, Sahil bağında uşaqlar və böyüklər üçün müxtəlif oyunlar da təşkil olunur. Həmçinin turistlərin gecə saatlarına qədər qidalanması üçün Azərbaycan mətbəxinin təamlarından da münasib qiymətə paytaxt qonaqlarına təqdim edilir. Turistlər həm yaradılan şəraitdən, həm də Azərbaycan təamlarının dadından razı görünürlər.
Turistlərə yaxınlaşırıq. Müxtəlif ölkələrdən gələnlər də var. Hətta adlarının açıqlanmasını istəməyən, ancaq fotolarını çəkməyə sıcaq baxan iki turist İrandan gəldiklərini, Çelsiyə azarkeşlik etdiklərini deyirlər. Qazaxıstan, Rusiya, İngiltərə və Avropanın bir çox ölkələrindən "Çelsi"yə azarkeşlik etməyə gələnləri düzgün yönləndirmək üçün könüllülərin fəaliyyəti də xüsusi qeyd olunmalıdır.
Ruzbeh Məmməd
Həftə içi.- 2019.- 30 may.-
S.7.