Qarabağa namə
Salam,
Qarabağım!
Nostalji
videolarda
gözəl çağım,
Qartala bənzəyən
xəritəmdə
sinədağım.
Üzüm
yoxdu, əhvalını sorum,
xəbər alım, necəsən?
Biirəm,
Qaf dağına zəncirləmiş
Prometey kimisən.
Prometeyin
günahı böyükdü,
Zevsin
yanında odu oğurlayıb
zavallı insanlara vermişdi.
Səninsə
savabın özünə yükdü
Tanrı
qatında
cövhərini dadan insanları
qoluzorlu
etmişdin.
Qaf
dağında qara qartal
hər
gün Prometeyin
oyurdu
köksünü.
Sənsə
illərdir qartalın
köksündə çabalayıb
tapa
bilmirsən özünü.
Prometey
kimi sinəsi yarılan,
sərvətləri başımız üstündən
yad
ölkələrə dağıdılan
torpağımın dərdi düyünə
düşüb
Gözümüz
baxa-baxa
yadelli
başbilənlər
ocağımın başında,
gözlərimin yaşında
təmkinimi sınayır,
qeyrətimi bölüşür...
Hələlik,
qarabaxtlım,
yuxularında qızıl taxtlım.
Bağışla,
yaralarının
gozünü qopardım.
Oğulların
deyir: ”Hazırıq,
qisas
gününə az daha qalıb!”.
Ağbirçəklərin
deyir:
“Eh, ümid Allaha qalıb”.
Neyləsin, görən, Allah?
Yazıq özü də təkdir.
Bu
müşkülü çözməyə
ona
yardım gərəkdir.
Tanrı
köməyin olsun, Allahım!
Yuxuların
çin olsun, torpağım!
Zülmətdəki daş
Nənəm
sinədəftər idi,
Çoxlu dastan, nağıl bilirdi.
Nəvələrinə nağıl söyləməyi
sevirdi.
Bilirdi mənim
də nağıl sevən olduğumu,
Ona
görə mənə söylərdi
nağılların çoxunu.
Fərqi
yoxdu, sehrli, qorxulu,
uğursuz, uğurlu.
Bütün nağılların eyni idi sonu.
Yox,
göydən üç alma düşməzdi
nənəmin nağıllarında.
Nənəm
eyni cümlə işlədərdi
bütün nağılların sonunda:
“Zülmətdə
bir qara daş var,
götürən də peşman,
qoyan da
peşman”.
- Nənə,
zülmət nədir?
- Yəni
qaranlıq.
- Bəs
peşman?
- Biy,
peşman olmadıq?
Sonra yuxuya gedərdi nənəm.
Həm də
bərkdən xoruldardı
Qorxudan yata bilməzdim.
Məni fikir aparardı.
Qaranlıq
yerdə qara daşı
götürüb qoymağa nə ehtiyac var.
Onsuz da
qaranlıqda yol gedənin
yolu
tapmağa qarışar başı
ayağı ilişib yıxılar.
Sonra birtəhər
tapıb o daşı
gah
qoyurdum, götürürdüm.
Yolun gah
sağına,
gah
soluna ötürürdüm.
Heç peşman olmurdum.
Həm
sözün mənasın bilmirdim,
həm
də daşla oynaya-oynaya
özüm də yuxuya gedirdim.
İllər
ötdü, böyüdükcə
işıqlı dünyada zülmətə düşdüm.
Peşmançılığımın sayı
çoxaldı.
Bəzən
düzəldə bildim səhvimi
bəzən çiynimdə günah kimi qaldı.
Öyrəndim
ki, ay nənə,
yolun
üstə əngəl olan
hər
daş bir maneədir.
Zülmətdə,
ya işıqda,
fərqi
nədir.
Sənin
dediyin o zülmət
anamızın bətnidir,
biz də
9 ay ərsəyə gələn daş.
Doğulanda sevincdən ağlayırıq.
Bir
ömür yaşayıb
peşman
oluruq yavaş-yavaş.
Sənsiz darıxmışam
Ümidlə
açılan səhərlərim
dəli
tənhalığa dönür hər axşam.
Hardasan, gəl, gülüm.
Sənsiz yaman darıxmışam.
Səhərlər
gözlərim tənha otaqda açılır,
Axşamlar tənha otaqda qapanır.
Nə bir
telefon çağrısı,
nə
boş ismarıc var.
Etdiyim zənglər də cavabsız qalır.
Pəncərəmi
döyəcləyur
bahar
küləyinin əydiyi budaqlar.
Fikirlərim
qarışıq,düzənsiz,
Qəfil
səsdən diksinən qəlbim
sonu
olmayan gümanda,güvənsiz.
Rahatsanmı oralarda?
Yaşaya bilirsənmi mənsiz?
Açıq məktub
Eheyyy...
övladlarım,
bu
baharı da mənsiz qarşıladınız.
soyuq qəlblə
soyuq qışı
yola
saldığınız kimi.
Tədbirlərdə,
bayram toplantılarında
məni
yada saldınız
köhnə filimlərdə köhnə kadrları
xatırladığınız kimi.
“İnşallah,
gələn bayramları...”
cümləsini işlətməkdən diliniz
niyə
bağlamadı qübar?
Hər
bayram yolunuzu
həsrətlə gözləməkdən
gözlərim yollarda qaldı,
sinəm
tutdu qübar.
Qorxuram
yaman
Zamanın
sürətindən,
vaxtın
üsyankar cürətindən,
bir
gün unudulacağımdan,
Təbriz,
İrəvan kimi
tarixiin
qara səhifələrindən
boylanacağımdan.
Tələsin,
nə qədər ki,
qoynumda
doğulan
sonuncu
insan yaşayır.
Məni doğma yurd kimi xatırlayır.
Vallah, sonra gec olacaq.
Bu
torpağı doğulduğu
vətən kimi tanımayan insan
babalarının səhvini düzəltməyin
nə
hayında olacaq,
nə
qeydinə qalacaq.
Şəhid məktubu
Bağışla
bizi anam,bağışla.
Əsən
küləklə, yağan yağışla
bizi
bağışla.
Küləklər
ətrimizi gətirər sənə,
Yağışlar
xatırladar şıltaqlığımızı
Küləklə
bərabər dünyanı dolaşıb
bizi
tapmağa çalışarsan.
Yağışla
bərabər ağlayıb
yoxluğumuzu
qədər, qismət kimi qəbullanarsan.
Nəbadə,
anam, nəbadə,
beşiyimiz başında çaldığın
laylanı xatırlayıb:
“Şeh
düşübdü çəmənə,
Nərgizə, yasəmənə.
Mən
balama qurbanam,
Balam
qurban vətənə” -
özünü peşman sayasan.
Bağışla
bizi, oğul çiynində gedəsi
tabutunun
üç küncünü
boş
qoyduğumuza görə,
Bacı,qardaşımızı ağır yük
altında
çaşbaş qoyduğumuza görə
Cənnət
şəhidlər üçün
sorğu-sualsız məkandır.
Haqqını
halal et, anam
uğrumuzda çəkdiyin əziyyətlərə
təəssüflənib ayağının altını
bizə
çox görmə, amandır.
Sığal istəyir
Qapımı
kimsə döymədi,
Yaxşımı
kimsə demədi,
Dadını kimsə öymədi.
Əllərim sığal istəyir.
Əğyar
ilə sevişdilər,
Bəxti
döndü,büzüşdülər,
Vaxtsız xəzana düşdülər.
Güllərim sığal istəyir.
Yollarıma
qar yağıbdı,
Taleyimə
qor yağıbdı,
Yaman erkən ağarıbdı.
Tellərim sığal istəyir.
Dərd
içində batıb qalıb,
Bəxti niyə yatıb qalıb?
Şirin
sözlər hopub qalıb,
Dillərim sığal istəyir.
Gələcəyi
varmı,görən?
Görəcəyi
varmı,görən?
Bir
ümiddən doğub gələn
Günlərim sığal istəyir.
Xətrinə dəyməyin
qızın
Bacımın
toy gününə
Bu
qızın sevilən, sevən vaxtıdı,
Bu
qızın sevinən, gülən vaxtıdı,
Hər sözü anlayan bilən vaxtıdı.
Siz Allah,
xətrinə dəyməyin qızın.
Bir
oğlan bu qıza yaman baxıbdı,
Qəlbini
alova,oda yaxıbdı,
Bulanıb,durulub,sutək axıbdı.
Siz Allah,xətrinə dəyməyin qızın.
Bir
gölə enəcək ,sona olacaq.
Gəlinlik edəcək, ana olacaq.
Övlad böyüdəcək, oda yanacaq.
Siz Allah,
xətrinə dəyməyin qızın.
Bu yurdun
qızları üzü ağ olar,
İlqarı,
vəfası, eşqi sağ olar,
İgidlər böyüdər qəlbi dağ olar.
Siz Allah,
xətrinə dəyməyin qızın.
Tanrı yollarına şəfəq çiləsin.
Ömrünü çiçəyə, gülə bələsin.
Bu gün
hamı ona ağ gün diləsin.
Siz Allah,
xətrinə dəyməyin qızın.
Adaptasiya
Bu
payız vecimə olmadı
yarpaqların saralmağı.
Unutdum
durna qatarının
arxasınca kövrəlib ağlamağı.
Fikirləşmədim,
heç vaxt
qışa hazır olmayan
məhkum
insanları,
insanların əhvalı ümidinə qalan
zavallı heyvanları.
Havaların
soyumağından qorxan
sərçələrin civiltisi qilağımı deşmədi.
Pişiyin
yeminin qalıqlqlarını yeyən
xəstə qarğanın yoxa çıxmağı
heç
yadıma düşmədi.
Payız
keçdi, qış da düşdü
Şaxta,
sazaq, nəinki adamların,
heyvanların, quşların da
içini sızıldatdı, ürəyindən keçdi.
Hər qış etdiklərimi təkrarlamadım.
Həyətimizin
sonunda
məni
gözləyən qaratoyuqları
yada
salmadım.
Onları çürük heyvaya qonaq etmədim.
Alça
ağacından sərçələr üçün asdığım
dənliyə dən səpmədim.
Uşaqların
əlındən qalan
çörək qırıntılarını
yay,
qış yaşıl olan
ağacın altında məni səsləyən
sığırçınlara tökmədim.
Çılpaq
budaqları ilə yuxuya getmiş
ağaclara baxıb kövrəlmədim.
Yüngülcə
köks ötürüb:
“Eh, nə
etmək olar,
bu da həyatdır”,
– dedim.
Yad dünya
Bu
dünyada hər şey
bizə
yaddı, gülüm.
Özgəyik
bu həyatda,ömrüm,günüm.
Söylədiklərimiz hamıya qəribə gəlir.
Davranışımız qeyri-adi görünür.
Biz
kövrələnə başqaları
gülmək istəyir.
Biz
güləndə qeyriləri
dərdə, qəmə bürünür.
Onların
güldüklərinə
adam
ölmək istəyir.
Bəlkə, Tanrı bizi yaradanda tələsib.
Ya da biz
özümüz
məhəl qoymayıb Tanrıya
dünyaya gələndə yel əsib,
bizi
başqa məkana atıb.
Çətin
ki, bu dünyanın
damarın tutub yaşaya bilək.
Gəl əl-ələ
verək,
bu
dünyadan çıxıb gedək.
Dodaq-dodağa
qoyub
tərk
edək bu həyatı.
Qoyulaq eyni məzara.
Bu dünya hara, biz hara, gülüm.
Rəngi
taleyimizə bənzəyən,
qara
gözlüm, qara gözlüm.
Mənim dünyam
Bu
dünyadan əl üzən, yar,
Gəl aparım öz dünyama.
Şirin-şirin
nəğmə deyim,
Qonaq edib söz dünyama.
Qucaqlqyım dizlərini.
Qoy oxşayım gözlərini.
Ətir
saçan sözlərini
Sən də bir-bir düz dünyama.
Öz
yolunu tapmaq üçün,
Qəm-qüssəni
atmaq üçün,
Muradına
çatmaq üçün
Qəvvas ol, gir, üz dünyama.
Naz eyəyim, nazıma döz.
Heç usanma, nə də ki bez.
Baxışımdan
min məna sez,
Xəbər eylə göz dünyama.
Otağı
çox, bucağı bol,
Bircə sənə açıqdı yol.
Həmişəlik gəl sahib ol.
Əlli, səksən, yüz dünyama.
Dönməyəcəyəm
Bir
şirin növrağım qalmadı orda,
Bir də o yerlərə dönməyəcəyəm.
Bir arxam,
dayağım qalmadı orda,
Bir də o yerlərə dönməyəcəyəm.
Ocağım yoxdu ki, qoru közərsin.
Oylağım yoxdu ki, çəmən göyərsin.
Çırağım yoxdu ki, nurlar ələsin.
Bir də o yerlərə dönməyəcəyəm.
Könlümün
bağçası sökülü orda,
Bəxtimin
dizləri bükülü orda,
Vüsalım yuxulu mürgülü orda.
Bir də o yerlərə dönməyəcəyəm.
Qayıtsam,
yoluma çıxanım yoxdu,
Sevinib əlimi
sıxanım yoxdu,
Arxamca boylanıb baxanım yoxdu.
Bir də o yerlərə dönməyəcəyəm.
Taleyim
üzümə güləcək,bəlkə,
Gözümün
yaşını siləcək ,bəlkə,
Qürbət el qədrimi biləcək, bəlkə.
Bir də o yerlərə dönməyəcəyəm.
Şəmsiyyə Qaramanlı,
Göyçay rayonu, Qaraman kənd
tam orta
məktəbin Dil-ədəbiyyat müəllimi
Həftə içi.-
2019.- 31 may.- S.8.