"Doğma
ölkəndə sənə və ailə üzvülərinə
təhlükə yoxdursa, tərk etməyə dəyməz"
Azərbaycandan kənarda ölkəmizi
layiqincə təmsil etmək hər bir azərbaycanlının
mənəvi borcudur. Bunun üçün ölkəmizin
dilini, coğrafiyasını, tarixini bilmək yetər ki,
ölkən haqqında ağız dolusu danışasan. Bu
gün isə ölkəmizi Amerikada təmsil edən jurnalist, naşir, şair-publisist,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü Elman
Eldaroğlu ilə söhbətləşmişik. Hafta.az
müsahibəni təqdim edir.
-
Elman bəy, ənənəvi olaraq Elman Eldaroğlu kimdir
sualı ilə başlamaq istəyirəm...
-
Allahın qulu, milyardlarla insandan biri...
- Ölkə mətbuatında xeyli
müddət çalışmısız, baş redaktor
olmusuz... Necə oldu qəzet yaratdınız, qəzet yaratmaq
asan idimi, yoxsa...?
- Qəzet
yaratmaq asan, onu oxunaqlı etmək, oxucu auditoriyası
yığmaq çətindir.
- Yəqin
ki, ona görə qəzetin ömrü uzun çəkmədi?
-
2008-ci ildən qəzet fəaliyyətə başladı.
2015-ci ilə qədər Amerikaya gedənədək qəzet
mütamadi işıq üzü görürdü.
-
Xeyriyyə Cəmiyyəti də yaratmışdız. Onun
taleyi necə oldu?
- Bəli,
2007-ci ildə xeyriyyə cəmiyyəti yaratmışdıq.
Həmin təşkilatın da aqibəti qəzetimiz kimi oldu.
Mənim Amerikaya getməyimlə bağlı onun da fəaliyyəti
donduruldu.
- Bir
müddətdir Amerikada yaşayırsız. İstəyirdik
Amerikada yaşayan azərbaycanlılardan bəhs edəsiniz.
Tez-tez görüşürsünüzmü həmyerlilərimizlə?
-
ABŞ çox maraqlı ölkədir. Dünyanın hər
yerindən olduğu kimi, Azərbaycandan da orada insanlar var. Mən
onların bir çoxu barədə silsilə məqalələr
yazıb ölkə mətbuatında oxuculara təqdim
etmişəm. 150-yə yaxın məqalə
yığılıb. Düşünürəm ki, onlardan
bir kitab hazırlayıb, ictimaiyyətə təqdim edəm.
-
Sirr deyil ki, artıq bir müddətdir azərbaycanlılar
üz tutub Amerikaya gedirlər. Bu cəlbediciliyin kökündə
nə dayanır sizcə?
- Hər
kəs xoşbəxtliyi haradasa axtarır. Yəqin ki, həmin
insanlar öz xoşbəxtliyini Amerikada tapacaqlarına
inanırlar...
- Bir
fikir var deyirlər: “Azərbaycanda müəllim işləməkdənsə,
Amerikada taksi sürərəm”. Razısınızmı, orada
taksi sürüb pul qazanmaq belə rahatdı?
-
Amerika Birləşmiş Ştatları vəhşi
kapitalizmin tüğyan etdiyi bir ölkədir. Orada
yaxşı yaşamaqdan ötrü yorulmadan
çalışmaq lazımdır. Məncə, doğma
ölkədə sənə və ailə üzvülərinə
təhlükə yoxdursa, vətəni tərk etməyə dəyməz.
Rusların bir məsəli var, tərcüməsi təxminən
belədir: Harda doğulmusansa, orada daha çox
lazımlısan.
-
Qeyd etdiniz ki, orada yaşayıb-yaradan həmyerlilərimizlə
də görüşüb, yazılar yazırdız...
-
Burada olduğu kimi, orada da maraqlı soydaşlarımız yetərincədir.
Müxtəlif sahələrdə uğur qazanan
soydaşlarımız haqqında yazıb onları vətəndə
tanıtmaqdan gözəl nə ola bilər ki... ABŞ
böyük ölkədir. Həm də istədim ki, orada
yaşayan azərbaycanlıları bir-birinə
tanıtdırım. Yəni, ölkənin bu başında məskunlaşan
soydaşımız, o biri başında yaşayandan xəbəri
olsun.
-
Yazdığınız yazıların, müsahibələrin
Amerika mətbuatında işıqlanması üçün
səy göstərmisinizmi?
-Xeyr.
Bu Amerika mətbuatı üçün elə də
maraqlı mövzu deyil.
-
Yerli mətbuat o yazılara görə sizə qonarar ödəyirmi?
- Hər
yazım təxminən 20-25 saytda işıq üzü
görür. Buna görə heç vaxt qonarar
almamışam. Mən bu işi təmənnasız
görürəm.
-
İngilis dilini bilirsiniz, Amerikada nə əcəb qəzetləriə
iş üçün müraciət etmədiniz?
-
İngilis dilini orta səviyyədə öyrənə
bilmişəm, sertifikatım da var. O ki, qaldı qalıb qəzetlərdən
birində işləmək məsələsinə, əsas qəzetlərdən
başqa yerdə qalan qəzetlərdə çalışan
müxbirlər heç də bizimkilərdən yaxşı
dolanmırlar.
-
Orada qalıb Azərbaycanın informasiyalarını
çatdıra bilən bir sayt açmaq
düşünmüsünüzmü?
-Xeyr.
Bu Amerika auditoriyası üçün maraqsız bir iş
olar. Bizm ölkəylə maraqlananlar çox azdır. Onlar da
məlumatı ingilis dilində versiyası olan Azərbaycan
saytlarından götürürlər.
Ruzbeh
Həftə içi.- 2019.- 16-18
noyabr. S. 8.