Azərbaycanda multikulturalizm sosial hadisə, siyasət modeli həyat tərzidir

 

Əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma dialoq şəraitində yaşadığı Müstəqil Azərbaycan Respublikası müxtəlif sivilizasiyaların qovuşduğu ölkə olaraq tanınır. Tarixə ekskursiya etsək görərik ki, multikulturalizm tolerantlıq tarixən soydaşlarımızın həyat tərzi olmuşdur. Fəxrlə deyə bilərik ki, bu gün multikulturalizm milli kimliyindən, dilindən, dinindən asılı olmayaraq Azərbaycan dövlətinin hər bir vətəndaşının gündəlik həyat tərzinə çevrilmişdir. Azərbaycan xalqının zəngin multikultural keçmişi təkcə xalqımızın bugünkü tolerant yaşam tərzi ilə deyil, həm yaratmış olduğu ədəbi-bədii, elmi-fəlsəfi, siyasi-hüquqi qaynaqlarda, sənədlərdə yaşayır.

 

Dövlətin sərhədləri daxilində müxtəlif etnomədəni tərəflərin dinc yanaşı yaşaması öz mədəni xüsusiyyətlərini, həyat tərzini rəsmən ifadə etmək qoruyub saxlamaq hüququna malik olması multikulturalizmdir. Multikulturalizm mədəniyyətlərin sivilizasiyaların dialoqudur.

 

Ölkəmizdə multikulturalizmin dövlət siyasəti səviyyəsində inkişaf etdirilməsinin əsaslarını Azərbaycanın qədim dövlətçilik tarixi təşkil edir.Tarixi ənənələrə nəzər salsaq görərik ki, istər Səfəvilər dövləti, istər XIX-XX əsrlər maarifçilik dalğası, istərsə Xalq Cümhuriyyəti dövründə Azərbaycan ərazisində yaşayan digər etnik xalqlar dini qrupların nümayəndələrinin təmsilçiliyini özündə cəmləyən bu siyasi davranış XX əsrin sonlarında Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyev tərəfindən dövlətçilik ideologiyası formasına çevrilmış, multikulturalizm ənənələri bərpa edilmiş, xalqımızın milli-mənəvi dəyərlərinə qayıdışı daha da sürətlənmişdir. Ulu Öndərin söylədiyiHər bir xalqın milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən fəxr edirəm ki, Azərbaycanlıyam!” ifadəsi bu gün sevən hər bir soydaşımızın həyat düsturuna çevrilmişdir.

 

Azərbaycan Respublikasının Konstitusiyasının bəndlərində, qanunvericilik aktlarında, fərman sərəncamlarda Azərbaycan multikulturalizminin siyasi əsasları öz əksini tapmışdır. Azərbaycan mədəniyyətlərarası dialoqun bənzərsiz məkanına çevrilmişdir. Amma bununla yanaşı, öz milli-mənəvi dəyərlərimizi qoruyuruq.

 

Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqının multikultural ənənələrinin qorunması sahəsində həyata keçirilən siyasi xətt bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən inamla davam inkişaf etdirilir. Multikulturalizm dövlət siyasəti olmaqla yanaşı, müasir Azərbaycan cəmiyyətində dəyişməz həyat tərzi kimi təzahür edir.

 

Azərbaycan bu gün iki fərqli sivilizasiya arasında - Şərq Qərb arasında körpü rolunu oynamaqla öz nüfuzunu daha da gücləndirməkdədir. Bu gün Azərbaycan BMT, ATƏT, Avropa Şurası, İslam Konfransı Təşkilatı, GUAM kimi mötəbər təşkilatların tamhüquqlu üzvüdür. Azərbaycan Avropa İttifaqının həyata keçirdiyiŞərq tərəfdaşlığılayihəsi çərçivəsində Avropaya inteqrasiya prosesini uğurla davam etdirir.

 

Ölkəmizdə tolerantlıq mühiti hər zaman ən yüksək səviyyədə olduğu üçün burada multikulturalizm, millətlər dinlər arasında olan münasibətlərə, dialoqa həsr edilmiş beynəlxalq səviyyəli bir çox tədbirlər, elmi konfranslar keçirilir. Dünyanın müxtəlif ölkələrinin ənənəvi dünya dinlərini təmsil edən 200-dən çox nümayəndənin iştirak etdiyiQloballaşma, din, ənənəvi dəyərlərmövzusunda tədbir 2010-cu ilin aprelində məhz Bakı şəhərində keçirilmişdir. Bunu Azərbaycanın beynəlxalq aləmdə tanınması, tolerantlıq mühitinin genişlənməsi inkişafı ilə əlaqələndirmək olar. 2011-ci ildən başlayaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şəxsi təşəbbüsü ilə hər iki ildən bir Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilir. Bu Forumlar UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, Avropa Şurasının Şimal-Cənub Mərkəzi, İSESCO, BMT-nin Dünya Turizm Təşkilatının tərəfdaşlığı ilə reallaşdırılır.

 

Ölkəmizdə multikuturalizmin, milli-mənəvi dəyərlərin inkişafında təbliğ edilməsində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın əvəzsiz xidmətləri vardır. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə dünyanın müxtəlif ölkələrində möhtəşəm layihələr reallaşdırılmışdır.

 

2014-cü il sentyabrın 26-da BMT Baş Məclisinin 69-cu sessiyasında Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun 2016-cı ildə Bakıda keçirilməsi barədə qərarına əsasən 2016-cı il aprelin 25-27-də Bakıda Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci qlobal forumu keçirilmişdir. Forumda dünyanın 140-dan çox ölkəsindən nümayəndə heyətləri, çoxsaylı beynəlxalq təşkilatların, dini konfesiyaların, QHT-lərin nümayəndələri iştirak etmişlər.

 

BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun Azərbaycanda keçirilməsi ölkədə multikultural tolerant mühitin olmasının göstəricisidir. Multikulturalizmin bu formada geniş təsbit tətbiq olunması Azərbaycanın dünyaya olan töhfələrindən biridir.

 

Bu günlərdə - noyabrın 14-15-də Bakıda müxtəlif dini konfessiya təriqət liderlərinin, müxtəlif ölkələrin siyasi, ictimai, elm din xadimlərinin beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə keçirilən Dünya dini liderlərinin II Bakı Sammiti keçirilmişdir.

 

İki gün davam edən sammitdə dini liderlər terrorizmin, müxtəlif zəminlərdə ayrı-seçkiliyin, ksenofobiyanın, dini etnik zəmində dözümsüzlüyün artması, terrorçu ekstremist qruplaşmalar tərəfindən dini dəyərlərin məqsədyönlü təhrif olunması, mədəni, dini tarixi irsin dağıdılması, eləcə , miqrantların humanitar fəlakət həddinə çatmış kütləvi axını nəticəsində dünyada sülhün, qlobal dialoqun bəşəri həmrəyliyin bərqərar olmaması ilə bağlı öz dərin narahatlıqlarını ifadə ediblər.

 

Dünya dini liderlərinin II Bakı Sammitinin yüksək səviyyədə təşkili, habelə müxtəlif mədəniyyətlərin dinlərin daşıyıcılarının, dövlət, ictimaiyyət elm xadimlərinin görüşləri fikir mübadilələrinin aparılması üçün yaradılan şəraitə görə tədbirin Təşkilat Komitəsinə minnətdarlıq bildirilib.

 

Sammitdə yekdil olaraq bildirilib ki, özündə bəşəri dəyərləri ehtiva edən dinlər dünya sivilizasiyasına, mədəniyyətinə mənəvi irsinə əhəmiyyətli töhfə verməli, humanizmin təşviq edilməsinə, sülhün ədalətin təmin olunmasına xidmət etməlidir.

 

Sonda bir daha vurğulamaq istəyirəm ki, multikulturalizmin dünyanın bəzi ölkələrində müxtəlif modellərinin olmasına baxmayaraq, Azərbaycanın dünyaya təqdim etdiyi multikulturalizm model bir çox dövlətlər tərəfindən rəğbətlə qarşılanır nümunə kimi tətbiq edilir. Ölkəmizin bu sahədə liderə çevrilməsi dünya xalqları üçün əvəzsiz nümunə kimi qəbul olunması qürurvericidir. Ölkəmizdə olan multikultural reallığın təkcə azərbaycanlıların deyil, xarici elm xadimlərinin, siyasət nümayəndələrinin, həmçinin tələbələrin gözü ilə dünyaya təqdim edilməsi müsbət ənənəyə çevrilməkdədir.

 

Multikultural dəyərlər ümumbəşəri xarakter daşıdığı üçün hər birimiz ölkəmizdə bu dəyərləri qorumalı təbliğ etməliyik. Ölkəmizin milli marağına, milli dini birliyimizə xələl gətirmək istəyənlərə qarşı mübariz olmalıyıq. Xalqımızın tarixdən gələn milli-mənəvi dəyərlərini biz gənclər yaşadaraq gələcək nəsillərə ötürməliyik.   

 

Saleh Abbaslı

Həftə içi.- 2019.- 23-25 noyabr. S. 7.