Türk tarixinə serialla
hücum: nifrət aşılayan “Məmlüklərin atəşi”
Bu günlərdə belə bir xəbərə rast gəldim ki, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərində yayımlanan “Məmlüklərin atəşi” adlı serial birmənalı şəkildə türk tarixini ləkələməklə məşğuldur, Osmanlı dövlətinin guya ərəblərə qeyri-insani münasibət bəslədiyini, onlara zülm etdiyini göstərməklə ərəblərdə türk millətinə qarşı nifrət və qəzəb alovlandırır. Hətta Niderlandda fəaliyyət göstərən Türk və Ərəb Dünyası dərnəyinin sədri Məhmət Tütünçü bütün bu haqsızlığa dözməyərək serialın ssenari yazarına telefon açıb, amma o, danışmaqdan yayınıb. Yəni “indi işim var, özüm sizə zəng vuracağam” deyib və sonradan bir daha dərnək sədrini aramayıb. Mən də Məhmət Tütünçü ilə əlaqə saxlayaraq nə baş verdiyini öyrənməyə çalışdım. Görək cənab Tütünçü bizə nələr deyəcək:
- Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri tərəfindən maliyyələşdirilən “Məmlüklərin atəşi” adlı serial 16 bölümdən ibarətdir. Bu yaxınlarda MBC telekanalında yayımlanmağa başlanılıb. Serialın sujet xətti Osmanlı dövləti ilə Məmlüklərin mübarizəsindən bəhs edir. Ssenaridə Osmanlı dövləti və onun ordusu olduqca qəddar, qana susamış kimi təbliğ olunur. Məmlüklər isə “peyğəmbərin nəvələri olan ərəblər zülmə məruz qalan məzlum insanlar” olaraq göstərilir. Ssenari müəllifi hətta bir az da irəli gedərək əsərində Osmanlı sultanı Səlimin, Məmlük sultanını olmazın əzab-əziyyəti veriləndən sonra asdırdığını göstərən səhnələrlə tarixi təhrif edir.
- Belə demək mümkündürsə, türklər zalım, qaniçən, ərəblər isə sülhsevər, məzlum millət kimi təbliğ olunur. Məncə bunu indiki dövrdə yeni nəsilləri qarşı-qarşıya qoymaq üçün edirlər...
- Düzdür, serial boyu türklərin qəddar obrazı yaradılmaqla, ərəblər məsumlaşdırılır. Hesab edirəm çox gülünc ssenaridir. Çünki hər kəsin də bildiyi kimi, Məmlüklər Misirdə qurulan türk dövlətidir. Hətta ilk zamanlarda Misiri Devlət ət-Türkiyə, yəni Türk dövləti adlandırmışdılar. Tarix də sübut edir ki, Məmlük dövlətinin bütün sultanları milliyətcə ya türk olub, ya da çərkəz. Üstəlik, bu saraylarında həmişə əsasən türk mədəniyyəti hakim olub. Məmlük sultanları hər zaman özlərini türklərin, ərəblərin və farsların sultanı adlandırıblar. Osmanlılar nə qədər türkdürsə, məmlüklər də bir o qədər, hətta onlardan da artıq türkdür.
- Serialda Məmlük sultanı Gavri ərəb olaraq təqdim edilir. Bu nə dərəcədə doğrudur?
Son Məmlük sultanı olan Kansu Gavrinin türkcə yazdığı şeirlər günümüzədək qalır. Hətta hesab edilir ki, o, dövrünün Osmanlı sultanı olan Sultan Səlimdən daha gözəl türkcə yazıb. Yəni bu Məmlük - Osmanlı qarşılaşdırılması tarixi gerçəkliklərə tamamən ziddir. Hesab edirəm ki, tarixi dəyişdirə bilməyəcəyimizə görə, kimlər ki, narahatdır, özlərinə başqa coğrafiya seçsə yaxşı olar. Çünki heç kim türkləri Yaxın Şərqdən çıxara bilməz. Bunu etmək mümkün olsaydı, tarixin özü qalmazdı. Serialda ərəb olduğu iddia olunan Məmlük sultanı Kansu Gavrinin Osmanlı sultanı Yavuz Səlimə türkcə yazdığı şeirdən bir bəndə baxaq:
Bana rahm
eyle nigarum Tanrı içün
Vaslına
Ümid varam Tanrı içün
Söyle
mecnun eyledi askin beni
bilmezem
gece ve gündüz Tanri içün...
Yəni filmin quruluşu başdan-başa
yanlışdır, saxtadır. O dövrdə hakimiyyətə gəlmək
üçün mübarizə iki sülalə arasında
gedib və burada qəti şəkildə türk-ərəb
milli məsələsi olmayıb. Osmanlı
dövləti ərəbə necə zülm edə bilər
ki, nəzarətindəki ölkələrdən topladığı
vergiləri Məkkə və Mədinənin inkişafına
xərcləyib, dolayısıyla ərəb xalqlarının
inkişafına çalışıb. Hətta
Sultan Səlim ərəbləri nəcib millət
adlandırıb və hakimiyyəti dövründə
heç vaxt onlara qüsurlu davranmayıb.
- Serial
hansı ölkədə çəkilir, ssenaristi və
rejissoru kimlərdir? Ümumiyyətlə, bu
serial Səudiyyə Ərəbistanı və Birləşmiş
Ərəb Əmirliklərindən başqa hansı ölkələrdə
yayımlanıb indiyədək?
-
Serialın yayımlandığı MBC telekanalı Səudiyyə
Ərəbistanı tərəfindən maliyyələşdirilir.
Səhv etmirəmsə 16 bölümdür.
Filmi ərsəyə gətirmək
üçün çox böyük büdcə
ayrılıb. Filmin sujet xətti qeyd etdiyimiz kimi,
Osmanlı – Məmlük mübarizəsindən və Yavuz
Sultan Səlimin 1517-ci ildə Qahirəni ələ keçirərək
ərəb torpaqlarınfa hakimiyyətini bərqərar etməsindən
ibarətdir. Serialın əsas siyasi hədəfi
ərəblərin nəzərində türklərin mənfi
obrazını yaratmaqdır. Seriala
böyük büdcə ayrıldığı
üçün, xüsusilə döyüş səhnələri
texniki baxımdan yüksək səviyyədə çəkilib
və filmdə ərəb dünyasının ən məşhur
aktyorları rol alır. Ərəb dünyasında
çox izlənilən telekanal olan MBC-də indiyədək 4
bölümü yayımlanan serialın direktpru Peter Vebber,
ssenari müəllifi Məhəmməd Sulayman Abdulmalikdir.
Filmdə baş rolları Xaled əl-Nabavi, Mahmud Nasr, Abdel
Moneym Amayri, Raşeed Assaf, Mona Vasef, Akef Najem, Kinda Hanna və
sairdir.
- Bildiyim
qədər Türkiyənin istər siyasi hakimiyyətindən,
istərsə də sənət cameəsindən indiyədək
sözügedən seriala hər hansı etiraz bildirilməyib.
Sıradan bir seriala rəsmi Ankaranın etiraz etməsi
nə dərəcədə doğrudur? Sizcə
bu etirazı hökumətin əvəzinə Türkiyədə
mövcud olan saysız-hesabsız mədəniyyət vəqfləri
etsə daha düzgün olmazdımı?
- “Məmlüklərin
atəşi”nı birmənalı olaraq ərəblərlə
türk milləti arasında nifrət toxumları səpən
televiziya məhsulu adlandırardım. Serialda da
göründüyü kimi, Osmanlıların timsalında
türklər guya ərəblərə zülm etmiş kimi
göstərilir. Bu səbəbdən də
serial həm tarixi həqiqətlərə ziddir, həm də
bu günümüzdə milli müstəvidə nifrəti
alovlandıran, açıq-aşkar psixoloji əməliyyat
sayıla bilər.
- Gəlin
səmimi danışaq: istər serial olsun, istərsə də
kino, teatr –bunlar zövq məsələsidir. Amma təəssüf
ki, hazırda Türkiyə telekanallarında o qədər
bayağı, mənasız və müasir tələblərə
cavab verməyən seriallar yayımlanır ki... Məsələn, şəxsi fikrimcə TRT-1-də
yayımlanan “Əlimi buraxma” adlı seriala xərclənən
pul çölə atılır. Əla
aktyor heyyəti var, amma ssenarisi tamamilə xülyalar üzrə
yazılıb. Bir qadın bütün
insanları barmağına dolayıb, məhkəmə-hüquq
sistemi – hər kəs onun dediyini təsdiqləyir və sair.
O filmə baxan hər kəs o dəqiqə Türkiyə
haqqında mənfi şeylər düşünür – bu
ölkədə qayda-qanun yoxdur deyir. Məncə ölkənin
adına və qazandığı uğurlara kölgə salan
belə istinadsız, “havadan yaranmış” seriallardansa,
ölkənin maraqlarını qoruyan, “Barış
pınarı”, “Zeytun budağı”, “Fərat qalxanı” və
sair kimi mövzulardan bəhs edən filmlər çəkilsə
dünyada Türkiyəni hədəfə alan düşmənlərə
daha tutarlı cavab olardı...
-
Haqlısınız. Bu gün türk
telekanallarında yayımlanan serialların çoxu həm
tarixi reallıqlara uyğun gəlmir, həm də qeyri-əxlaqi
səhnələrə yer verir. Əlbətdə
ki, bunları təşviq etməyimiz mümkün deyil.
Amma qeyd edim ki, bu serialların heç birində
başqa millətləri pisləyəcək,
aşağılayacaq hər hansı sujetlərə yer
verilmir. Yəni hər nə zərəri
varsa da, öz millətimizə çatır. Bizim telekanallarda ümumilikdə xəyali seçilən
düşmənlə mübarizədən bəhs edən
ssenarilər yazılır.
- “Məmlüklərin atəşi”nin ssenari müəllifini aramısınız, amma onunla danışa bilməmisiniz, “özüm sizə zəng vuracağam” deyib, amma vurmayıb. Hesab edirəm ki, bu məsələdə diaspor təşkilatları da böyük işlər görə bilər. Tək siz deyil, Niderlanddakı, ümumiyyətlə, Avropanın hər yerində fəaliyyət göstərən türk və hətta Azərbaycan diasporlar təşkilatları sözügedən ssenaristlə görüşüb etirazlarını bildirə, onu ərəblərdən qazandığı pul qarşılığında tarixi təhrif etməməyə dəvət edə bilər. Bu müstəvidə nələrsə etmək fikriniz varmı?
- Əlbətdə. Bu müstəvidə
davamlı olaraq görüşüb müzakirələr
aparırıq. Xüsusilə də bu serialda mövcud olan
tarixi faktların təhrif edildiyini dəlillərlə
isbatlayaraq ssenarinin gülünc və qəbuledilməz
olduğunu başa salacağıq.
Vüsal.
Həftə
içi.- 2019.- 26-27 noyabr. S. 4.