Beynəlxalq Bakı Tanqo Festivalı 3-cü
buraxılışı ilə geri
qayıdır
Argentinanın ölkəmizdəki Səfirliyi və “United Cultures”in The Landmark Baku, Bakı Metropoliteni, Nizami Kino Mərkəzi və Nizami Restaurant&Lounge ilə birgə Mədəniyyət Nazirliyi, ADA Universiteti, Bakı Xoreoqrafiya Akademiyası, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, NESS Company, IN Tango Baku, Tango On, El Club de Tango, Badi Kuba və R&N-project Dance School in Baku, Macrobiosis Tango School-nun dəstəyi ilə təşkilatçılıq etdiyi Beynəlxalq Bakı Tanqo Festivalı 28 noyabr – 1 dekabr tarixlərində 3-cü buraxılışı ilə geri qayıdır.
Hafta.az yazır ki, festivalda nüfuzlu beynəlxalq rəqqaslar ehtiras dolu duyğularını paylaşacaqlar. 3-cü dəfə keçirilən festivalda xüsusi qonaq qismində Argentinanın 2019 Dünya və Avropa Çempionları Aqustina Piyacco və Maksim Gerasimov (Argentina/Rusiya), Xulio Saavedra və Tekla Qoqriçyani (Argentina/Gürcüstan), Yakof Şonski & Maryam Rossa (Gürcüstan) və Sesilia Akosta və Levan Qomelauri (Argentina/Gürcüstan) iştirak edəcəklər. Onlar rəqs elementlərinin zərifliyi ilə hər kəsi heyran edəcəklər.
Festivalda həmçinin musiqiçi Viktor Hüqo Villena və Lautaro Tisseranı da
görə biləcəksiniz. Argentinada təhsil
almış bandoneon ifaçısı Viktor Hüqo Vilena dövrün ən
yaxşı bandoneonistlərindən biri hesab olunur. Lautaro Tissera isə müasir Argentina tanqosunda ən görkəmli gitara ifaçılarından
biridir.
Festivalın ən vacib tədbiri
bütün beynəlxalq
sənətçilərin səhnədə ifa və rəqs edəcəyi Nizami Kinoteatrının Böyük
Zalında şənbə
günü keçiriləcək
Qala Şoudur.
Qala Şoudan sonra rəqs səhnəsi sərbəst tanqo üçün tamaşaçıların
ixtiyarına veriləcək
və hər kəs Argentinanın Tanqo ruhunu hiss edə biləcək. Festival çərçivəsində
həmçinin Tango dərsləri,
tanqonun tarixi ilə bağlı konfrans, musiqiçilər
üçün master-klasslar
və sənədli
film olacaq.
Festivalın məqsədi Argentina mədəniyyəti
və musiqisini tanıtmaq və iştirakçıları yeni
sənətçilər, rəqqaslar
və ritmlər kəşf etməyə dəvət etməkdir.
Vüsal.
Həftə içi.- 2019.- 26-27
noyabr. S. 8.