“Mən hər iki
peşəmi sevirəm”
Səhətimlə əlaqədar olaraq Sabunçu rayonunun Bakıxanov qəsəbəsində fəaliyyət göstərən Bakı şəhər 11 saylı Poliklinikaya getdim. 208 saylı həkim otağına daxil olanda xəstələri səmimi qarşılayan Məlahət Hümmətqızını gördüm, amma bir terapevt- həkim kimi orada çalışdığını görəndə gözlərimə inanmadım. Mən onu yazıçı-şair kimi tanıyırdım. İlk baxışdan xəyallarım məni yaxın keçmişə, 1993-cü illərə apardı. O illərdə Məlahət Hümmətqızının imzası mənə tanış idi. “Xalq”, “Azərbaycan gəncləri” və digər mərkəzi qəzetlərdə onun bir-birindən gözəl məqalələri, hekayə və şeirləri çap olunurdu. “Xalq qəzeti”ndə Məlahət xanımın “Bir palatadan düşüncələr”adlı məqaləsini oxumuşdum, çox təsirli yazı idi.
Elə bu səbəbdən, “Ədəbi düşüncə” rubrikasının budəfəki qonağı AYB-nin üzvü, terapevt -həkim, yazıçı-şair Məlahət Hümmətqızıdır.
Məlahət Hümmətqızı (Məlahət İsayeva) 1972-ci ildə Bakı şəhərində doğulub, Sabunçu rayonunun Bakıxanov qəsəbəsində fəaliyyət göstərən Bakı şəhər 80 saylı tam orta məktəbi bitirib. 1991-ci ildə Azərbaycan Dövlət Tibb Universitetinin müalicə-profilaktika fakültəsinə daxil olub. 1997-ci ildə adıçəkilən universiteti əla qiymətlərlə bitirərək, terapevt ixtisasına yiyələnib. İnternaturanı 3 saylı Şəhər Klinikasında keçirib. Şəhər Səhiyyə İdarəsinin təyinatı ilə Bakı şəhər 11 saylı Poliklinikada terapevt-həkim kimi fəaliyyətə başlayıb. Gələn pasiyentlər və onunla bir yerdə çalışan həkimlər, tibb bacıları Məlahət xanımın qayğıkeşliyindən, peşəkar həkim kimi fəaliyyətindən razı qaldıqlarını bildirdilər.
- Məlahət xanım, biz sizi yazşıçı-şair və jurnalist kimi tanıyırdıq. Necə oldu ki, həkimlik sənətini seçdiniz?
- Uşaqlıq illərindən böyük
arzularla yaşamışam. Həqiqətən, arzum jurnalist olmaq idi. Ona görə
ki, ana babam
Məhəmməd İbrahimli
gözəl yazar, şair olub. Şirvan elində elə bir məclis olmazdı ki, babamı ora dəvət etməsinlər.
Babam şirin söhbəti və şeirləri ilə məclisləri rövnəqləndirərdi. Anam gözəl hekayələr
yazardı. Onun hekayələrini oxuduqca, ədəbiyyata,
jurnalistikaya marağım
daha da artırdı.
Yeri gəlmişkən deyim ki, istedad bizdə
nəsilliklədir. Məktəb illərindən hekayə və şeirlər yazmağa başladım.
Orta məktəbdə dərs
əlaçısı idim.
Ədəbiyyata xüsusi maraq
göstərirdim. İnşa yazılar
üzrə məktəblərarası
keçirilən Bakı
şəhəri və
respublika turlarının
həmişə qalibi
olardım. Amma arzum
ürəyimdə qaldı.
Xatırladım ki, bir polis zabiti kimi, Azərbaycan
polisinin şərəfini
qoruyan atam məni çox istəyirdi. Açığını deyim ki, valideynlərim
ailədə çox
mehriban olublar. Atam anama bir dəfə
də olsun güldən ağır söz deməyib. Eləcə də anam bir
dəfə də olsun, atamın sözündən çıxmayıb.
Çox
mehriban ailə olmuşuq. Məni çox istəyən atamın arzusu ağ xalat
geyimində həkim kimi görmək idi. Onun arzusunu həyata
keçirib, həkimlik
sənətini seçdim.
Amma heç də peşman deyiləm. Hər dəfə xalatımı
əynimə geyinəndə
onu öpürəm.
- Nədən?
- Bir həkim kimi insanların sağlamlığı keşiyində
dururam. Xalatımı ona görə
öpürəm ki, mən həkiməm – şərəfli bir peşə sahibiyəm.
Neçə-neçə insanı müalicə
edib onları həyata qaytarıram.
Mənim üçün
bundan da şərəfli nə ola bilər
axı? Həkimlik də bir peşədir. Peşəmi çox sevirəm. Atama minnətdaram ki, bu peşəni mənə sevdirdi.
- Sizcə, həkim necə olmalıdır? Axı həkim “Hippokrat” andına and içir.
Bu gün həkimlər
bu anda sadiq
qalaq bilirlərmi?
- Hər bir insanın
qəlbi, vicdanı
var. Gərək hər
vaxt qəlbini duyub, vicdanını görə biləsən.
İnsan
qəlbi bir güzgüdür. Hər dəfə
evdən çıxıb,
işə gələndə
qəlbimin güzgüsünə
baxıb özümü
görürəm. Mən heç
vaxt sənətimə
xəyanət etməmişəm
və etmərəm də. Həmişə “Hippokrat” andına
sadiq qalmışıq.
Həkimlik çox ağır
peşədir. İnsan həyatı
ilə çalışır.
Xəstələrin taleyi onların
əlində olur.
Həkim
sənətinin vurğunu
olmalıdır. Böyük ümidlərlə
yanına gələn
xəstələrə şəfa
verməlidir. Biz bir
həkim kimi təkcə poliklinikada oturub xəstələrə
baxmırıq, hətta
evlərə, çağırışlara
gedirik. Biz Təcili Yardım Stansiyasının həkimləri
ilə birgə işləyirik. Onlar cağırışa
gedir, xəstələrə
ilk yardım göstərdikdən
sonra, poliklinikaya bu barədə məlumat verirlər.
Biz isə gedib
həmin xəstələri
müayinə edib, tam
sağalana kimi müalicəsini davam etdiririk.
- Bəs yaradıcılığa
nə vaxtdan başlamısınız?
- Ədəbiyyata 1993-cü illərindən gəldim. Hələ 3-cü kursda oxuyanda Sabir həkim bizə daxili xəstəliklərdən dərs
deyərdi. O, mənim
istedadımı görüb
yaradıcılığıma cığır açdı.
Xatırladım ki, Sabir həkim 5 saylı şəhər kliniki xəstəxanasında
müalicə alan bir xəstəsi “Xalq qəzeti”nin müxbiri Qalibə Eynullayeva ilə məni tanış edib dedi ki, tələbəmin
gözəl istedadı
var, zəhmət olmasa, onun hekayə
və şeirlərinə
baxasınız. Bir neçə
şeir və hekayələrimi aparıb
Qalibə xanıma təqdim etdi. Yazılarım onun çox
xoşuna gəldiyindən,
aparıb işlədiyi
“Xalq” və digər mərkəzi qəzetlərdə çap
elətdirdi. Bir sözlə,
məni bir yazıçı və şair kimi ictimaiyyətə tanıtdı.
Bu günə kimi üç – “Atasız dünya”,”Tənha yuva” şeirlər və “Qız anası” adlı hekayələrdən
ibarət olan kitablarım işıq üzü görüb.
- Bəs İki peşəni çiyninizdə necə daşıyırsınız?
- Hər iki peşə
ilə yola getməyi bacarıram və hər ikisini də sevirəm. Hərdən şairlik peşəm
həkimlik sənətimə
kömək edir.
Həkim
sənətini mükəmməl
bilməklə yanaşı,
həm də gözəl şair və psixoloq olmalıdır. Bəzən yanımıza
elə ümidsiz xəstələr gəlir
ki, onları dinlədikcə qəlbim göynəyir. Bu məqamda həkimlik təcrübəmlə yanaşı,
şairliyim də köməklik edir. Xəstələr bizə tək
xəstəliyindən yox,
həm də dərdlərindən, problemlərindən
də danışırlar.
Onları dinləyib məsləhərlər
veririk. Arada şeirlər deyib,
könüllərini alıb,
qəlblərinə yol
tapıram.
- Məlahət xanım bu yazar bolluğu
içində özünü
görə bilirmi?
- Ədəbiyyat çox
ağır sahədir. Gərək ədəbi
mühitdə bir yazar kimi özünü
görə biləsən.
Ona görə də güclü istedadın olmalıdır. İstedadının gücünə arxalanıb
yazmalısan. Əgər oxucun
varsa, demək, ədəbi mühitdə
görünürsən. Mənim kifayət qədər oxucum var.
- Bir qrup gənc
yazarımız var ki,
onlar özlərindənqabaqkı
nəsilləri bəyənmirlər.
Siz necə?
- İstedadı insana Tanrı bəxş edir. Hərəyə müəyyən ölçüdə. Hər bir dövrün özünün yazarı olub. Həmin yazarlar zaman-zaman ədəbiyyatı yaradıblar. Bütün Dünya ədəbiyyatının bünövrəsini dahi Nizami qoyub. Biz onu sevməyə bilmərik. Eləcə də Füzuli, Nəsimi, Sabir, Səməd Vurğun. Bəxtiyar Vahabzadə və başqaları. Adlarını çəkdiyimiz və çəkmədiyimiz keçmişdən üzübəri gələn yazarlarımız damla-damla yığışıb böyük bir ümman yaradıblar. Onları oxuyub, mütaliə etməsəydim, gəlib bu səviyyəyə çatmazdım, bir yazıçı-şair kimi yetişib Məlahət Hümmətqızı ola bilməzdim. O cür gənclər, mən deyərdim ki, çox yanlış fikirdədilər. Görünür, ədəbiyyatımıza kölgə salan bir qrup istedadsızın toruna düşüb. O cür düşünməkdənsə, gözəl bir əsər yazıb ortalığa qoysaydılar, daha yaxşı olardı. Söz düşmüşkən deyim ki, bu gün ədəbiyyatımızda müəyyən boşluq var. Televiziya kanallarında yersiz seriallara baxmaqdan artıq doymuşuq. Bu gün ən yararlı sahələrdən biri də həkim peşəsidir. Təəssüflər olsun ki, həkim taleyi, xəstə-həkim münasibətlərinə çağdaş ədəbiyyatımızda az yer verilir. Ümumiyyətlə, bu sahədən yazan yoxdur. İslam Səfərlinin “Göz həkimi” tamaşası neçə illərdir, keçib hələ də öz aktuallığını saxlayır. Qarabağ hadisələri zamanı tələbə yoldaşlarımızla Qanköçürmə İnstitutuna gedib, dəfələrlə qan verərdik. Eləcə də 1 saylı Şəhər Kliniki Xəstəxanasında yatan yaralı əsgərlərimizə həkimlərlə bərabər, biz tələbələr də ilk tibbi yardım göstərərdik. Yaralarını yuyardıq, sarğılarını dəyişərdik. Söz düşmüşkən deyim ki, o vaxtlar işıq yox idi. Şam işığında xəstələrə tibbi yardım edərdik. “Bir palatadan düşüncələr” adlı yazdığım məqaləm də elə xəstəxanada yatan 4 nəfər döyüşçünün həyatından bəhs edir. Biz döyüşçülərimizin keçirdiyi ağrıları hiss edirdik. Onlarla bərabər bu ağrıları yaşayırdıq, onların qəhrəmanlıqları, döyüş şücaətləri ilə fəxr edərdik. O dövrdə Vətənə məhəbbət, Vətənə sevgi vardı. Elə bu sevgi ilə də çalışardıq, yazıb-yardardıq. Şeirimin bir bəndi ilə fikrimi tamamlamaq istəyirəm:
Günləri günlərə düz calayanda,
Görürəm ömürdən çox illər keçib.
Ömrümün ən gözəl şirin çağını,
Gözyaşlı günlərim tək silib keçib.
Məlahət Hümmətqızı.
Müsahibəni apardı: Qələndər
Xaçınçaylı
Həftə içi.- 2019.- 15-16
oktyabr. S. 8.