15-16 yaşlarında ana
olmağa məcbur qalanlar
Zaman-zaman üzərinə
qayıtığımız mövzu yetkinlik yaşına
çatmayan qız uşaqlarının ailə həyatı
qurması üçün göstərilən təziqlər,
təhriklərdir. Yəni bu məsələ
hələ də cəmiyyətin yaralı yeridir, öz həllini
tapmır, maarifləndirmə işləri öz bəhrəsini
vermir. Elə yaxın günlərdə Şəkidə
yetkinlik yaşına çatmadan hamilə qalan qızla
bağlı təfərrüat məlum olub.
Şəki
Rayon Mərkəzi Xəstəxanasının ginekologiya
şöbəsinə Göygöl rayonunda anadan olmuş,
Şəki rayonunun Suçma kəndində yaşayan,
2003-cü il təvəllüdlü Q.N. gətirilib.
Belə ki, Göygöl rayon sakini Q.N. Suçma
kənd sakini, 22 yaşlı Babayev Bilal Möhəbbət
oğlu ilə rəsmi nikah olmadan birlikdə yaşayıblar.
Q.N. səhhətindəki problemlərlə
bağlı həkimə müraciət edib. Nəticədə, onun hamilə olduğu məlum
olub.
Yetkinlik yaşına çatmayan qızların ailə
təziqi ilə ailə qurması və ya partnyoru tərəfindən
cinsi əlaqəyə girmə kimi təhrik, təziq hansı
cinayət məsuliyyəti daşıyır, ümümiyyətlə
qanunvericilikdə bu haqda hansı qadağalar tətbiq olunur?
Hafta.az-a
mövzunu şərh edən hüquqşünas Vidadi Mirkamal
dedi ki, bu ilk növbədə əxlaq məsələsidir və
Azərbaycan cəmiyyətində özündən
böyüklərlə, qohum qardaşın sözü ilə
azyaşlı qızların ailə həyatı qurması
baş verir:
“Şahidi oluruq ki, o qızlar öz istəyi ilə ərə
getmirlər.
Hüquqi tərəfi odur ki, Azərbaycan Qanunvericiliyinə
görə, 18 yaşından az olan
qızların ərə verilməsi yalnız nəzərdə
tutulmuş müəyyən şərtlər çərçivəsində
mümkündür. 18 yaşdan aşağı – 16, 17 və
ya daha az yaşlarda ailə qurması
üçün qızları təhrik etmə, təziq
qadağandır. Bu qanun hamı üçündür; həm
ərəgedən qız üçün, həm onu alan oğlan üçün... Qızı alan bilməlidir ki, qanunla bu qadağan olunub. Əgər onlar ailə qurub yaşayacaqsa, artıq
digər maddə ilə - azyaşlılara qarşı əxlaqsızlığa
sövq etmə maddəsi ilə də cinayət məsüliyyətinə
cəlb oluna bilər. Hüquq-mühafizə orqanları
bu işlə maraqlanmalıdır”
Hüquqşünas
deyir ki, iki partnyorun öz istəkləri ilə belə ailə
münasibəti qurması cinayət məsuliyyəti
daşıyır: “Yaşı ailə qurmağ yaşına
çatmayıbsa, hər bir halda cinayət məsuliyyəti daşıyır.
Cəmiyyətimizdə bu kimi hallara da rast gəlmək
olur. Və əsas gətirirlər ki,
öz istəkləri nəticəsində baş verib. Bu isə yanlış düşüncədir.
Qanunvericilikdə tutulan yaş gözlənilməlidir”.
Ekspertlər həmçinin erkən yaşda
qızların ailə qurması məsələsini
qadınların hüququnun pozulması cəhdi kimi də qiymətləndirirlər. Həqiqətən
bu addımlar gələcəkdə qadınlar
üçün nə vəd edir, fizioloji yetişkənliyə
yenicə çatan qızın ailə qurduqdan sonra hansı
problemləri yaşaması qaçılmazdır?
"Təmiz
Dünya" Qadınlara Yardım İctimai Birliyinin rəhbəri
Mehriban Zeynalova isə hesab edir ki, erkən nikahlarla
bağlı vəziyyəti qiymətləndirmək qismən
çətindir: “Çünki latent
(üstüörtülü və daimi-red.) prosesdir.
Biz bilirik ki, streotiplər olan ölkələrdə bu cür
problemlərlə mübarizədə çoxlu çətinliklər
var. Amma buna baxmayaraq, bilirsiniz ki, Cinayət Məcəlləsində
məcburi nikahla erkən nikahı eyni qismdə qəbul eləmək
olar. Hər iki halda cinayət məsuliyyəti nəzərdə
tutulub. O cümlədən bir sıra qurumlar bu məsələlərdə
müəyyən tədbirlər planı hazırlayıb. O
cümlədən Ailə Qadın və Uşaq Problemləri
üzrə Dövlət Komitəsi regionlarda bu məsələni
gündəmə gətirdi, hətta Heydər Əliyev Fondu
bununla bağlı müxtəlif tədbirləri davamlı
şəkildə həyata keçirdi. Amma buna
baxmayaraq görünən səhnə odur ki, hələ ki
biz bu problemi kifayət qədər aradan qaldıra bilməmişik.
Hətta vəziyyət odur ki, nikah baş verdiyi
halda bu barədə cinayət işinin qaldırılması
ilə bağlı məlumat çox gec çatır. Yəni problem odur ki, streotiplər, adətlər, dar
çərçivədə, məhdud ərazidə
yaşayanlar, kəndlərdə, qəsəbələrdə
yaşayanlar bu barədə susur. İctimaiyyət
bu məsələdə aktiv iştirakçı deyil. İctimaiyyət buna kifayət qədər dəstək
vermir, yalnlz bəzi qruplar dəstək verir. Amma güc daha çox dəstək verməyən tərəfdədir.
Bu da mübarizəni bir az zəiflədir.
Mən hesab edirəm ki, erkən evliliyin
özündə cinsi zorakılıq var. Yəni mən bu məsələyə,
bu kontekstdən baxıram. İnsan 18
yaşına çatmayıb. Hələ
uşaqdır. Onun evliliyi artıq cinsi
zorakılıq qismində qəbul olunmalıdır. Bu
Cinayət Məcəlləsində bir maddə yox, bir
neçə maddə olduqda, bəli, onda bu cəza kifayət
qədər ağır ola bilər”.
Qeyd edə bilərik ki, bir çox hallarda erkən nikaha
daxil olan qızların həyatının sonrakı mərhələsində
problemlər, anlaşılmazlıqlar və bir sıra
psixoloji sarsıntılar, travmalar alırlar.
Psixoloq Vəfa
Əkbərin fikrincə, bu kimi hadisələrin səbəbləri
müxtəlifdir, belə halda təkcə bir səbəblə
problem yarana bilməz: "Hələ də ənənəvi
qaydaları üstün tutan yaşlı nəsil, modern
düşüncəli gənc nəslə “evliliyin”, “ər
çörəyinin” üstün olmasını deyirlər.
“Səbəblərdən biri də təhsilə meyilin
yaradılmaması, bir çox hallarda məcburi təcridolma,
uşaqların yerinə seçim və qərar qəbuletmə
- bu kimi
hallar mənfi təzahürlər gətirir. Yetkinlik
dövründə artıq hədsiz yüklənməyə məruz
qalır. Gənclərin
emosiyalarını valideynlər dərk etmir. Duyğular saxta olmur, həqiqi olur. Bəzən isə öz yaşadığı hisslər
ona səmimi gəlir və özü də seçimlər
edir. Valideynlərlə bu halda müdaxilələrə
əl atır. Belə olan halda mütləqdir
ki, psixoloqlara müraciət olunmalıdır”.
Sosioloq
Sahib Altayın isə məsələyə münasibəti
belə oldu:
"İlk öncə bu suallara cavab tapmağa
çalışaq. Erkən nikah nədir? Niyə onun adı erkən nikahdır? Bir nikahın erkən olmasının səbəbi nədir?
Erkən nikah bir oğlan və ya
uşağının hüquqla təyin edilmiş yaş həddindən
öncə könüllü və ya məcburi olaraq birgə
yaşayışı və ailə qurmaq missiyasını
reallaşdırmasıdır.
Hüquq yuxarıda qeyd etdiyimiz yaradıcılıq
göstəriciləri arasında sosial və siyasi idarəetməni
əks etdirən yaradıcılıq göstəricisidir. Hüququ
hüquqşünaslar yox, moralistlər (əxlaq nəzəriyyəçiləri)
və elm adamları yaradıblar. XVIII əsrə
kimi mövcud olan hüququn əsas tərkib hissəsi dindən
və moralizmdən qaynaqlanırdı. Yəni
heç bir təcrübə predmeti yox idi. XVIII əsrdən etibarən isə intibah
dövrü irəlilədikcə, hüquq da analitik elmin
predmetlərinə uyğun formalaşmağa başladı.
Nikah və əsgərlik yaşı da sırf
bu predmetə uyğun olaraq 17-18 yaş qəbul edilib. Və bu yaşdan öncə baş verən
bütün ailə aktları erkən nikah sayılır.
Bəs bir halda ki bu yaş həddindən
öncə olan evliliklər nikaha daxil edilmir, o zaman niyə
buna "nikah və ya erkən nikah" adı verilir. Bu,
birbaşa olaraq inanc, din və dini kəbinlə
bağlıdır. Yuxarıda qeyd etdiyimiz
dövrə kimi din sosial qanunlar toplusu olaraq konstitusiyanın əvəzedicisi
idi. Qərbdə bu missiyanı kilsə,
Şərqdə isə qazilik və onun himayəsində olan
"mollalıq sistemi" yerinə yetirirdi. Əhalisinin əksəriyyəti inanclı olan
toplumlarda valideynlərin Allah qarşısında günah
işləmək kimi bir dərdi olmur, çünki erkən
nikahı dini kəbinlə reallaşdıra bilirlər. Analitik hüququn intibahından sonra isə bu
davranış hüquqi baxımdan cinayət sayılır.
Bəs hüquq niyə 17-18 yaş təyin edib? Burada iki
mövzuya toxunacağıq - cəmiyyət və yetkinlik.
Cəmiyyət - 5 amil - dil, təhsil, mədəniyyət,
tibb, siyasət əsasında formalaşan sosial struktur. Bu şərtlər ödənilmədiyi halda hər
hansısa bir toplum cəmiyyət olmur. Ya
sürü, qəbilə, ya kütlə, ya da qəbiləylə
cəmiyyət arasında, heç bir sosial statusu olmayan
"toplum" adını alır. Elm hər
şeyə reallıq çərçivəsində ideal
yanaşır. Elm deyir ki, bu amillərin
mövcud olduğu halda bir cəmiyyət formalaşdıran
toplumlarda həm oğlan, həm qız uşaqları fərd
olur. Və o vaxtdan etibarən fərd
yetişdirən institutu-ailəni qurmağa qadirdirlər.
Hüquq da məhz bu prinsiplə nikah və hərbi
xidmət yaşını 17-18 olaraq müəyyənləşdirib.
Yetkinlik nədir? İnsan bioloji varlıq olmaqla
yanaşı, həm də sosial varlıq olduğu
üçün, insan ömründəki yetkinlik statusu iki yerə
ayrılır - bioloji yetkinlik, psixoloji-sosial yetkinlik.
Bioloji yetkinlik qız uşaqlarında 9-15 yaş arası əvvəlcə
bədən quruluşunun dəyişməsi, sonra menstruasiya
(el arasında aybaşı kimi bilinən adət halı)
halının başlamasıyla, oğlan uşaqlarında isə
12-17 yaş arası öncə bədən quruluşunun dəyişməsi,
cinsiyyət orqanının formalaşması və
böyüməsi, üz və qasıq nahiyələrində
tüklərin əmələ gəlməsi, ikinci və
üçüncü mərhələdə ilk seksual istəklərin
oyanması, orqanizmin əsasən çanaq və qarın
boşluqlarında yerləşən testislər, epididim, vas
deferenstan, seminal vəzikullar - prostat və penisin zəncirvari
fəaliyyəti nəticəsində formalaşan, ilkin
dövrlərdə su, daha sonra süd rənginə oxşar,
ağ rəngli "sperma" adlanan mayenin ifraz olunmasıyla
formalaşır. Psixoloji-sosial yetkinlik isə həyatı
dərk etmək və müstəqil qərar qəbul etmək
qabiliyyətinin formalaşmasıyla əlaqədardır.
Bu da təbii ki, sosiologiyanın cəmiyyət
düsturu yla əlaqədardır. Nikah və
hərbi xidmətlə yanaşı, "kişi" və
"qadın" statusu da bu prinsiplərlə əlaqədardır.
Bioloji bakirəliyin fenomen olduğu toplumlarda
oğlan və qız uşaqlarına bu statuslar nikahdan sonra
veririlir. Əslində isə elmin təqdim etdiyi modelə
əsasən artıq psixoloji-sosial yetkinliyə
çatmış yetiyetmə "fərd" sayılır
və onun bioloji bakirəliyinin olub- olmamasından, nikah
bağlayıb-bağlamamasından asılı olmayaraq
"kişi" və "qadın" statusu alır.
Nikah, ailə və cinsi fəaliyyət. Gəldik məsələnin
ən qəliz, ən incə və ən çox izah,
sübut tələb olunan məqamına. Bu
məqamda öncə analiz edəcəyimiz mərhələ
"ailə" anlayışıdır. Ailə nədir? Analitik elmin
intibah dövrünə kimi ailə moralizmin əsas müdafiəçisi
idi. Yəni Sokratın, İbn Xaldunun, İmmaniel
Kantın irəli sürdüyü bəşəri, Platonun,
Ouqust Kontun, Will Durantın irəli sürdüyü ictimai əxlaq,
Bertran Rasselin irəli sürdüyü bəşəri əxlaqa
bağlı fərdi və ictimai əxlaq anlayışı
xaric, cinsiyyətçiliyə dayanan bütün şəxsi
əxlaq anlayışları və xüsusilə cinsi
dominantlığın, sosial asılılığın nəticəsində
qadının üzərinə yüklənən
"namus" məsələsi ailədə öz həllini
tapırdı. Cinsi münasibət digər
canlılardan fərqli olaraq, insanda nəsil artırmaqla
yanaşı həm də davamlı bioloji ehtiyac və
psixoloji, mənəvi zövq olduğuna görə, ailə
insan və cəmiyyətdə həm nəsilartırmaq
metodu, həm də seksual istəklərin əxlaq səviyyəsinə
ödənildiyi qurum hesab olunurdu. Ancaq elm
inkişaf etdikcə yeni-yeni nəticələr əldə
olundu, modellər yarandı".
Ruzbeh
Həftə içi.- 2019.- 19-21
oktyabr.- S.8.