Mediada islahat reallığı...
və islahata dəstək populizmi
Azərbaycan mediasında islahatlar. Baxıram, son günlər mövzuya xüsusi maraq var. Əlbəttə, maraq olmalıdır. Ölkə Prezidenti
cənab İlham Əliyev oktyabrın 15-də
keçirdiyi iqtisadi müşavirədə məmurların
bir-biri ilə rəqabətində mətbuatın
bir növ, alətə çevrildiyini
bildirib, məsələnin
yolverilməzliyini, hətta
dözülməzliyini vurğulayıb.
Ümumən dövlət başçısının
media ilə əlaqədar
hər fikri, belə desək, “yol xətirəsi”dir. Əslində onun istər kütləvi informasiya vasitələrimizin
dünya standartlarına
cavab verən fəaliyyət mahiyyətinin
zəruriliyinə, istərsə
də jurnalistlərimizin
peşəkarlıqlarının artırılmasına, hazırlıq
səviyyələrinin yüksəldilməsinə,
xüsusən də xarici dil biliklərinin
gücləndirilməsinə dair zaman-zaman bölüşdüyü düşüncələr
böyük islahatçılıq
motivinə köklənir.
Prezident işıqlı, parlaq simadır, yenilikçidir,
yeni fikirlərə açıqdır. O, jurnalistikanın
qlobal informasiya məkanındakı çəkisini
hər kəsdən daha gözəl qiymətləndirməyi bacarır.
Yəni dövlət başçımızın media həssaslığının islahatçılıq
ruhunu hər zaman hiss etmişik. Nəzərə alaq ki, ölkədə bu sahədə əldə edilən uğurların hərəkətverici qüvvəsi,
ideya örnəyi də məhz cənab İlham Əliyevdir.
Media ictimaiyyətinin nümayəndələri
olaraq bizlər Prezidentin köməkçiləriyik. Köməyimiz təkliflər vermək, onların həyata vəsiqə qazanmasına
dəstək göstərməkdir.
Nə dərəcədə dəstəkləmişik,
məsələ üzərində
dayanmaq olar. Uğurular kifayət qədərdir.
Nöqsan və çatışmazlıqlar
da yetərincədir.
Mərkəzdə dayananı hamı görür. Onu tənqid etmək
asandır. Heç də
hesab etmirəm ki, hər kəs
reallıqları düşünməlidir.
Hansısa redaksiyada çalışan
və həyat ehtiyaclarını qarşılamaqda
çətinlik çəkən
peşəkar jurnalistin
özünün reallıqları
və həqiqətləri
var. O, üzləşdiyi durumu
obyektiv qiymətləndirməməkdə
haqlı görünə
bilər. Amma tənqid
edənlərin hamısı
onun vəziyyətini düşünərəkmi danışır?
Əsla yox. Kimsə öz yerini isti saxlamaq istəyir,
kimsə öz xidmətini təklif edib daha çox
fayda götürməyi
planlaşdırır və
sair…
Bizə at izinin it izinə
qarışdığı cəmiyyət, bunun media cameəsindəki təzahürü
lazım deyil. Bəli, illərdir obyektiv reallıqlardandan danışırıq.
Bildiririk
ki, Azərbaycanda reklam bazarı demək olar, yox səviyyəsindədir,
mediamız iqtisadiyyatımızda
zəif təmsil olunur, qəzet yayımı sahəsindəki
vəziyyət ürəkaçan
deyil. Vaxtilə KİVDF də məhz
ona görə yarandı ki, mətbuat bazar iqtisadiyyatının mənfi
təsirlərindən sığortalansın.
Müəyyən mənada sığortalandı,
dirçəldi, inkişaf
etdi. Yaşadığımız regionun KİV-ləri
ilə hər hansı paralellər aparmaq niyyətindən uzağam. Əlbəttə, üstünük. Amma nəyə görə özümüzü zəiflərlə
müqayisə etməliyik?
Biz daha güclü
olmalıyıq. Bəlkə
KİVDF-ni ələ
keçirib, qurumun hazırkı 4 milyonluq büdcəsini 40 milyona çatdırmağı düşünməklə
vəziyyətdən çıxmaq
mümkündür?! Mümkündür, amma bunun adı
islahatmı olacaq?
Bunu da demişik ki, ölkəyə gətirilən
hazır çap məhsulları və qəzet kağızı üzərində 2016-cı ildən
tətbiq edilməsinə
başlanılan əlavə
dəyər vergisi mediamızın iqtisadi durumuna mənfi təsirini göstərməkdədir. Söhbət KİVDF-nin büdcəsinin təqribən yeddidə biri həcmində olan məbləğdən
– 600 min manat vəsaitdən
gedir. Hazırkı reallıqları nəzərə alsaq, bu, heç də kiçik rəqəm deyil.
Sosial elan və reklamların
KİV-də bölüşdürülməsinə
dair beynəlxalq təcrübənin tətbiqini
vacib saymışıq. Mətbuat Şurasının
İdarə Heyətinin
oktyabrın 18-də keçirilmiş
iclasında səslənmiş
təkliflərdən biri
də bu idi ki, dövlət
qurumlarının büdcələrində
təbliğat məqsədilə
ayrılmış vəsaitin
həmin qurumların özlərinin təsis etdikləri KİV-lərə
deyil, ictimai rəyə real təsiri olan media orqanlarına yönləndirilməsi təmin
edilməlidir. Burada söhbət
daha böyük miqyaslı vəsaitdən
gedir. Göründüyü kimi, əlverişli
şəraitin yaradılması
və qanunvericilik tədbirləri vəhdətdə
olmalı, bir-birini tamamlamalıdır. Nəzərə alaq ki, biz KİV-lərə dövlət dəstəyinin ümumiyyətlə
göstərilmədiyi, hər
bir media orqanının
özünü müstəqil
şəkildə təmin
etməyi bacardığı
mərhələyə çatmağı
hədəfləyirik. Bu, hələlik mümkün
deyil və buna görə günahkar yalnız
KİVDF-dirmi?
KİVDF tənqid edilir. Razıyam,
iş olan yerdə tənqid də olmalıdır. Ancaq tənqid obyektiv xarakter daşısa, daha səmimi görünər. Qoy,
jurnalistlər üçün
tikilmiş binadan mənzil sahibi olan 400 nəfərdən biri desin ki,
bunun müqabilində
KİVDF-də kiminləsə
bir stəkan çay içib? Hansı redaktor Fonddan yardım alarkən kiməsə bir manta pul qaytarıb? Hansı jurnalist müsabiqədə
yer tutarkən aldığı mükafatı
kiminləsə bölüşüb?
KİVDF
“Azərbaycan Respublikasında
kütləvi informasiya
vasitələrinin inkişafına
dövlət dəstəyi
Konsepsiyası”na uyğun tədbirlər görür. Jurnalistlər üçün müsabiqələrin təşkili,
KİV-lərin layihələrinin
maliyyələşdirilməsi qurumun işinin ana xəttidir. Amma fəaliyyət dairəsi genişlənməlidir. Onlayn jurnalistikanı
kənarda saxlamaq olmaz. Bu məqsədlə
mediaya dövlət büdcəsindən ayrılan
vəsaitin artırılmasını
dəfələrlə təklif
etmişik.
Çox yaxşı olardı ki, biz jurnalistikanı imtiyazlı peşəyə
çevirək. Məsələn, qardaş Türkiyədə
jurnalistlər ictimai nəqliyyatdan pulsuz istifadə edirlər, çoxsaylı digər üstünlüklərə də
malikdirlər. Bu gün tənqidi mövqe tutanların bəziləri bir vaxtlar jurnalistlər üçün hər hansı imtiyazın tətbiqini doğru saymırdılar. Deyirdilər ki,
bu, jurnalisti dövlətdən asılı
hala gətirəcək.
Ancaq düşünmürdülər ki, dövlətin jurnalistikaya qazandırdığı
imtiyaz peşənin idarəçilikdəki mövqeyinin
nəzərə alınmasından
qaynaqlanır. Bu mövqenin əlahiddəliyi
informasiyalı cəmiyyət
quruculuğunun şərtidir.
İnformasiyalı cəmiyyət isə
şəffaflığın təminatıdır.
Jurnalistlər dövlət tərəfindən
evlə təmin olunurlarsa, bu, media təmsilçilərinin sosial
müdafiəsini gücləndirməyə
yönələn tədbirdir. Yəni mənzil-məişət
şəraitinin yaxşılaşdırılmasına
ona görə önəm verilir ki, cəmiyyətin informasiya tələbatının
ödənilməsinin təminatçısı
olan jurnalistlərin əməyi stimullaşsın,
qayğıları azalsın,
onlar daha məhsuldar işləsinlər.
Bu gün islahatçılığı
inkarçılıq kimi
anlayan bəzi yaşlı-gənc dostlarımız
zamanında buna da qarşı çıxırdılar. Halbuki vaxtilə prosesin içərisindəydilər. Fikir bildirirdilər və fikirlərinə hörmətlə
yanaşılırdı. Təklifləri həyata vəsiqə
qazanırdı. Sonra nə
oldu? Bu gün
onları hərəkətə
gətirən iddiaları
özünü göstərməyə
başladı. Ona görə
də media sahəsində
zaman-zaman tutulmuş islahat xəttini, prosesi məhz dövlətin apardığı
üçün, tənqidə
məruz qoyanların hazırda musiqilərini islahatçılıq notlarına
kökləmələri şübhəlidir,
səmimiyyətdən uzaqdır.
İndi də görünü, nəyəsə
ümüd edirlər...
Media sahəsində islahatlar
getməlidir. Yuxarıda bunun ayrı-ayrı
komponentlərini vurğuladım.
Onu da bildiridim ki,
mövcud istiqamətdə
hazırda əldə
edilən inkişaf Prezident İlham Əliyevin islahatçılıq
xəttinin nəticəsidir.
Əlbəttə, zaman dəyişir. Tələblər, baxışlar, idarəçiliyə
münasibət dəyişir.
İnsanlar da həmçinin.
Cənab
Prezident kimi vəzifəyə təyin
edəcək, kimi azad edəcək, dövlət başçısı
olaraq onun öz işidir, öz seçimi və iradəsidir. Ancaq kimlərsə islahata «sən get, mən gəlim»
prinsipinə söykənərək
baxmamalıdır. Bu, sağlam yanaşma və məntiq sayıla bilməz. Bəsit kampaniyaçılıqla
guya islahata dəstək verdiklərini
düşünənlərin kim olduqlarını
hamı gözəl bilir.
Hamı dövlətin media siyasətinin
həyata keçirilməsinə
məsul şəxs olan Azərbaycan Respublikası Prezidentinin köməkçisi, ictimai-siyasi
məsələlər şöbəsinin
müdiri cənab Əli Həsənovu da yaxşı tanıyır. Onun istər Ulu öndər Heydər Əliyev ideyalarına, istərsə də Prezident İlham Əliyevin həyata keçirdiyi kursa sadiqliyi heç bir müzakirə predmeti ola
bilməz. Ə.Həsənovun işinə prinsipial
yanaşmasını gözü
götürməyənlər hər zaman olub. Hazırda media ilə bağlı
yuxarıda qeyd etdiyim bəsit kampaniyaçılıq təfəkkürünün
başlıca hədəfi
də odur.
Sosial şəbəkədə profil yaradaraq cənab Həsənov barədə hədyanlar yayanlar, müxtəlif aşağılayıcı fikirlər irəli sürənlər heç şübhəsiz, “sən get, mən gəlim” kimi kor məntiqin, yarıtmaz qisasçı baxışların tərəfdarlarıdır. Belələrinin söz və ifadə azadlığını, plüralizmi, şəffaflığı irəli sürən baxışları bəşəri dəyərlərlə uğursuz imitasiyadan başqa bir şey deyil.
Bir daha bildirirəm ki, cənab Əli Həsənov Azərbaycan dövlətinə, dövlətçiliyinə, Prezident İlham Əliyevin müəyyənləşdirdiyi kursa tam sadiqliyi ilə seçilən uğurlu və səriştəli iş icraçısıdır. Bu keyfiyyəti onun ictimai-siyasi xadim, parlaq dövlət adamı statusunu təsdiqləyən ən mühüm göstəricidir. Gəlin, ədalətli olaq. Dövlət idarəçiliyinə, medianın cəmiyyətdəki roluna, ümumən medianın mahiyyətinə obyektiv prizmadan yanaşaq. İslahata ən böyük dəstəyimiz elə bu olar.
Əflatun Amaşov
Azərbaycan Mətbuat
Şurasının sədri
Həftə
içi.- 2019.- 31 oktyabr. S. 5.