“Sənətə gec gəldiyim
üçün muğam
müsabiqəsinə qatıla bilmədim”
Gənc xanəndə Ceyhun Qənbərov “Qarabağ
şikəstəsi” ilə tədbir
iştirakçılarınıí ãÿëáèíè îâñóíëàäû. Onun yanğılı səsi bir anlıq bizi ruhən ayırıb işğal
altında olan torpaqlarımıza, dağılmış yurd
yerlərimizə apardı. Bu, bir yanğı idi, Vətən
harayı idi. ...Onunla tanış oldum. Dedi ki, Xalq artisti Mənsum
İbrahimovun tələbəsidir. Elə yanındaca Mənsum
müəllimə zəng edib dedim ki, Ceyhun Qənbərov
sizin tələbənizdir. Çox gözəl, məlahətli
səsi var, istəyirəm onun haqqında bir yazı
yazım. Ceyhun Qənbərov
Laçın rayonunda həkim ailəsində doğulub.
Altı yaşında doğma el-obasını itirib. O da digər
tay-tuşları kimi qaçqın-köçkün həyatını
yaşamaqdadır.
– Ceyhun, necə oldu ki, xanəndəlik
sənətini seçdiniz? Axı atanız məşhur həkim
olub...
–
Baxmayaraq, atam həkim olub, amma məlahətli səsi
vardı, gözəl muğam bilicisi idi. Atamın arxivində
nə qədər təsnif, klassik xanəndələrin
qrammofon valları vardı, həmin
valları indi də saxlayıram. Təsniflə bağlı
bir kitab yazmışdı, amma çap olunmamışdır.
Təəssüflər olsun ki, iki il bundan öncə
atamın əlyazmasını itirdim. Söz
düşmüşkən deyim ki, ulu babam Qənbər
kişi görkəmli ilahiyyatçı olub. Quranı
yanğılı avazla oxuyurmış. Bir sözlə, bizdə
səs nəsillikcə olub.
...Hələ
uşaqlıq cağlarından səsimin olduğunu hiss
edirdim. Evimizdə çoxlu sayda klassik xanəndələrin,
Cabbarın, Seyidin, Xan əminin, Keçəçi oğlu Məhəmmədin, Mütəllim Mütəllimovun,
Əbülfət Əliyevin, Arif Babayevin, Yaqub Məmmədovun,
Dədə Süleymanın, Qədirin valları vardı. Mən
onların qrammofon vallarına qulaq asardım və maraqla dinləyərdim.
Hər dəfə onların səsini dinlədikcə
içimdə, sanki qeyri-qüvvəllər baş
qaldırırdı, məni daha da bu sənətə
ruhlandırırdı. Xanəndələrin ifa etdikləri muğamların
sözlərini əzbərləyib dağa, bulaq başına
çıxıb başlayırdım onları
yamsılamağa.
Şəhid
Əmir Əsgərov adına Laçın rayon Ağbulaq kənd
tam orta məktəbində təhsil almışam. Eyni zamanda,
Şamkənd Uşaq Musiqi Məktəbində də səs
sinfinə getmişəm. Musiqi məktəbində oxuduğum
illərdə məni tədbirlərə aparardılar.
İfalarım tədbir iştirakçılarının
çox xoşuna gəlirdi.
İki
il hərbi xidmətdə oldum, atam vaxtsız
dünyasını dəyişdi.
Ailəmizin bütün yükü çiyinlərimə
düşdüyünə görə, bir müddət bu sənətdən
ayrılmaq məcburiyyətində qaldım. Qardaşım
Şaiqə təhsil verdim. O artıq Türkiyədə həkim-uzman
kimi tibb təhsilini davam etdirir. Aradan xeyli vaxt keçəndən
sonra, Xalq artisti, muğam ustası Mənsum İbrahimovun
yanına gedib səsimin olduğunu söylədim: “İstəyirəm,
səsimə qulaq asıb mənə bir yol göstərəsiniz”.
Mənsum müəllim etiraz etməyib, səsimi yoxlamaq
üçün mənə “Mirzə Hüseyn” segahını və
“Qarabağ şikəstəsi”ni oxutdurdu. Səsim onun
xoşuna gəldi və yumşaq tərzdə dedi ki, əsl
xanəndə səsidir. Heç bir təmənna güdmədən mənə muğamın sirlərini
öyrətdi və xanəndə kimi yetişdirdi.
Mənsum
müəllim mənə atalıq qayğısı göstərdi.
2014-cü ildə Mənsum İbrahimovun məsləhəti ilə
musiqi təhsilimi davam etdirmək üçün sənədlərimi Asəf
Zeynallı adına Musiqi Kollecinə verdim və muğam
şöbəsinə qəbul olundum. Ustadım Mənsum
müəllimin sinfində yer olmadığına görə,
Xalq aristi Nəzakət Teymurovanın sinfində təhsil
aldım.
Bir
il Nəzakət xanım mənə muğamdan dərs dedi,
sağ olsun. “Rast”,”Qatar”, “Rahab”,”Bayatı-Kürd” muğamlarını mənə
öyrətdi. Eyni zamanda, Mənsum İbrahimovun da sinfinə
gedirdim. İkinci ili məni Mənsum müəllimin sinfinə
qaytardılar. Ustadımdan muğamları öyrəndim. Hər
iki sənətkara –“əsrimizin Məcnunu” – Mənsum müəllimə
və “Leylisi” olan Nəzakət xanıma minnətdarlığımı
bildirirəm. Hazırda ustadımın koməkliyi sayəsində
Milli Konsevatoriyada qiyabi formada təhsilimi
davam etdirirəm.
– Məlahətli səsiniz
olduğu halda, nə əcəəb “Muğam” müsabiqəsinə
qatılmadınız?
– Sənətə
gec gəlmişdim, artıq 27 yaşım vardı. Ustadım
Mənsum müəllim də çox çalışdı
ki, müsabiqədə iştirak edim. Təəssüf ki,
alınmadı. Yaşımın çox olduğuna görə
müsabiqəyə qatıla bilmədim. Düzü, Mənsum
müəllim çox pis oldu, amma ruhdan düşmədim. Hal-hazırda ali musiqi təhsili
almaqla yanaşı, Gənclərin Respublika Bədii
Yaradıcılıq Evində muğam dərnəyinin rəhbəri
vəzifəsində çalışıram. Həm də
uşaqlara bir pedaqoq, müəllim kimi muğam dərsini tədris
edirəm.
Kifayət
qədər istedadlı yetirmələrim var.
Özümüzlə barabər onları da televiziyaya
çıxarır və dövlət tədbirlərinə
aparırıq. Yeri gəlmişkən, deyim ki, əsl xanəndə
həm də el şənliklərində, toylarda, məclislərdə
xalq sevgisi qazana-qazana yetişir.
– Hər bir xanəndə bir
muğamla yadda qalır; məsələn: Yaqub Məmmədov
“Mənsuriyyə”, Arif Babayev “Segah”, “Şur”, Şahmalı
Kürdoğlu “Rast”, Çəkili Ələsgər “Rahab”
muğamlarının
möhürünü vurub. Bəs siz hansı
muğamı daha gözəl ifa edirsiniz?
– Mənim
üçün hər bir muğam əzizdir.
Hamısını da eyni oxuyuram. İfa elədiyim “Segah”
muğamı onlardan daha çox seçilir. Bu
muğamı ifa edəndə
hiss edirəm ki,
tamaşaçıların daha çox xoşua gəlir.
Bu gün birinci vitse-prezident, Azərbaycanın birinci
xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban
Əliyevaya hər birimiz minnətdar olmalıyıq. Biz xanəndələr,
musiqiçilər üçün əlçatmaz şərait
yaradıb. Dünyanın heç yerində belə Muğam Mərkəzi,
dövlət qayğısı yoxdur. Biz ondan səmərəli
istifadə etməyi bacarmalıyıq, yəni əsl xanəndə
kimi yetişməliyik, xalqımıza öz töhfəmizi
verməliyik.
– Bir xanəndə kimi müsabiqə
iştirakçılarının sonrakı taleyini necə dəyərləndirirsiniz?
– Yəqin
ki, siz “Muğam” müsabiqəsindən söz
açırsınız. Müsabiqə, təxminən, 6 ay davam edir. Bu vaxt
ərzində Dövlət
Televiziyasının canlı
yayım vasitəsilə
səni dünyaya tanıtdırır; artıq
məşhurlaşırşan. Həmin gənclər ustadlarının və münsiflər heyətinin,
eyni zamanda, onlara
rəğbət göstərən
xalqın, dövlətin etimadını
doğrultmalıdır. Ona görə də
öz üzərlərində
çalışmalıdırlar. Əfsuslar olsun, onlar öz
üzərlərində daha
çox çalışmaq
əvəzinə, arxayançılığa
meyil göstərirlər,
sanki özlərindən
razı qalaraq yuxarıdan-aşağıya baxırlar.
Elə sanırlar ki, artıq muğamın biliciləridir.
Onların arasında ustadlarına
sadiq qalan, sənətə uğur gətirən xanəndələrimiz
də var. Onlar irəli getdikcə, muğamın dərinliklərinə baş
vurduqca, daha da sadələşir və püxtələşirlər.
– Artıq kifayət qədər təcrübəsi olan bir xanəndə kimi özünüz muğamı
necə dərk edirsiniz?
– Hamı söyləyir ki, muğamana laylasıdır. Mən bu fikirlə
qismən razılaşıram.
Muğam,
mənim fikrimcə, Qarabağ deməkdir.
– Niyə?
– Elə götürək “Azərbaycan” sözünü.
Bu sözün içində Qarabağ rayonlarının adları
var. Əsl səs də Qarabağda yetişib. Ustadım Mənsum İbrahimovun
təbirincə desək,
səs Ağdamda, Qarabağda qaldı.
–
Zil və
yanğılı səsiniz
var. Nə əcəb,
Opera və Balet Teatrında gedib çalışmırsınız. Təklif etsələr, operada hansı rolu seçərdiniz?
– Düzü, çox utancaq adamam. Bir dəfə də olsun, bu haqda
ustadıma deməmişəm.
Təbii
ki, əgər seçim olsa, məmnuniyyətlə Məcnun
rolunu oynayardım.
Səs tembrim Məcnun roluna daha çox
yaxındır. Məcnunu boğaz
və yanğılı
səsi olan məşhur xanəndələrimiz
oxuyub. Çalışacağam, Məcnun rolunu
oynayım.
Xatırladım ki, M. Füzulinin yubileyində
30 dəqiqəlik səhnəcikdə
Məcnunu ifa etdim. İfam tədbir iştirakçılarının xoşuna
gəldi. Hətta bir tamaşaçı ağlaya-ağlaya göz yaşları içində
gəlib, məni bərk-bərk qucaqlayıb
dedi ki, “Siz qarabağlısınız,
Mənsum İbrahimovun
tələbəsi deyilsiniz?”.
Dedim, “Bəli”. Təşəkkürünü bildirərək sözünə
davam edib söylədi ki, “Ustadınız sizin kimi sənətkarlar yetişdirib. Sağ olsun! Sənin ifan ruhən
məni Qarabağa apardı”.
– Əgər
sizə Məcnun rolunu versələr, tərəf-müqabili kimi
seçərdiniz?
– Bunu ustadım bilər. Söz düşmüşkən qeyd
edim ki, “tryo”, üçlük yaratmışıq.
Tarda Mənsun İbrahimovun qardaşı oğlu Elnur İbrahimov, kamançada isə Rəcəb Əhmədov
müşaiyət edir.
Ansamblımız kifayət qədər
tanınır. Ansablımız təkcə məni deyil, eləcə də tanınmış sənətçiləri də
müşaiyət edir.
Xarici ölkələrə qastrollara
getməyi də planlaşdırmışıq. Nə vaxt gedəcəyimizi
hələ açıqlamaq
istəmirəm.
Qələndər
Xaçınçaylı
Həftə içi.- 2019.- 20
sentyabr.- S.8.