Müşfiqin
qalıqlarının
araşdırlması prosesi davam edir
“Mərhum şair Mikayıl
Müşfiqə aid olduğu iddia edilən sümük
qalıqları ətrafında müayinələr davam
etdirilir. Aparılan işlər hələ başa çatmayıb.
Aparılacaq müayinələrin və müayinə olunacaq
obyektlərin miqyası genişlənib. Şairin ata nəslindən
olan kişi cinsli yaxın qohumlarından da müayinələrin
götürülməsi davam etdirilir.
Artıq
istintaq orqanları tərəfindən həmin şəxslər
müəyyənləşdirilib və onlar müayinələrin
götürülməsi üçün bizə təqdim
edilib”.
Bunu
Modern.az-a açıqlamasında Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi
Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru Ədalət Həsənov
deyib.
Ə.Həsənov
bildirib ki, təkcə Müşfiqlə bağlı deyil, digər
şəxlərə məxsusluğu iddia olunan sümüklər
üzərində də iş aparılır.
“Əvvəl təkcə Mikayıl
Müşfiqə aid olduğu iddia edilən sümüklərlə
bağlı iş aparılırdı. Daha sonra bizə digər
tanınmışların da sümükləri ilə
bağlı araşdırma aparılması
tapşırıldı. Əhməd Cavad və digər ictimai-siyasi xadimlər də
var. Belə qərara alındı ki, həmin ərazidə
digərlərinin də məsələsi həll olunsun.
Bütün bu işlər Azərbaycanda aparılır. Bizə
müayinələrin aparılması üçün
çoxlu sayda sümük
qalıqları təqdim edilib və bu proses davam edir. Başqa nəsə deyə
bilmərəm. Çünki qalan məsələlər
istintaq sirridir”
Ədalət
Həsənov müayinələrin nə zaman bitəcəyini
dəqiq bilmir:
“Bu
müayinələr uzun çəkən prosesdir. Dediyim kimi, materiallar gəlməkdə davam edir. Ona görə də
dəqiq nə vaxt yekunlaşacağını
söyləyə bilməyəcəm”.
Prezident İlham Əliyev Stalin repressiyasının qurbanı
olmuş və 1938-ci ildə güllələnmiş
nakam şair Mikayıl Müşfiqin Mikayıl Müşfiqin qalıqlarının tapılması
haqqında kütləvi
informasiya vasitələrində
yayılan materialların
araşdırılması ilə
bağlı Azərbaycan
Milli Elmlər Akademiyası, Səhiyyə,
Mədəniyyət nazirlikləri
və digər əlaqədar qurumların
nümayəndələrindən ibarət işçi qrupun yaradılması barədə göstəriş
verib. Noyabrın 1-də işçi qrupunun Prezident Administrasiyasının rəhbəri
Ramiz Mehdiyevin yanında ilk iclası keçirilib.
İclasda Prezident İlham
Əliyevin tapşırığına
uyğun olaraq işçi qrupuna Mikayıl Müşfiqin qalıqlarının aşkar
edilməsi ilə bağlı KİV-lərdə
gedən məlumatların
öyrənilməsi, müvafiq
arxiv materiallarının
araşdırılması, şairə məxsus olduğu ehtimal edilən qalıqların
DNK analizinin keçirilməsi
və digər zəruri tədbirlərin
görülməsi ilə
əlaqədar tapşırıqlar
verilib.
Mikayıl Müşfiqə aid olduğu
iddia edilən qalıqların aşkarlandığı
yer Qaradağ rayonu ərazisində vaxtilə “NKVD qəbiristanlığı”
olub.
Həftə içi.- 2019.-
5-7 yanvar.- S.8.