Azərbaycan vətəndaşları 66
ölkəyə
vizasız səfər edə bilərlər
"Henley &
Partners" şirkəti dünya ölkələrinə
vizasız səfər üzrə son dəyişiklikləri əks
etdirən yeni pasport indeksini açıqlayıb. Trend-in məlumatına
görə, indeksin lideri Yaponiyadır. Bu ölkənin vətəndaşları
190 ölkəyə vizasız gedə bilərlər. Bir il əvvəl
birinci yeri Almaniya (177 ölkəyə vizasız səfər)
tuturdu. Hazırda Almaniya Fransa ilə 3-cü yeri (188 ölkə)
bölüşür. İkinci mövqedə Cənubi Koreya və
Sinqapur qərarlaşıb (189 ölkə). Böyük Britaniya
və ABŞ isə indeksdə 6-cı yeri (185 ölkə)
bölüşürlər. Ekspertlər bu enişi (2015-ci ildə
ilk sırada idilər) hər iki ölkənin
"bağlı qapılar" siyasəti ilə izah edirlər.
2019-cu ilin əvvəlində Azərbaycan vətəndaşları 3 ay əvvəl olduğu kimi, 66 ölkəyə vizasız səfər etmək imkanına malikdirlər. Azərbaycan bu göstərici ilə indeksdə bir pillə irəliləyərək 104 ölkə arasında 74-cü yeri tutur. Bir il əvvəl azərbaycanlılar 63 ölkəyə vizasız səfər edə bilərdilər. Üç ay ərzində Rusiya, Türkiyə və Qazaxıstanın mövqeləri dəyişməyib - müvafiq olaraq 119, 111 və 76 ölkəyə vizasız səfərlər. Gürcüstan 2 ölkə ilə vizasız rejim haqqında müqavilə imzalamaqla 51-ci yeri (114 ölkə) tutur.
Yeri gəlmişkən, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin rəsmi internet səhifəsində yer alan məlumata əsəsən, hazırda ikitərəfli dövlətlərarası müqavilələrə uyğun olaraq, aşağıdakı siyahıda göstərilən ölkələrlə Azərbaycan Respublikası arasında qarşılılıq prinsipi əsasında vətəndaşların ikitərəfli qaydada vizasız gediş-gəlişi rejimi tətbiq edilir:
I QRUP
- Azərbaycan Respublikasının və müvafiq xarici ölkənin diplomatik və ya xidməti (və ya rəsmi/xüsusi) pasportuna malik vətəndaşları.
1. Albaniya
Diplomatik və xidməti 90 gün
2. Almaniya
Diplomatik 90 gün
3.
Argentina Diplomatik, rəsmi və xidməti 30 gün
4. Avstriya
Diplomatik və xidməti 90 gün
5.
Belçika Diplomatik 90 gün
6.
BƏƏ Diplomatik, xidməti və xüsusi 90 gün
7.
Bolqarıstan Diplomatik və xidməti 90 gün
8. Bosniya
və Herseqovina Diplomatik, rəsmi və xidməti 30 gün
9.
Braziliya Diplomatik,rəsmi və xidməti 90 gün
10.
Çin Diplomatik və xidməti 30 gün
Honq-Konq
(Çinin Xüsusi inzibati ərazisi) Diplomatik və xidməti
Diplomatik və xidməti 14 gün
11.
Çexiya Diplomatik 90 gün
12.
Hindistan Diplomatik, rəsmi və xidməti 90 gün
13.
Xorvatiya Diplomatik 90 gün Xidməti 30 gün
14.
Estoniya Diplomatik 90 gün
15.
Finlandiya Diplomatik 90 gün
16. Fransa
Diplomatik 90 gün
17. Fələstin
Dövləti Diplomatik 30 gün
18.
İndoneziya Diplomatik və xidməti 30 gün
19.
İordaniya Diplomatik və xidməti 90 gün
20. İran
Diplomatik və xidməti 30 gün
21.
İraq Diplomatik, xidməti və xüsusi 30 gün
22.
Ispaniya Diplomatik 90 gün
23.
İsveç Diplomatik 90 gün
24.
İsveçrə Diplomatik və biometrik xidməti 90 gün
25.
İtaliya Diplomatik və xidməti 90 gün
26.
İsrail Diplomatik və xidməti 90 gün
27.
Kolumbiya Diplomatik, rəsmi və xidməti 90 gün
28. Koreya
Diplomatik, rəsmi və xidməti 30 gün
29. Kipr
Diplomatik 90 gün
30. Kuba
Diplomatik, rəsmi və xidməti 90 gün
31.
Küveyt Diplomatik, xidməti və xüsusi 90 gün
32. Laos
Diplomatik 30 gün
33. Latviya
Diplomatik və xidməti 90 gün
34. Litva
Diplomatik və xidməti 90 gün
35. Liviya
Diplomatik,xidməti və xüsusi müvəqqəti olaraq
dayandırılmışdır
36.
Lixtenşteyn Diplomatik 90 gün
37.
Lyuksemburq Diplomatik 90 gün
38.
Macarıstan Diplomatik və xidməti 90 gün
39. Malta
Diplomatik 90 gün
40. Meksika
Diplomatik 90 gün
41. Mərakeş
Diplomatik, rəsmi, xidməti və xüsusi 90 gün
42.
Monteneqro Diplomatik və xidməti 90 gün
43.
Niderland Diplomatik 90 gün
44.
Norveç Diplomatik 90 gün
45.
Pakistan Diplomatik və xidməti 30 gün
46.
Polşa Diplomatik 90 gün
47. Peru
Diplomatik, xidməti və xüsusi 90 gün
48. Qətər
Diplomatik, xidməti və xüsusi 30 gün
49.
Portuqaliya Diplomatik, xidməti və xüsusi 90 gün
50.
Rumıniya Diplomatik və xidməti 90 gün
51. San
Marino Diplomatik və xidməti 90 gün
52. Serbiya
Diplomatik, xidməti və rəsmi 90 gün
53.
Slovakiya Diplomatik və xidməti 90 gün
54.
Sloveniya Diplomatik və xidməti 90 gün
55. Suriya
Diplomatik,xidməti və xüsusi 30 gün
56.
Türkiyə Diplomatik, xidməti və xüsusi 90 gün
57.
Türkmənistan Diplomatik və xidməti 30 gün
58.
Yaponiya Diplomatik 90 gün
59.
Yunanıstan Diplomatik 90 gün
60.
Venesuela Diplomatik, xidməti və rəsmi 30 gün
61. Vyetnam
Diplomatik, xidməti və rəsmi 30 gün
62. Uruqvay
Diplomatik, xidməti və rəsmi 90 gün
II QRUP
- Azərbaycan
Respublikasının və müvafiq xarici ölkənin
qanunvericiliyinə əsasən, beynəlxalq sərhədkeçmə
hüququ verən və növündən asılı
olmayaraq hər hansı növ etibarlı pasporta - o cümlədən,
diplomatik, xidməti (və ya rəsmi/xüsusi) və ya
ümumvətəndaş pasportuna malik vətəndaşlar;
- həmçinin
belə şəxslərlə birgə səfər edən,
lakin şəxsi etibarlı pasporta malik olmayan, foto-şəkli
və adı, soyadı, atasının adı rəsmi təsdiq
olunmuş qaydada onların pasportuna qeyd edilmiş vətəndaşlar;
- Azərbaycan
Respublikasının və ya müvafiq xarici ölkənin
dövlət qurumları tərəfindən xüsusi olaraq vətəndaşlığı
olmayan şəxslərə verilən, şəxsiyyəti təsdiq
etməklə beynəlxalq sərhədkeçmə hüququ
verən müvafiq sənədə malik vətəndaşlığı
olmayan şəxslər;
- pasport
itirildikdə, oğurlandıqda, yararsız hala
düşdükdə və ya etibarlılıq müddəti
bitdikdə şəxslərə vətəndaşı
olduğu və ya daimi yaşadığı ölkəsinə
qısa müddət ərzində yalnız geri qayıtmaq
üçün verilən müvəqqəti sərhədkeçmə
sənədinə - Vətənə qayıdış şəhadətnaməsinə
malik vətəndaşlar və vətəndaşlığı
olmayan şəxslər üçün vizasız gediş-gəlişi
rejimi olan ölkələr.
1. Belarus
90 gün
2.
Gürcüstan 90 gün
3.
Qazaxıstan 90 gün
4.
Qırğızıstan 90 gün
5. Moldova
90 gün
6. Özbəkistan
90 gün
7. Rusiya
Federasiyası 90 gün
8.
Tacikistan 90 gün
9. Ukrayna
90 gün
III QRUP
Bundan əlavə,
hazırda aşağıda adı qeyd edilən ölkələr
tərəfindən birtərəfli qaydada Azərbaycan
Respublikasının ümumvətəndaş pasportuna malik vətəndaşları
üçün müvafiq müddət çərçivəsində
vizasız gediş-gəlişi rejimi tətbiq edilir:
1.
İran 15 gün
2.
Türkiyə 1 ay
3. Serbiya
90 gün
4.
Makedoniya (2018-ci ilin 16 mart tarixindən 2019-cu ilin 15 mart tarixinədək)
90 gün
5.
Monteneqro 90 gün
6. Bosniya
və Herseqovina 90 gün
Mövzu
ilə bağlı fikirlərini hafta.az-a açıqlayan Azərbaycan
Turizm Assosiasiyasının (ATA) baş katibi Müzəffər
Ağakərimov deyib ki, əgər Şengen vizası sadələşdirilərsə,
Azərbaycan vətəndaşlarının vizasız səfər
etmək imkanı olan ölkələrin sayı dəfələrlə
arta bilər: “Şengen vizası məlum olduğu kimi Avropa
ölkələrini əhatə edir. Bu vizanın sadələşdirilməsi
günün tələbidir. Çünki azərbaycanlılar
Türkiyə, Gürcüstandan sonra daha çox Avropa ölkələrinə
səfər edirlər. Azərbaycan vətəndaşlarının
vizasız səfər etmək imkanı olan ölkələrin
siyahısına nəzər salsaq görərik ki, bu ölkələrin
əksəriyyəti vətəndaşlarımızın
mütəmadi səfər etdiyi ölkələr deyil. Yəni,
bu məsələdə ancaq kəmiyyət artır. Qeyd
etdiyim kimi əgər Şengen vizası sadələşdirilərsə,
Azərbaycan vətəndaşlarının vizasız səfər
etmək imkanı olan ölkələrin sayında dəfələrlə
artım ola bilər”.
Ekspert həmçinin
vurğulayıb ki, son illər Azərbaycan gəlmə
turizminin inkişafı üçün daha çox işlər
görüb: ”Məsələn, Azərbaycanda elektron
vizaların verilməsi müddətinin azaldılaraq 5 günə
endirilməsi çox təqdirəlayiq və müsbət addımdır.
Məlum
olduğu kimi, Birləşmiş Ərəb Əmirlikləri,
daha sonra Fars körfəzi ölkələrinin, eyni zamanda
Çin, Yaponiya, Malayziya, Koreya, Sinqapur kimi ölkələrin
vətəndaşları üçün sadələşdirilmiş
viza rejiminə keçilməsi məsələsi həll
olundu. Belə ki, artıq turistlər vizanı elə hava
limanlarındaca ala bilirlər. Elektron vizanın verilməsi
müddətinin azaldılması isə Qərb ölkələrindən,
xüsusən də Avropadan, eləcə də MDB
respublikalarından Azərbaycana gələn turistlər,
iş adamları, eləcə də burada keçirilən
müxtəlif tədbirlərə qatılan qonaqlar
üçün çox yaxşı və rahat şərait
yaradır, onların işlərini
asanlaşdırır".
Sevinc
Həftə içi.- 2019.- 9 yanvar.- S.5.